• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: Ermənistan 7 rayonu qaytarmaqçün sənədə İMZA ATDI

Xəbərlər

27-08-2020, 01:03

SON DƏQİQƏ: Ermənistan 7 rayonu qaytarmaqçün sənədə İMZA ATDI



Son günlər Ermənistan cəmiyyəti öz liderləri timsalında müxtəlif mənəvi zərbələr almağa davam etməkdədir. Nikol Paşinyanın prezident İlham Əliyevlə danışıqlarda rayonların azad edilməsi ilə bağlı müzakirələr aparması, lakin erməni ictimaiyyətinə Azərbaycanla dialoqun məğzi ilə bağlı tamamilə başqa məlumatları verərək vətəndaşlarını aldatmasının ardından, Serj Sarkisyanın da 2015 – 2018-ci illərdə xalqına yalan danışdığı məlum oldu. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ötən həftə mətbuat konfransı zamanı 2016 –cı ilin aprel hadisələrinə toxunmasının ardından düşmən ölkədə Qarabağ danışıqlarının detalları və aprel hadisələrinin pərdəarxası mənzərəsi haqqında qarşılıqlı mübahisələr pik həddə çatıb.

Ötən həftə sonu Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Samvel Babayan, hansı kı, vaxtiylə Qarabağ döyüşlərində iştirak edib və Sarkisyanın silahdaşlarından biri olub, Ermənistanın eks prezidentini ifşa edib. Babayan Ermənistan mətbuatına açıqlamasında deyib ki, Serj Sarkisyanın nə deməsindən asılı olmayaraq, Ermənistanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olub və onun əlində bunu təsdiq edən sənədlər var. O bildirib ki, Sarkisyan 7 rayonu heç bir şərt qoymadan qaytarmağa hazır idi. Mövzunu davam etdirən Babayan Ermənistan ictimaiyyətinə müraciət edərək aşağıdakıları deyib : “Sarkisyanın danışıqlar prosesi ilə bağlı nə dediyindən asılı olmayaraq, əlimizdə aparılan danışıqlar barədə sənədlər var. Həmin sənədlərdə aydın dillə yazılıb ki, əvvəlcə, Dağlıq Qarabağ ətrafında yerləşən 5 rayon, bir müddət sonra daha 2 rayon Azərbaycana qaytarılır. Sonra Laçın dəhlizi onlara verilir, amma Sarkisyan bunun qarşılığında Dağlıq Qarabağın yekun statusu barədə danışıq aparmayıb. İndi soruşmaq istəriyəm, bu güzəşt deyilsə, yox... bu satqınlıq deyilsə, nədir?”
Əslində Samvel Babayanın dedikləri məlumun elanıdır. Doğrudan da, həmin vaxt Rusiyanın vasitəçiliyi ilə intensivləşən Qarabağ danışıqlarında ortada Lavrov planı adlanan konkret sənəd olub - yenilənmiş Madrid prinsipləri. İlkin mərhələdə Ermənistan 5 rayonu boşaltmalı idi, sonrakı 5 il müddətində Kəlbəcər və Laçın qaytarılmalı, azərbaycanlı məcburi köçkünlər öz yurd – yuvalarına qayıtmalı idilər.

Samvel Babayan Serj Sarkisyanı ifşa etmək üçün danışıqlarla bağlı gizli sənədləri üzə çıxara biləcəklərini, amma bunun ölkənin milli maraqlarlına ciddi zərbə olacağını əlavə edib.

Aprel döyüşlərinə toxunan Babayan prezident İlham Əliyevin prinsipial mövqeyindən də danışıb. Onun çıxışından məlum olub kı, Köçaryan dönəmində olduğu kimi Sarkisyanın da, ölkə prezidenti kimi apardığı danışıqlar zamanı İlham Əliyevin konkret şəkildə ortaya qoyduğu istəklər reallaşmaq üzrə idi. Bu isə, o deməkdir ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi ilə üst – üstə düşən detallar nəinki müzakirə predmeti idi, hətta faktiki olaraq artıq həllini tapmaq üzrə idilər. Burada xüsusiylə vurğulamaq lazımdır kı, danışıqlar masasında hələ vaxtiylə Köçaryan zamanında qəbul edilmiş və hal –hazırda da danışıqlar masasında yeganə sənəd olan Madrid prinsipləri münaqişənin məhz Azərbaycanın istədiyi kimi mərhələli həllini ( Ermənistan uzun illər idi ki, münaqişənin paket həllinə səy göstərirdi) nəzərdə tutur.

Yeri gəlmişkən, müxtəlif mənbələrdən aldığım məlumatlara görə, Samvel Babayanın iddia etdiyi kimi, 2016 cı ilin aprel döyüşləri zamanı Prezident İlham Əliyev Moskvaya zəng etməyib. Həmin vaxt Moskvadan edilən zəng zamanı prezident İlham Əliyevdən götürülmüş ərazilərin qaytarılması və hərbi əməliyyatların dayandırılması istənilib. Lakin, İlham Əliyev geri qaytarılmış torpaqların qaytarılması məsələsinə qətiyyətlə yox cavabı verib və bunun müzakirə mövzusu olmadığını deyib. İlham Əliyev bir daha öz prinsipiallığını, qətiyyətini nümayiş etdirib və göstərib ki, heç bir qüvvənin təzyiqi onu mövqeyini dəyişməyə məcbur edə bilməz. İlham Əliyev həmişə olduğu kimi, bir daha göstərib ki, Azərbaycanın milli maraqları onun üçün müqəddəsdir və toxunulmazdır. Eyni halı, biz ən son düşmənin Tovuz təxtibatı zamanı Prezident İlham Əliyev tərəfindən Serbiya, Rusiyaya qarşı göstərdiyi yanaşmada da görmüş olduq.

Göründüyü kimi, vaxtilə Serj Sarkisyanın Ermənistanın müdafiə naziri postuna gətirilməsində müstəsna rolu olan hərbi-cinayətkar yoldaşı Samvel Babayan da onun iddialarının yalan olduğunu bildirir və qeyd edir ki, ortalıqda işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı konkret sənəd olub.

Əslində , hal – hazırda da, Ermənistan Baş nazirinin apardığı danışıqlarda bu konkret sənəd müzakirə olunur : münaqişənin mərhələli həlli, işğal altındakı ətraf rayonların qaytarılmasını nəzərdə tutulur. Bir neçə ay öncə Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bunu təsdiq etmişdi...

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, s.e.n, Bakı Politoloqlar Klubunun sədri – Zaur Məmmədov

Oxunub: 1 784
Paylaş:
Digər xəbərlər

Xəbərlər

16-02-2020, 00:45

"Qarabağ Azərbaycanın ərazisidir" - Paşinyan

Xəbərlər

4-02-2020, 18:04

“Türkiyə və Rusiya Qarabağ məsələsini Ermənistanın razılığı olmadan həll edib...” - AÇIQLAMA

Xəbərlər

4-10-2019, 00:55

İlham Əliyevdən Paşinyana SƏRT CAVAB - VİDEO

Xəbərlər

24-05-2019, 09:55

Ermənistan ŞOKDA: Generallar dövlət çevrilişi edəcək - SENSASİYA

---

25-06-2018, 12:00

Sarkisyanı həbs gözləyir - ŞƏRH

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
Son xəbərlər
  • Bu gün, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə