Nepalda fasiləsiz yağan leysan yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsi nəticəsində ən az 40 nəfər ölüb, onlarla insan itkin düşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Reuters agentliyi yerli administrasiya və polis nümayəndələrinə istinadən bildirib.
Qeyd edək ki, daha əvvəl 23 ölən haqqında məlumat verilmişdi.
Müvafiq xidmətlər axtarış-xilasetmə işləri aparır. Myaqdi rayonunda helikopterlərin köməyi ilə təxminən 50 nəfər tapılaraq xilas edilib.