• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Pediatrik onkoloji xidmətləri də icbari tibbi sığorta qarşılayacaq
Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
ABŞ ordusu İran yaxınlığında: Xamenei elə bu həftə vurula bilər
Mədən suları həm faydalı, həm də zərərlidir - Depressiya, intihar...
Rusiya müharibəyə hazırlaşır: İki ərazi hədəf göstərildi – Yeni dəhliz təhdidi
Avstraliyada təyyarə qəzaya uğradı: ölənlər var
Kişi və qadınlarda insult fərqli olur – Nevroloq
Gecə tualetə durmaq vacibdir
Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
Xərçəng hüceyrələrini öldürən çay
Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
Dağınıq skleroz: əlamətləri və müalicəsi
Bu tarixdə güclü günəş partlayışları gözlənilir
Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Koronavirusla bağlı bu şaiyələrə İNANMAYIN - ÜST-dən AÇIQLAMA

Xəbərlər

21-03-2020, 16:07

Koronavirusla bağlı bu şaiyələrə İNANMAYIN - ÜST-dən AÇIQLAMA


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı yayılan əfsanə, şayiə və yalan məlumatlarla bağlı ictimaiyyətə tövsiyələr verib.

“Report” ÜST-nin həmin tövsiyələrini təqdim edir.

COVID-19 isti və rütubətli bölgələrdə də yayıla bilər

Əldə olan dəlillərə əsasən, COVID-19 isti və rütubətli havası olan regionlar daxil olmaqla, bütün bölgələrdə yayıla bilər.

ÜST məsləhət görür ki, virusun yayıldığı bölgədə yaşayır və ya ora səfər edirsinizsə, iqlimdən asılı olmayaraq qoruyucu tədbirlər həyata keçirin.

COVID-19-dan qorunmağın ən yaxşı yolu əllərinizi tez-tez təmizləməkdir. Siz bunu edərək əllərinizdə ola biləcək virusu yox edir və göz, ağız və buruna toxunuşdan əmələ gələ biləcək infeksiyanın qarşısını kəsmiş olursunuz.

Soyuq hava və qar yeni koronavirusu məhv etmir

Soyuq havanın yeni koronavirus və ya başqa xəstəlikləri məhv etməsinə dair heç bir əsas yoxdur. İnsan bədəninin normal temperaturu xarici hərarət və havadan asılı olmayaraq 36,5 °C – 37 °C arası qalır. Yeni koronavirusdan qorunmağın ən yaxşı yolu mütəmadi olaraq əllərinizi spirtli salfetlə təmizləmək və ya sabun və su ilə yumaqdır.

İsti vanna qəbul etmək yeni koronavirus xəstəliyinin qarşısını almır

İsti vanna qəbul etməklə COVID-19-a yoluxmaqdan qaçmaq mümkün deyil. Çünki insanın bədəninizin normal temperaturu vanna və duşun temperaturundan asılı olmayaraq 36,5 °C – 37 °C arası qalır. Əslində, olduqca qaynar suda isti vanna qəbul etmək zərərli ola bilər, çünki nəticədə yanıq xəsarəti ala bilərsiniz. ÜST burada bir daha bəyan edir ki, koronavirusdan qorunmağın ən yaxşı yolu tez-tez əlləri təmizləməkdir. Siz bunu edərək əllərinizdə ola biləcək virusu yox edir və göz, ağız və buruna toxunuşdan əmələ gələ biləcək infeksiyanın qarşısını kəsmiş olursunuz.

Yeni koronavirus ağcaqanadın sancması ilə yayıla bilməz

ÜST bəyan edir ki, yeni koronavirusun ağcaqanad vasitəsilə yayıla bilməsi barədə indiyədək nə məlumat, nə də dəlil var. Yeni koronavirus əsasən yoluxmuş şəxsin öskürək və asqırağı və ya tüpürcək ya da burun axıntısı nəticəsində əmələ gələn damcılar ilə yaranan respirator virusdur. Özünüzü qorunmağın ən yaxşı yolu mütəmadi olaraq əllərinizi spirtli salfetlə təmizləmək və ya sabun və su ilə yumaqdır. Bundan başqa, tez-tez öskürən və asqıran şəxslərlə təmasdan qaçın.

Əl quruducuları koronavirusun məhv edilməsində effektivdirmi?

Xeyr. Əl quruducuları virusu yox etmək üçün effektiv deyillər. ÜST tövsiyələrində təkrar xatırladır ki, özünüzü yeni koronavirusdan qorumaq üçün mütəmadi olaraq əllərinizi spirtli salfetlə təmizləməli və ya sabun və su ilə yumalısınız. Əllərinizi incədən-incəyə yuduqdan sonra siz onları kağız dəsmal və ya isti havalı quruducu vasitəsilə yaxşıca qurutmalısınız.

ÜST ultrabənövşəyi dezinfeksiya lampası ilə bağlı xəbərdarlıq edir

ÜST hamının diqqətinə çatdırır ki, ultrabənövşəyi lampa əllərin və ya dərinin başqa nahiyələrinin sterilləşməsi məqsədilə istifadə edilməməlidir, çünki ultrabənövşəyi şüa dərinin qıcıqlanmasına yol aça bilər.

Termoskanerlər effektivdir, amma...
Təşkilat bəyan edir ki, termoskanerlər yeni koronavirusun səbəb olduğu qızdırması olan insanların aşkarlanmasında effektivdirlər.

Ancaq bununla belə, onlar qızdırması olmayıb, amma koronavirusa yoluxmuş şəxsləri aşkarlaya bilmirlər. Buna səbəb yoluxmuş şəxslərin xəstələnəndən yalnız 2-10 gün arası müddətdən sonra hərarətləri yüksəlir.

Bütün bədənə spirt və ya xlor çiləməklə yeni koronavirusu yox etmək olarmı?

Xeyr. Artıq bədənə girmiş virusu spirt və ya xloru bədənə vurmaqla məhv etmək mümkün olmayacaq. Bu cür maddələr həm paltar, həm də selikli qişalar (yəni göz, ağız) üçün zərərli ola bilər. Unutmayın ki, istər spirt, istərsə də xlor səthi təmizlik üçün yararlıdır, ancaq onları yalnız müvafiq tövsiyələrə uyğun olaraq istifadə etmək lazımdır.

Pnevmoniyaya qarşı vaksinlər yeni koronavirusdan qorumur

Xeyr. Pnevmoniyaya (məs., pnevmokok və B tipli hemofil infeksiya) qarşı olan vaksinlər yeni koronavirusdan qorumur.

Virus o qədər yeni və qeyri-adidir ki, onun üçün xüsusi vaksina gərək var. Tədqiqatçılar yeni koronavirusa vaksin hazırlamağa çalışırlar və bu məsələdə ÜST onları dəstəkləyir.

Adı çəkilən vaksinlər yeni koronavirusa qarşı effektiv olmasa da, respirator xəstəliklərə qarşı vaksinasiya sizin sağlamlığınız üçün təkidlə tövsiyə edilir.

Burnu duzlu məhlul ilə yaxalamaq yeni koronavirusa yoluxmağın qarşısını ala bilərmi?

Xeyr. Burnun mütəmadi olaraq duzlu məhlulla yaxalanması ilə insanların yeni koronavirusdan qorunacağına dair sübut yoxdur.

Sadəcə, burnun mütəmadi olaraq duzlu məhlulla yaxalanması insanları soyuqdəymədən daha tez sağalda bilməsi barədə məhdud dəlillər mövcuddur. Bununla belə, burnun mütəmadi olaraq yaxalanması respirator infeksiyaların qarşısını almır.

ÜST sarımsağın koronavirusdan qoruması məsələsinə aydınlıq gətirir

Sarımsaq – bəzi mikroblara qarşı xüsusiyyətlərə malik sağlam qidadır. Buna baxmayaraq, sarımsaq qəbul etməklə insanların yeni koronavirusdan qorunacağına dair heç bir sübut yoxdur.

Yeni koronavirus yaşlılarla yanaşı, daha gənc insanlara da təsir edirmi?

Bütün yaş qrupuna aid insanlar yeni koronavirusa yoluxa bilər. Yaşlılar və daha öncə başqa xəstəliyi olan insanlar yoluxmaya daha meyillidirlər.

ÜST bütün insanları virusdan qorunmaq üçün tədbirlər görməyə, məsələn, əl və nəfəs gigiyenasına riayət etməyə çağırır.

Antibiotiklərin yeni koronavirusun profilaktikası və müalicəsində effektivliyi

Xeyr, antibiotiklər viruslara deyil, yalnız bakteriyalara qarşı yararlıdır.

COVID-19 bir virusdur və buna görə də antibiotiklər profilaktika və müalicə məqsədilə istifadə edilməməlidir.

Ancaq əgər siz koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilibsinizsə, siz antibiotik qəbul edə bilərsiniz, çünki bakterial koinfeksiya (eyni anda yoluxma) ehtimalı mövcuddur.

Yeni koronavirusun profilaktikası və ya müalicəsinin dərmanları varmı?

ÜST bəyan edir ki, yeni koronavirusun profilaktikası və ya müalicəsi üçün hələlik xüsusi dərman yoxdur.

Bununla belə, virus daşıyıcıları simptomların yüngülləşməsi və müalicəsi üçün müvafiq yardımlar almalıdırlar. Ağır xəstəliyə malik insanlar isə optimallaşdırılmış dəstəkləyici terapiya almalıdırlar. Xəstəliyin müalicə metodları hələlik araşdırılır və klinik təcrübə əsasında sınanacaqlar. ÜST elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasında dəstək olur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 278 566-a çatıb. Bunların 92 906 nəfəri sağalıb, 11 554 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxunub: 1 577
Paylaş:
Digər xəbərlər

Səhiyyə

16-03-2020, 23:34

Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST

Səhiyyə

15-03-2020, 19:23

Koronavirusla bağlı ŞAD XƏBƏR: virusa yoluxanların 83%-i sağaldı

Xəbərlər

15-03-2020, 09:05

Qrip ilə koronavirusun fərqi nədir? - MÜTLƏQ BİLMƏLİSİNİZ

Səhiyyə

14-03-2020, 13:04

Alimlərdən ŞAD XƏBƏR: COVID-19 zərərsizləşdirildi

Səhiyyə

4-03-2020, 23:17

Koronavirusla bağlı şayiə yayanlara 50 min dollar cərimə

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Pediatrik onkoloji xidmətləri də icbari tibbi sığorta qarşılayacaq
Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
ABŞ ordusu İran yaxınlığında: Xamenei elə bu həftə vurula bilər
Mədən suları həm faydalı, həm də zərərlidir - Depressiya, intihar...
Rusiya müharibəyə hazırlaşır: İki ərazi hədəf göstərildi – Yeni dəhliz təhdidi
Avstraliyada təyyarə qəzaya uğradı: ölənlər var
Son xəbərlər
  • Bu gün, 15:21
    Pediatrik onkoloji xidmətləri də icbari tibbi sığorta qarşılayacaq
  • Bu gün, 14:58
    Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
  • Bu gün, 13:44
    ABŞ ordusu İran yaxınlığında: Xamenei elə bu həftə vurula bilər
  • Bu gün, 12:22
    Mədən suları həm faydalı, həm də zərərlidir - Depressiya, intihar...
  • Bu gün, 11:39
    Rusiya müharibəyə hazırlaşır: İki ərazi hədəf göstərildi – Yeni dəhliz təhdidi
  • Bu gün, 10:27
    Avstraliyada təyyarə qəzaya uğradı: ölənlər var
  • Bu gün, 09:07
    Kişi və qadınlarda insult fərqli olur – Nevroloq
  • Dünən, 22:10
    Gecə tualetə durmaq vacibdir
  • Dünən, 21:48
    Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
  • Dünən, 20:25
    İran etiraf etdi: ABŞ-la danışmışıq, amma…
  • Dünən, 19:18
    Süni intellekti məşhur azərbaycanlı yaradıb? – 3 ad çəkildi
  • Dünən, 18:30
    Xərçəng hüceyrələrini öldürən çay
  • Dünən, 17:58
    Paşinyan Aprel döyüşləri zamanı nələr edib? – İlk dəfə üzə çıxdı
  • Dünən, 16:27
    Tramp Qrenlandiya ilə bağlı planlarını niyə dəyişdi?
  • Dünən, 15:11
    Dağınıq skleroz: əlamətləri və müalicəsi
  • Dünən, 14:31
    Bu tarixdə güclü günəş partlayışları gözlənilir
  • Dünən, 13:22
    Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?
  • Dünən, 12:55
    Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
  • Dünən, 11:38
    Maduroya kim xəyanət edib? – Səfir işarə etdi
  • Dünən, 10:22
    Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
  • 25-01-2026, 23:30
    Ağ çörək niyə tünd çörəkdən üstün sayılır? - AÇIQLAMA
  • 25-01-2026, 22:08
    Təhlükəli "Nipah" virusu yayılır
  • 25-01-2026, 21:17
    Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ
  • 25-01-2026, 20:16
    Ağ Ev Trampla pinqvini “əl-ələ” yaydı
  • 25-01-2026, 19:25
    Keçməyən burun axmasının təhlükəli səbəbləri
  • 25-01-2026, 18:11
    Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər?
  • 25-01-2026, 17:51
    Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - XƏBƏRDARLIQ
  • 25-01-2026, 16:49
    Qar yağacaq, yollar buz bağlayacaq
  • 25-01-2026, 15:21
    Enerji üçün qara, sağlamlıq üçün yaşıl çay
  • 25-01-2026, 14:13
    Digər xəstəliklərlə qarışdırılan 3 xərçəng əlaməti
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə