• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz
Tutun faydaları
Qarpız təbii sidikqovucu və ödqovucudur
Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?
Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək – Moskvadan İrəvana daha bir eyham
Hörmüzdən yan keçən layihə - İran məhv edilir
Qadınlarda menopoz simptomları nə qədər davam edir?
Kartla ödənişdə çoxlarının bilmədiyi detal - Açıqlama
Paşinyandan anklavlarla bağlı sensasion açıqlama: Başkənd dəyişdirilir?
Üzümün ən faydalı hissəsi qabığıdır
İybilmə və dadbilmə nə vaxt itir?
Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dölyanı sular

Səhiyyə

12-04-2019, 19:25

Dölyanı sular

Dölyanı sular hamiləliyin erkən dövrlərindən etibarən doğuşa qədər olan müddət ərzində dölü əhatə edərək onun həyatında vacib rol oynayır.

Dölyanı sular ana ilə döl arasında maddələr mübadiləsinin gedişini təmin edir, uşaqlığın divarları tərəfindən dölün bədəninin sıxılmasının qarşısını alır, ananın yıxıldığı və ya qarnına zərbə dəydiyi hallarda dölü bu zərbələrin təsirindən qoruyur. Bu halda dölün zərbədən “qorunma dərəcəsi” heç də çox deyil və qarına dəyən güclü zərbə nəticəsində dölətrafı kisənin tamlığı əlbəttə ki, pozula da bilər.

Dölətrafı kisə dölü, uşaqlıq yolundan və uşaqlığın boynundan, uşaqlıq boşluğuna daxil olan infeksiyalardan da qoruyur.

Dölyanı suların vəziyyəti (miqdarı, şəffaflığı, rəngi və s.) hamiləliyin gedişi barədə çox şey deyə bilər. Normal halda dölyanı sular iysiz və şəffaf olurlar.

Hamiləliyin erkən dövrlərində dölyanı suların bulanıq olması dölün infeksiyaya yoluxmasını göstərə bilər. Hamiləliyin 28-ci həftəliyindən başlayaraq dölyanı suların bir qədər bulanıq olması normal hesab olunur. Bu zaman bulanmanın səbəbi – dölün dərisindəki ölmüş hüceyrələrin və dölün dərisini örtən piyə bənzər maddənin dölyanı sulara düşməsi. Hamiləliyin 5-ci ayının sonunda (20-ci həftə) dölün dərisindəki piy vəziləri yağa bənzər xüsusi maddə ifraz etməyə başlayır ki, o da epidermis qatındakı pulcuqlarla birləşərək, dölün dərisini nazik təbəqə şəklində örtür. Nəticədə isə dölün dərisini dölyanı suların dağıdıcı təsirindən qorumuş olur.

Dölyanı suların həcminin dəyişməsinin də (normadan artıq və ya az olması) böyük əhəmiyyəti vardır. Mütəxəssilər tərəfindən, hamiləliyin müxtəlif patologiyalarının və dölyanı suların miqdarının əlaqəsi barədə müəyyən elmi məlumatlar aşkar edilmişdir.

Dölyanı suların az olması (azlığı)

Dölyanı suların az olması (azlığı) – döl ərtafında olan mayenin miqdarının 500 ml və daha az həcmə qədər azalması deməkdir. Bunu əsasən USM ilə müəyyən etmək olur. Bu çox təhlükəli vəziyyətdir! Dölyanı suların azlığı - dölün inkişafının hər hansı anadangəlmə qüsurları, bətndaxili inkişafın ləngiməsi, xroniki oksigen çatışmazlığı, dölün ana bətnində infeksiyaya yoluxmasının nəticəsi kimi meydana çıxa bilər.

Dölyanı suların həcminin kəskin şəkildə azalması səbəbindən göbək bağı, döl ilə ananın uşaqlığının divarı arasında sıxıla bilər. Bu isə döldə kəskin oksigen çatışmazlığına və son nəticədə və onun həlak olmasına səbəb ola bilər.

Dölyanı suların azlığı doğuşun gedişini xeyli dərəcədə çətinləşdirir. Nəticədə bir çox belə hallarda doğuşu Keysəriyyə əməliyyatı üsulla aparmaq lazım gəlir.

Əfsuslar olsun ki, hazırda tibbdə olan heç bir üsulla dölyanı suların artırılmasına nail olmaq mümkün deyil.

Dölyanı suların çox olması (çoxluğu)

Dölyanı suların nəinki azalması, onların çoxalması da döl üçün zərərli hesab olunur. Dölyanı suların həcminin 1500 ml-dən çox olması dölyanı suların çoxluğu (artıq olması) hesab olunur. Dölyanı suların çoxluğu - əksər hallarda çoxdöllü hamiləlikdə, anada şəkərli diabet olduqda, rezus-uyğunsuzluq olan hamiləlikdə, dölün inkişaf anomaliyaları və dölün ana bətnində olarkən infeksiyalara yoluxması hallarında olur.

Döl, dölyanı sularda aktiv şəkildə üzür ki, bu da göbək bağının onun boynuna və ya bədəninə dolanması ilə nəticələnə bilər. Dölyanı suların çoxluğu doğuşun vaxtından qabaq baş verməsi, ciftin vaxtından qabaq qopması və uşağın həlak olması ilə də nəticələnə bilər. Dölyanı suların çoxluğu zamanı, doğuş fəaliyyətinin zəif olması səbəbindən doğuş prosesi də ağır keçə bilər.

Dölyanı suların axması necə baş verir?

Normal halda dölyanı sular doğuşun ilkin dövründə (uşaqlıq boynunun tam açılışına qədər, ancaq 4 sm-dən az açılmasından tez olmayaraq) xaric olur. Doğuş sancılarının birinin ən yüksək həddində dölyanı kisə xeyli dərəcədə gərginləşərək yırtılır. Əgər dölyanı sular doğuş başlayana qədər xaric olursa, bu döl üçün çox təhlükəli hesab olunur. Çünki bunun nəticəsində dölün infeksiyaya yoluxması, oksigen çatışmasının inkişaf etməsi və hətta dölün həlak olması baş verə bilər. Bundan başqa dölyanı suların erkən xaric olması doğuşu da xeyli dərəcədə çətinləşdirir. Ona görə də dölyanı suların erkən xaric olması baş verdikdə hamilə qadın tez bir zamanda doğum evinə aparılmalıdır. Doğum evində qadının vəziyyətinə uyğun olaraq, onun hamiləliyinin sonrakı mərhələsi üzrə həkimlər tərəfindən müəyyən bir qərar qəbul edilir (hamiləliyi saxlamaq, doğuşu stimullaşdırmaq və ya Keysər əməliyyatı aparmaqla uşağı xaric etmək).

Normada dölyanı sular rəngsiz və şəffaf olurlar. Əgər dölyanı sular yaşılımtıl rəngdə olarsa, bu dölün ana bətnində oksigen çatışmazlığına (hipoksiya) məruz qalmasının əlamətidir və bu barədə mütləq həkimə xəbər vermək lazımdır!

Ancaq bəzi hallarda hamiləlik zamanı hələ doğuşa xeyli vaxt qalmış qadınlar tərəfindən demək olar ki, hiss edilmədən dölyanı suların az-az miqdarda xaric olması baş verir. Bu isə, hər hansı bir səbəbdən, döl kisəsinin uşaqlıq boynu yaxınlığında deyil, bir qədər yuxarıda yırtılması zamanı baş verir. Dölyanı suların bu cür az-az axması sonda fəlakətli şəkildə azalaraq dölyanı suların azlığı ilə və uşağın həlak olması ilə nəticələnə bilər. Ona görə də hamilə qadın öz vəziyyətinə hər zaman diqqət yetirməli və dölyanı suların az-az axmasına şübhə yaranan kimi tez bir zamanda həkimə müraciət etməlidir. Şübhəli hallarda uşaqlıq yolundan yaxma götürülərək onun təkibində dölyanı suların olub-olmaması müəyyən edilir və ya xüsusi amnitest aparılır (hal hazırda amnitestlər hazırlanmışdır ki, qadın özü də ondan müstəqil şəkildə istifadə edə bilər).

Oxunub: 1 139
Paylaş:
Digər xəbərlər

Səhiyyə

26-02-2019, 10:13

Doğuş dövrləri

Səhiyyə

25-02-2019, 13:59

Dölün ana bətnindəki həyatı

Səhiyyə

23-02-2019, 14:45

Dölün boynuna göbək ciyəsinin dolanması

Maraqlı

21-02-2019, 14:52

Başlayan doğuşun əlamətləri

Manşet / Gündəm / Səhiyyə

18-10-2018, 02:19

Doğuşun dövrləri

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz
Tutun faydaları
Qarpız təbii sidikqovucu və ödqovucudur
Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Son xəbərlər
  • Bu gün, 12:55
    Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz
  • Bu gün, 09:04
    Tutun faydaları
  • Dünən, 22:18
    Qarpız təbii sidikqovucu və ödqovucudur
  • Dünən, 21:40
    Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
  • Dünən, 20:11
    İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
  • Dünən, 19:29
    Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
  • Dünən, 18:46
    Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
  • Dünən, 17:37
    Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
  • Dünən, 16:17
    İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
  • Dünən, 15:50
    Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?
  • Dünən, 14:05
    Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək – Moskvadan İrəvana daha bir eyham
  • Dünən, 13:40
    Hörmüzdən yan keçən layihə - İran məhv edilir
  • Dünən, 12:40
    Qadınlarda menopoz simptomları nə qədər davam edir?
  • Dünən, 11:51
    Kartla ödənişdə çoxlarının bilmədiyi detal - Açıqlama
  • Dünən, 10:43
    Paşinyandan anklavlarla bağlı sensasion açıqlama: Başkənd dəyişdirilir?
  • Dünən, 09:03
    Üzümün ən faydalı hissəsi qabığıdır
  • 9-07-2026, 22:14
    İybilmə və dadbilmə nə vaxt itir?
  • 9-07-2026, 21:55
    Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
  • 9-07-2026, 20:19
    Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
  • 9-07-2026, 19:37
    İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
  • 9-07-2026, 18:48
    Qandakı yağları əridən bitkilər - Siyahı
  • 9-07-2026, 17:46
    Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
  • 9-07-2026, 16:15
    Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
  • 9-07-2026, 15:51
    Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
  • 9-07-2026, 14:47
    İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
  • 9-07-2026, 13:57
    Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
  • 9-07-2026, 12:40
    Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
  • 9-07-2026, 11:46
    Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
  • 9-07-2026, 10:23
    Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
  • 9-07-2026, 09:04
    Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə