• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bel ağrıları zamanı nə etmək lazımdır?

Səhiyyə

1-12-2022, 16:34

Bel ağrıları zamanı nə etmək lazımdır?


Bel ağrılarından əziyyət çəkənlərin sayı çoxdur. Bu ağrıların bir çox səbəbləri ola bilər. Amma bu, əksər hallarda onurğa, fəqərə problemləri, disk yırtıqları ilə bağlı yaranır. Bel ağrısı zamanı nə etmək lazımdır? Ağrı başlayan zaman həkiməqədər yardım necə olmalıdır? Ümumiyyətlə, bel ağrısının olmaması üçün nə etmək olar?

Həkim-nevroloq Yaqut Lətifova bununla bağlı bir çox tövsiyələr verib. E-tibb.az onları nəzərinizə çatdırır.

Bel ağrısının olmaması üçün:

İlk növbədə fiziki olaraq özünüzü yormayın. Fiziki iş zamanı istirahətlə növbələşməni düzgün qurun. Ağırlıq qaldırmalı olduğunuzda əzələ gücünüzün imkanlarını nəzərə alın.Tez-tez istirahət üçün dayanın.

Təkbaşına ağır yük qaldırmaqdan çəkinin! Ağrıya görə yatağa düşməkdənsə, vaxtınızı bir qədər sərf edib, işinizi yüngülləşdirəcək köməyə müraciət edin.

Daşınacaq ağır yükünüz varsa, əl arabasından və ya bel çantasından istifadə edin. Bu mümkün deyilsə, yükü bərabər şəkildə hər iki əlinizdə daşımaqçün paylaşdırın.

Hər hansı işə başlamazdan öncə yüngülcə dartınma hərəkətləri edərək əzələlərinizi “qızışdırın”. Önə, arxaya, yanlara doğru bir neçə dəfə əyilin. Bu hərəkətləri kəskin deyil, asta-asta edin. Ümumiyyətlə, radikulitdən qorunmaq üçün istər idman, istər iş görən zamanı kəskin hərəkətlər yolverilməzdir.

Davamlı olaraq narahat, ”donmuş” halda dayanmaq olmaz. Önə əyilərkən əlinizi söykəyərək, daha yaxşısı, bir və ya hər iki dizinizi dayaq verərək əyilin.

Yeməyinizə diqqət yetirin! Çox yeyərkən, mədə həddən artıq dolarsa, cüzi fiziki hərəkət zamanı belə döş fəqərələrinə təzyiq göstərəcək. Bu zaman onların yerdəyişməsi millimetrdən az olsa da, bu, venoz durğunluq yaradaraq, sinir kökcüklərinin qidalanmasının pozulmasına səbəb olacaq. İş arası qəlyanaltılardan sonra döş və bel radikulitinin yaranma səbəbləri də çox zaman ifrat qidalanmadır.

Havaya uyğun geyinin. Soyuqdan, rütubətdən qorunun.

Su prosedurlarını günün müəyyən saatlarında məntiqli şəkildə qəbul edin.

Əgər bel ağrısı tutmuşsa (lümbaqo):

İlk yardım kimi 1-2 tablet ibuprofen qəbul edə bilərsiniz (əgər bu tip dərmanlara qarşı allergik reaksiyalar və mədə xorası, qastrit kimi xəstələyiniz yoxdursa).

Onurğadakı gərginliyi aradan qaldirmaq üçün xüsusi idman hərəkətləri etmək olar: Pəncələr bir yerdə, əlləriniz belinizdə, gövdənizi gah sola, gah sağa çevirin. Əgər imkan varsa, qarnı üstə yerə uzanın (soyuq yerə yox!). Çox asta, həlim hərəkətlərlə (hər hərəkətdə 10-a qədər sayın) eyni vaxtda sağ əinizi irəli, sol pəncənizi geri uzadın. Yenə, eyni vaxtda, hər dəfə 10 san ərzində, çox asta, bu ardıcıllıqla dartının: sol əl-sağ pəncə, sağ əl-sağ pəncə, sol əl-sol pəncə. Bu hərəkətləri bir neçə dəfə təkrar edin.Ağrınız yüngülləşəcək.

Şərait varsa, ”turnikdən sallanma” hərəkətini icra edə bilərsiniz.Bu zaman çox diqqətli olmalısınız. Hoppanma hərəkətləri yolverilməzdir, halınızı pisləşdirə bilərsiniz. Sallanma hərəkəti dartınmasız,qolunuz yorulana kimi, olmalı, sonda əvvəl ehtiyatla pəncələrinizi, sonra yüngülcə dabanlarınızı yerə qoymalısınız.

Ayaq üstə duraraq yanlara doğru ehtiyatla, ağrı yaranana qədər əyilmə hərəkətləri edin. Ağrı əmələ gələn istiqaməti təyin etdikdən sonra, dayağa (divara, sütuna və s.) söykənin. 10-15 saniyə ərzində dayağa istinad edərək, əvvəl ağrı yaranan tərəfə, sonra əks tərəfə astaca əyilmə hərəkəti edin.

Ağrılarınız davam edərsə, həkimə müraciət edin, mütəxəssis müayinəsindən keçin. Əks halda, özünüzün əl atdığınız vasitələr vəziyyəti daha da ağırlaşdıra bilər.

Ağrılar zamanı yataq xəstəsi olmayın, asta-asta hərəkət edin. Hərəkət-həyat deməkdir! Lakin fiziki aktivliyinizi kəskinləşmə mərhələsi keçdikdən sonra, qoruyucu rejimdə bərpa edin!

Oxunub: 2 434
Paylaş:
Digər xəbərlər

Maraqlı

3-06-2022, 18:21

Miozit nədir?

Araşdırma

15-12-2020, 18:10

Bel ağrılarının ən yayılmış SƏBƏBLƏRİ

Səhiyyə

15-10-2019, 10:21

Baş ağrılarının BİLMƏDİYİNİZ SƏBƏBİ

Səhiyyə

5-09-2019, 15:43

Bel ağrılarının SƏBƏBLƏRİ

Manşet / Səhiyyə

22-07-2018, 09:30

QARIN AĞRISININ SƏBƏBLƏRİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Bu gün, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Bu gün, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Bu gün, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Bu gün, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Bu gün, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Bu gün, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Bu gün, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Bu gün, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Bu gün, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Bu gün, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Bu gün, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Bu gün, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Bu gün, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Bu gün, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • Dünən, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • Dünən, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • Dünən, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • Dünən, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • Dünən, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • Dünən, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Dünən, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • Dünən, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • Dünən, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə