Anaları hamiləlik zamanı COVID-19 keçirən uşaqlar digərlərinə nisbətdə qucaqda daha az dincəlir, həmçinin baş və ətrafların hərəkətlərinə nəzarət etməkdə daha çox çətinlik çəkir.
Bununla bağlı ispaniyalı alimlər 30-cu Avropa Psixiatriya Konqresində danışıblar.
Onların sözlərinə görə, araşdırma üçün təxminən altı həftəlik olan 21 körpə müayinə və müşahidə edilib.
Həkimlər onu da vurğulayıblar ki, bu hal anası COVID-19 keçirən bütün uşaqlarda görünməyib, ancaq hamilənin yoluxması patologiyaların riskini artırır.
Gələcəkdə mütəxəssislər bu fenomeni daha ətraflı öyrənmək istəyirlər.
Anormallıqları müəyyən edən uşaqların dörd yaşına çatana qədər müşahidə edilməsi planlaşdırılır.
Mənbə: Lenta.ru