• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Xəstə bağırsaqların 6 əlaməti
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Məktəblərdə uşaqlar arasında yayılan xəstəlik NƏDİR?

Səhiyyə

10-10-2021, 19:33

Məktəblərdə uşaqlar arasında yayılan xəstəlik NƏDİR?


Məktəblərdə ənənəvi təhsilə yeni başlanılsa da, artıq koronavirusa yoluxma hallarına rast gəlinir. Paytaxtın bəzi məktəblərində koronavirusa yoluxma səbəbindən siniflər ənənvi təhsili dayandırıb. Bakı şəhəri 162 saylı məktəbin 8ç sinif şagirdləri arasında koronavirusa yoluxma səbəbindən sinif distant təhsilə keçib.
Kaim.az xəbər verir ki, valideynlər bildiriblər ki, sinifdə 40-a yaxın şagird var. Yoluxmanın sinifdə sıxlıq səbəbindən daha da artacağı təhlükəsi olduğundan, sinifdə ənənəvi dərslərin keçirilməsi bu gündən etibarən dayandırılıb. 162 saylı məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbdə yalnız 8ç sinfi üzrə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb: “Yalnız Elnarə Məmmədovanın sinif rəhbəri olduğu sinifdə koronavirusa 3 şagird yoluxub. Bu, 8ç sinfidir. Ona görə də Elnarə müəllimin sinfi distant təhsilə keçir. Digər siniflərdə isə dərslər ənənəvi qaydada davam edəcək”.

Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Analoji hadisə “Baku Oxford School”-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.
Qeyd edək ki, son günlər məktəblərdə koronavirusa yoluxma barədə rəsmi statistika hələ ki açıqlanmasa da, sosial şəbəkələrdə valideynlər uşaqlar arasında qripəbənzər xəstəliyin müşahidə olunduğu barədə narahatlıqlarını ifadə edirlər.
Sputnik Azərbaycan şagirdlər arasında müşahidə olunan xəstəliyin qrip, yoxsa koronavirus olduğunu araşdırıb.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. A.Musayev bildirib ki, havaların soyuması ilə əlaqədar uşaqlar arasında burun axması, öskürək, boğaz ağrısı ilə müşahidə olunan xəstəlik qeydə alınır: “Hal-hazırda əsas mövsümi xəstəlik qripdir. Qrip virusunun yayılma dövrüdür. Ona görə də bu xəstəlik müşahidə olunduqda qorxmaq lazım deyil. Uşaqlarda belə halda temperatur yoxlanılmalıdır. Ailə həkimi uşağı müayinə etməlidir. İki gün şagird evdə müalicə almalı, həkim tövsiyə edirsə, mütləq COVID-ə görə analiz verməlidir”.
A.Musayev deyir ki, valideynlərin ciddi maarifləndirilməsinə ehtiyac var.
“Ola bilər ki, bəzi valideynlər uşağın xəstəliyini gizlətsinlər. Ona görə də məktəblərin girişində mütləq temperatur ölçülməlidir. Daha yaxşı olardı ki, uşaqlara məktəbin həkimi tərəfindən vizual baxış olsun. Uşaqda burun axması allergik rinit səbəbindən də ola bilər. Ona görə də həkim müayinəsi vacibdir”.
İnstitut direktoru deyir ki, hazırda yayılmış qrip məktəblərdə COVID-ə yoluxma xofu yaratmamalıdır: “Məktəblərdə COVID-ə yoluxma halının qeydə alınacağı gözlənilən idi. Amma buna görə təhsili dayandırmağa ehtiyac yoxdur. Bu gün yoluxma qeydə alınan siniflərin distant təhsilə keçməsi ən uğurlu variantdır”.
Bununla belə, A.Musayev deyir ki, məktəblərdə qrip virusunun və koronavirusun geniş yayılmasının qarşısını almaq üçün girişdə temperatur yoxlanılmalıdır. Öskürək, burun axması, boğaz ağrısı olan şagirdlər məktəbə göndərilməməlidir.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qrip simptomları müşahidə olunan şagirdlərin həkim müayinəsindən keçməsi vacibdir: “Hazırda mövsümi qrip dövrüdür.
Bəzən qriplə koronavirusu əlamətlərdən seçmək olmur. Çünki bütün virus infeksiyaları yuxarı tənəffüs yollarını zədələyir. Elə yoluxucu xəstəliklər var ki, onun özünəməxsus əlamətləri olur. Amma qrip viruslarında əlamətlər ümumidir.
Bunlar kəskin respirator virus infeksiyaları hesab olunur. Ona görə də qripəbənzər əlamətlər müşahidə olunduqda antigeni müəyyən etmək üçün mütləq test aparılmalıdır. Spesifik antigeni müəyyən etmək lazımdır ki, bunun mövsümi qrip, yaxud koronavirus olduğu məlum olsun”.
N.Quliyev deyir ki, əgər məktəbdə yoluxma mənbəyi varsa, bu ocağı söndürmək üçün sinif qapadılmalıdır: “Bu gün üçün ən optimal əks-epidemik tədbir budur. Hansı sinifdə koronavirusa yoluxma varsa, mütləq şəkildə o sinifdə ənənəvi təhsili dayandırmaq, 14 günlük karantin tətbiq etmək lazımdır”.
Məlumat üçün bildirək ki, məktəblərdə sentyabrın 22-dən 1-4, 29-dan isə 5-11-ci siniflər üzrə ənənəvi tədrisə başlanılıb.

Oxunub: 1 059
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-10-2021, 18:26

Bakı məktəbində yoluxma qeydə alındı, sinif bağlandı

Xəbərlər

1-09-2021, 20:21

Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA

Xəbərlər

28-02-2021, 16:28

Sabahdan məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Xəbərlər

19-11-2020, 15:07

Təhsil nazirindən bədbin proqnoz: Əyani təhsilə qayıtmaq risklidir

Xəbərlər

22-09-2020, 16:55

Yeni tədris ilində 95 şagird koronavirusa yoluxub - RƏSMİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Xəstə bağırsaqların 6 əlaməti
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Son xəbərlər
  • Bu gün, 15:44
    Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
  • Bu gün, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Bu gün, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • Dünən, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • Dünən, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • Dünən, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • Dünən, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • Dünən, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • Dünən, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • Dünən, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • Dünən, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Dünən, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Dünən, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Dünən, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Dünən, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • 8-09-2026, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • 8-09-2026, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • 8-09-2026, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • 8-09-2026, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • 8-09-2026, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • 8-09-2026, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • 8-09-2026, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • 8-09-2026, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • 8-09-2026, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə