Koronavirusa yoluxub sağalandan sonra mütləq sağlamlığı yenidən müayinə etmək, bəzi analizlərdən keçmək lazımdır.
Rusiyalı həkim Aleksey Dekonskiy xəstələrin mütləq ürək və damarları yoxlamasının vacibliyini bildirib.
"Mütləq elektrokardioqramma, EXQ, holter monitorinqi, təzyiqin müşahidəsi, qanda xolesterin, lipid analizi verilməli, ayaqda və boyunda damarlar dopler olunmalıdır.
Taxikardiya, təzyiq yüksəlməsi və gəzərkən təngnəfəslik varsa, mütləq kardioloq müşahidəsində olmaq lazımdır".
Xəstələr ən azı virusdan sonrakı 1-2 ildə ürək-damar sistemini nəzarətdə saxlamalıdır. /medicina.az