• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
Diş ərpi və daşlarına qarşı bal çeynəyin
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
Hovuz suyunun gözlərə zərəri
Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Zob” adlandırdığımız “boğaz uru” nədir?

Səhiyyə

1-07-2020, 12:44

“Zob” adlandırdığımız “boğaz uru” nədir?


Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Bu vəz normal halda qadınlarda 20 kub sm həcmində olur və gözlə görünmür, kişilərdə isə 25 kub sm həcmində olaraq xirtdək şəklində seçilir.

Qalxanvari vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə təsir göstərir – maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanvari vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar.

Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir – sinir, qan damar, cinsiyyət sistemi, maddələr mübadiləsi və s. zərər çəkir.

Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da çox adam “zob” adlandırır. Bu söz isə rus dilində “çinədan” mənasını verir – boğaz uru olan xəstələrin boğazının ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari vəzin bir sıra xəstəliklərinin əlamətidir.

Boğaz urunun növləri

Qalxanvari vəzin böyüməsi fonunda onun funksiyası və müvafiq olaraq qanda tireoid hormonların miqdarı həm arta, həm azala, həm də normal səviyyədə qala bilər.

Buna əsasən boğaz urunun aşağıdakı növləri mövcuddur:

1. Diffuz endemik ur zamanı qalxanvari vəzin böyüməsi və hipotireoz, yəni tireoid hormonların çatışmazlığı qeyd olunur. Boğaz urunun bu növü başqalarına nisbətən daha çox rast gəlinəndir və əsas səbəbi də qida və suda yod çatışmazlığıdır. Həmin çatışmazlıq adətən müəyyən yerli amillərlə, xüsusən də istifadə olunan su ilə əlaqəli olduğu üçün xəstəlik də “endemik”, yəni müəyyən ərazidə yayılmış adlanır. Diffuz endemik zob Azərbaycanın bəzi rayonlarına da xasdır.

2. Diffuz toksik ur zamanı isə həm qalxanvari vəzin ölçülərinin, həm də tireoid hormonların artması qeyd olunur. Bu vəziyyət hipertireoz və ya tireotoksikoz adlanır.

3. Düyünlü toksiki ura da hipertireoz xasdır, lakin bu xəstəliyin diffuz növündən fərqli olaraq qalxanvari vəzin bütün ölçüləri artmır – bəzi hissələr böyüyərək qalınlaşır və bu hissələrə də düyünlər deyilir. Onların sayından asılı olaraq birdüyünlü və ya çoxdüyünlü ur mövcuddur.

4. Qalxanvari vəzin həcminin artması fonunda fəaliyyətinin və müvafiq olaraq tireoid hormonların səviyyəsinin norma daxilində olması eutireoz adlanır. Belə hal hamiləliyə və ya qalxanvari vəzin iltihabına xasdır.

5. Qalxanvari vəzin böyüməsi onda əmələ gələn kistalar, yəni içi özlü maye ilə dolu kiçik qabarcıqlar hesabına da ola bilər. Bu hal kistalı ur adlanır. Kiçik kistalar adətən heç bir narahatlığa səbəb olmur, lakin kistanın iltihablaşması və ya irinlənməsi hərarət və boğazın ön səthində ağrılara səbəb olur ki, bu hala da olduqca ciddi yanaşılmalıdır.

Boğaz urunun səbəbləri

Bu xəstəliyin müxtəlif növlərinin səbəbləri də müxtəlifdir.

Ən çox yayılmış olan endemik diffuz urun əsas səbəbi qəbul edilən qida və suda yodun azlığıdır. Belə halda qalxanvari vəzin fəaliyyəti pozulur – yod çatışmazlığı zamanı lazımi miqdarda tireoid hormonları hasil olunmur. Orqanizmi həmin hormonlarla təmin etmək üçün əlavə yoda ehtiyac yaranır. Qandan daha çox yod almaq üçün qalxanvari vəzin həcmi artır. Azərbaycanda bu xəstəliyin aktuallığı da bəzi ərazilərimizə xas olan yod qıtlığı ilə bağlıdır.

Endemik diffuz ura kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Bu da qadın orqanizminin cinsi yetkinləşmə, hamiləlik və uşaq əmizdirmə dövründə qalxanvari vəzin hormonlarına daha yüksək tələbatı ilə əlaqəlidir.

Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi rəqəmlərə əsasən yoda gündəlik tələbat aşağıdakı kimidir:

- 5 yaşına qədər uşaqlar – 80-100 mkq dək;

- 12 yaşına qədər uşaqlar – 130 mkq dək;

- böyüklər və 12 yaşından sonra uşaqlar – 160 mkq dək;

- hamilə və uşaq əmizdirən qadınlar – təqribən 200 mkq.

Diffuz endemik urun digər səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:

- qeyri-qənaətbəxş ekoloji vəziyyət - məsələn, organizmə daxil olan toksiki maddələr qalxanvari vəzin fəalığını azaldır;

- tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması (balıq, süd, yumurta, yağ, mal əti, portağal, lumu, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma, sarımsaq, turp, çuğundur, kartof, kök, pomidor);

- irsiyyət.

Diffuz toksiki urun əsas səbəblərindən orqanizmdə xüsusi anticismlərin əmələ gəlməsidir. Bu xəstəliyin digər adı Bazed xəstəliyidir. Müəyyən olunmamış səbəbdən immun sistemi tərəfindən hasil olunan bu anticismlər qalxanvari vəzin fəaliyyətini artırır. Yuxarıda qeyd edildiyi kimi, tireoid hormonların səviyyəsinin normadan artıq olması “hipertireoz” və ya “tireotoksikoz” adlanır. Diffuz toksiki urun digər səbəbləri tireoid hormon tərkibli dərman preparatlarının artıq dozada qəbulu, irsiyyət, mənfi ekoloji vəziyyətdir.

Düyünlü urun səbəbi dəqiq bilinməsə də, irsiyyət, radiasiya, toksiki maddələrin mənfi təsiri təxmin edilir. Xəstəliyin bu növünün əsas təhlükəsi isə qalxanvari vəzdə əmələ gələn düyünün bədxassəli şişə çevrilmə ehtimalıdır.

Qalxanvari vəzin kistası həm anadangəlmə, həm də qazanılmış ola bilər. Qazanılmış kistaların səbəblərindən iltihabi proses, onkoloji, yəni şiş xəstəliyini və s. göstərmək olar.

Oxunub: 1 342
Paylaş:
Digər xəbərlər

Səhiyyə

4-02-2020, 14:56

Zob niyə böyüyür?

Xəbərlər

19-08-2019, 21:28

Zob niyə böyüyür?

Gündəm / Səhiyyə

3-06-2025, 15:31

Qalxanvari vəzi xəstəliklərinin gizli simptomları. Özünüzü yoxlayın!

Xəbərlər

7-02-2019, 10:28

Zob niyə böyüyür?

Araşdırma / Maraqlı

18-01-2019, 00:17

Qalxanvari vəzi üçün xeyirli olan qidalar

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
Son xəbərlər
  • Dünən, 22:13
    “Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
  • Dünən, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
  • Dünən, 20:32
    Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
  • Dünən, 19:02
    Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
  • Dünən, 18:25
    Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
  • Dünən, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • Dünən, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • Dünən, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • Dünən, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Dünən, 13:11
    Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
  • Dünən, 12:33
    Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
  • Dünən, 11:26
    Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
  • Dünən, 10:19
    Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
  • Dünən, 09:02
    Diş ərpi və daşlarına qarşı bal çeynəyin
  • 20-06-2026, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • 20-06-2026, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • 20-06-2026, 20:34
    Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
  • 20-06-2026, 19:23
    Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
  • 20-06-2026, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • 20-06-2026, 17:00
    Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
  • 20-06-2026, 16:06
    Bu, Rusiyanın növbəti tələsidir - Tsaxkna
  • 20-06-2026, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • 20-06-2026, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • 20-06-2026, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • 20-06-2026, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • 20-06-2026, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • 20-06-2026, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • 20-06-2026, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə