• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
ABŞ və Çin arasında hərbi toqquşma olacaq – Müharibələrin yekun SSENARİSİ
Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başladı
Maddələr mübadiləsini yaxşılaşdıran - ən təsirli pəhriz
Ən sağlam yaz tərəvəzlərinin siyahısı
Yuxuda ağız suyunun axmasının səbəbləri
Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT
Hemiplegiya Nədir? Hemiplegiya Səbəbləri və Müalicəsi
Dünya müharibəsi zamanı qaçmaq üçün 6 ölkə açıqlandı
İrana görə trilyonluq TƏKLİF – Cəlalzadə planı açıqladı
Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Mastopatiya və onun səbəbləri

Səhiyyə

11-05-2020, 11:43

Mastopatiya və onun səbəbləri


Mastopatiya - süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər əmələ gəlir.

Bu düyünlər vaxtaşırı olaraq yaranır, inkişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara “mastopatiya” diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu “adi” xəstəlik hesab edirlər. Bəs həqiqət necədir? Bu zaman narahat olmağa dəyərmi? Əlbəttə, dəyər! Məsələ burasındadır ki, mastopatiya fonunda süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Mastopatiya əsasən dölyaratma yaşında (25-45 yaş) inkişaf edir. Çox gənc qız uşaqlarında olan mastopatiya isə əksər hallarda, onların orqanizmində hormonal fonun yaşa uyğun olaraq yenidən qurulması ilə əlaqədar yaranmış olur.

Mastopatiyanın ilk əsas səbəbi qadın orqanizmində hormonal tarazlığın pozulmasıdır. Məlum olduğu kimi, aybaşı tsikli (dövrü) hormonlarla tənzimlənir. Süd vəzisi hormon asılılıqlı üzvlərə aiddir. Onun toxuması aybaşı tsiklinin (dövrünün) mərhələlərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Bundan başqa, süd vəzisinin toxumasına böyrəküstü vəzilər, qaxanvari vəzi, mədəaltı vəzi və hipofiz vəzi hormonları da müəyyən təsir göstərirlər. Buna görə də sadalanan orqanların hər hansı birinin xəstəliyi süd vəzilərində də müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb ola bilər.

Mastopatiyanın əmələ gəlməsi üçün “şərait yaradan” faktorlardan biri qadın orqanizminin hormonal sisteminə kobub şəkildə müdaxilə olan abortlar (uşaqsalmalar) hesab edilir. İkinci belə faktor isə qadın cinsi üzvlərinin xəstəlikləridir. Süd vəziləri digər dölyaradıcı üzvlərlə (uşaqlıq, yumurtalıqlar) vahid sistemə daxildirlər. Buna görə də həmin bu sistemdə baş verən hər hansı nasazlıq və pozğunluqlar süd vəzilərinə də öz mənfi təsirlərini göstərirlər.

Mastopatiyanın əmələ gəlməsinə səbəb olan üçüncü əsas faktor isə sinir sistemində baş verən müxtəlif nevroloji pozğunluqlardır (streslər, daimi sinir gərginlikləri, depressiyalar).

Piylənmə, spirtli içkilərin qəbul edilməsi, siqaret çəkilməsi, gecikmiş hamiləlik, şəkərli diabet, süd vəzilərinin müxtəlif travmatik təsirlərə (çox sıx alt paltarların geyilməsi nəticəsində əmələ gələn mikrotravmalar, zərbə, yıxılma, sıxılma və s.) məruz qalması və digər bu kimi faktorlar da mastopatiyanın əmələ gəlməsinə “kömək edən” səbəblərdir.

Süd vəzilərinə zərərli təsir edən faktorlardan biri də həddən artıq dərəcədə qəbul edilən təbii və ya süni günəş vannaları (xüsusən də çimərlik paltarı geyinmədən) hesab edilir.

Mastopatiya zamanı süd vəzilərində kifayət qədər yumşaq olan törəmələr və ya müxtəlif ölçülü düyünlər əmələ gəlir. Aybaşı başlamazdan qabaq onlar ağrılı olaraq qoltuqaltı sahəyə də yayıla bilərlər. Nəzarətsiz buraxılmış formalarda bu ağrılar daimi xarakter alaraq, hətta süd vəzilərinə yüngülcə toxunuş zamanı da arta bilərlər. Mastopatiya zamanı süd vəziləri gilələrindən ağ, sarı, yaşıl rəngə çalan və bəzən də müəyyən iyi olan maye də ifraz oluna bilər.

Mastopatiyanın diffuz və düyünlü formaları olur. Mastopatiyanın düyünlü forması, adətən, 35 yaşdan yuxarı olan qadınlarda təsadüf edilir və süd vəzisinin xərçənginə də keçə bilir. Mastopatiya diaqnozu qoyulmuş qadınlar onkoloji cəhətdən yüksək risk qrupuna aid edilərək mütəmadi olaraq onkoloq-mammoloq tərəfindən müayinə olunmalıdırlar. Lazım olduğu hallarda onlara USM və mammoqrafiya təyin edilir.

Orta hesabla qadınların 50%-i süd vəzilərində olan bərkimə sahələrini özləri aşkar edirlər. Bu isə onlara vaxtında düzgün diaqnoz qoyulması ehtimalını artırır və hətta süd vəzi xərçəngi kimi çox təhlükəli hesab edilən bir xəstəliyin də müvəffəqiyyətlə müalicə olunmasına imkan verir. Məhz buna görə, mütəmadi olaraq, fərdi qaydada qadınların öz süd vəzilərini müayinə etmələri çox vacib hesab edilir.

Bəs mastopatiya xəstəliyi necə müalicə oluna bilər?

İlkin dövrlərində bu xəstəlik asanlıqla və tez bir zamanda müalicə olunur. Məhz buna görə də xəstəliyin ilkin əlamətləri aşkar edilən kimi, təxirə salınmadan həkim-mammoloqa müraciət etmək lazımdır. Süd vəziləri praktiki olaraq heç bir halda öz xəstəliklərinin səbəbkarı olmurlar. Mastopatiyaların əsas səbəbləri əksər hallarda hormonal pozğunluqlar, müxtəlif ginekoloji, nevroloji və digər xəstəliklər olur. Beləliklə, mastopatiyanın müalicəsində əsas məsələ - qadın orqanizmində məhz hansı pozğunluğun onun inkişaf etməsinin səbəbkarı olduğunu müəyyən etməkdən ibarətdir. Bu səbəb müəyyən edildikdən və aradan götürüldükdən sonra süd vəzilərinin vəziyyəti də yaxşılaşmış olur. Cərrahi əməliyyatın aparılması isə yalnız aşkar edilməsi gecikdirilmiş olan, düyünlü mastopatiyalar zamanı tələb olunur.

Hal-hazırda süd vəziləri xəstəliklərinin profilaktikası üçün tərkibində A, E, C vitaminləri, selen və yod mikroelementləri olan bir sıra dərman preparatları və komplekslər hazırlanmışdır. Bundan başqa, süd vəziləri xəstəliklərinin profilaktikası üçün dəniz məhsulları, kələm, kök, tərkibində xeyli miqdarda sellüloz olan meyvələr və digər qidalar mütəmadi olaraq qəbul edilən qida məhsulları sırasına daxil edilməlidir.

Oxunub: 1 024
Paylaş:
Digər xəbərlər

Səhiyyə

6-08-2019, 15:05

Süd vəzi kistaları - Müalicəyə ehtiyac varmı?

Səhiyyə

21-06-2019, 13:25

Mastopatiya XƏRÇƏNGƏ çevrilə bilərmi?

Səhiyyə

31-12-2018, 02:18

Mastopatiya XƏRÇƏNGƏ çevrilə bilərmi?

Gündəm / Səhiyyə

19-12-2018, 01:00

Mastopatiya XƏRÇƏNGƏ çevrilə bilərmi?

Manşet / Gündəm / Səhiyyə

6-01-2019, 17:27

Ginekologiya

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
ABŞ və Çin arasında hərbi toqquşma olacaq – Müharibələrin yekun SSENARİSİ
Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başladı
Son xəbərlər
  • Bu gün, 15:03
    Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
  • Bu gün, 14:53
    İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
  • Bu gün, 13:32
    İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
  • Bu gün, 12:12
    Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
  • Bu gün, 11:28
    ABŞ və Çin arasında hərbi toqquşma olacaq – Müharibələrin yekun SSENARİSİ
  • Bu gün, 10:10
    Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başladı
  • Bu gün, 09:02
    Maddələr mübadiləsini yaxşılaşdıran - ən təsirli pəhriz
  • Dünən, 22:30
    Ən sağlam yaz tərəvəzlərinin siyahısı
  • Dünən, 21:00
    Yuxuda ağız suyunun axmasının səbəbləri
  • Dünən, 20:50
    Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
  • Dünən, 19:16
    İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
  • Dünən, 18:49
    Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT
  • Dünən, 18:07
    Hemiplegiya Nədir? Hemiplegiya Səbəbləri və Müalicəsi
  • Dünən, 17:24
    Dünya müharibəsi zamanı qaçmaq üçün 6 ölkə açıqlandı
  • Dünən, 16:51
    İrana görə trilyonluq TƏKLİF – Cəlalzadə planı açıqladı
  • Dünən, 15:00
    Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
  • Dünən, 14:48
    Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
  • Dünən, 13:08
    Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
  • Dünən, 12:04
    Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
  • Dünən, 11:08
    Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
  • Dünən, 10:46
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • Dünən, 09:02
    Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
  • 22-03-2026, 22:45
    Musiqi dinləməyin 4 faydası
  • 22-03-2026, 21:26
    Yuxu keyfiyyətini pozan əsas səhvlər
  • 22-03-2026, 20:11
    İran ABŞ və İsraildən təzminat tələb etdi
  • 22-03-2026, 18:49
    Ağız qoxusuna görə hansı həkimə getməli?
  • 22-03-2026, 17:33
    NATO lideri Hörmüz boğazı ilə bağlı Trampa müraciət etdi
  • 22-03-2026, 15:18
    Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
  • 22-03-2026, 14:20
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • 22-03-2026, 12:55
    Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə