• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yaradıcılığa asfaltdan başlayan, çəkdiyi tabloları sahibinə görə sevən azərbaycanlı DAHİ

Mədəniyyət

29-11-2023, 21:26

Yaradıcılığa asfaltdan başlayan, çəkdiyi tabloları sahibinə görə sevən azərbaycanlı DAHİ


29 noyabr xalq rəssamı, əsərləri dünyanın ən möhtəşəm sərgi salonlarını bəzəyən Tahir Salahovun doğum günüdür.

Publika.az rəssamla bağlı maraqlı məlumatları təqdim edir.

Tahir Salahov 29 noyabr 1928-ci ildə Bakıda anadan olub. 1945-ci ildə Bakıda orta məktəbi bitirən Tahir Salahov 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirib və V.İ. Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub.

Müsahibələrinin birində deyib ki, 1944-cü ildə 16 yaşında olarkən, Kirov parkında afişalar çəkən işləyib. O zaman afişaları asfalt üzərində yazmaq dəbdə idi. Bu afişaları gecə vaxtı çəkirmiş.

Şəkil çəkməyə marağı balaca Tahirə atası aşılayıb. Hələ kiçik yaşlarından evdə qardaşları ilə dəcəllik etməsin deyə, atası onlara müxtəlif rəsmlər çəkməyio tapşırardı. Axşam evə gələndə isə hansı şəklin daha yaxşı alındığını deyirdi. Bax beləcə, rənglər dünyasının sakininə çevrilib Tahir Salahov. Tək özü yox, hər üç qardaş rəssam olmağa qərar veriblər.

Bundan başqa, evlərindfə yemək otağının divarında gözəl, iri bir qravüra asılıb. Üzərində əlləri qandallanmış bir qadın. Tahir Salahov həmişə ona baxaraq yemək yeyərmiş. "Bu şəkil də mənim şüuruma təsir edərək, incəsənətə həvəs yaradıb", - deyə müsahibələrinin birində belə deyib. Bir də onu deyib ki, “Mən hamınıza məsləhət görərdim ki, evinizdə divardan heç olmasa, yaxşı bir reproduksiya asasınız. O sizə də, sizin övladlarınızın şüuruna da müsbət təsir göstərəcək”.

RƏSSAMLIQ DÜNYASININ ƏN GÖZƏL TABLOLARI

1951-ci ildə isə V.İ. Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olub.Tahir Salahov ilk əsəri olan “Dalğa” və “Estekada”nı 1955-ci ildə çəkib. Beləcə yaranıb bir-birindən fərqli, gözoxşayan, dünyanın ən qabaqcıl sərgi salonlarını bəzəyən Tahir Salahov tabloları: “Səhər eşelonu”, “Rezervuar parkı”, “Neftçi”, “Təmirçilər”, “Qara Qarayevin portreti”, “Xəzər üzərində” , “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” “Aydan” kimi saymaqla bitməyən monumental sənət əsərlərini rənglər dünyasına bəxş edib dünya şöhrətli rəssam.

QARA, QIRMIZI VƏ AĞ

Tahir Salahovun sənəti əslində onun yaradıcılığında aparıcı olan aşağıdakı üç rəngin harmoniyası üzərində qurulub: qara, qırmızı və ağ. Doğrudur, Tahir Salahov digər bütün rənglərdən də məharətlə isitifadə edib əsərlərində. Amma əsərlərindəki digər rəng effektləri onun sənəti üçün xarakterik olan qara, qırmızı və ağ rənglərin kölgəsində qalıb həmişə, sanki köməkçi obrazını oynayıb bir növ. Tahir Salahovu rənglər dünyasının hökmdarı da adlandırmaq olar.

Müsahibələrinin birində deyir:

“Bir rəsmi çəkmişdim və nəsə ondan xoşuma gəlmirdi. Birdən-birə onu cırıb atmaq istədim. Yanımda olan adamlar güclə əlimdən aldılar. Dedilər ki, sən nə edirsən? Mən razı deyildim işimlə. Amma yarım il sonra bu rəsmi dostumun evində çərçivədə, şüşənin altında görəndə, dedim, ay Allah, yəni mən doğrudan bu şəkli cırıb atmaq istəmişəm?

Bəzən rəssam hiss etmir çəkdiyi əsərin dərinliyini. Özünə qarşı tələbkar olanda, bəzən daxilində rəsmi başqa cür görürsən və fırçandan çıxanla onun arasında fərq görəndə məyus olursan. Yaşa dolduqca, sənətin incəliklərini öyrəndikcə, rəssamlar barədə oxuduqca, fantaziyan zənginləşir. Rəssamın şüurunu zəmanə müəyyən edir. Mənə ilham verən azərbaycanın məşhur rəssamları Əzim Əzimzadə, Qəzənfər Xalıqov, Salam Salamzadə, Tağı Tağıyev kimi sənətkarlar idi”.

ƏMƏYƏ HƏYAT VƏ QİYMƏT VERİRDİ

Rəssam yaradıcılığında əsas obrazlardan biri də əməksevər sadə insanlar olub. Müsahibələrinin birində deyib: “Mənim üçün əmək mövzusundan daha üstün bir mövzu yoxdur və öz yaradıcılığımda insanı əmək fəaliyyəti prosesində təsvir etməyə can atıram. Əsərlərimdə insan obrazını vurğulamaq üçün onun xarakterini, əməksevərliyini kətan üzərində həkk etməyə çalışıram. Bir insan üçün yaradıcılıq prosesində ən əsas vəzifə bu detalları vurğulamaq və artıq detallardan qaçmaqdır. Xəzər neftçilərinə həsr olunmuş əsərlər üzərində işləyərkən bu zəhmətkeş insanların evlərində onların həyat tərzi ilə tanış oldum”.

Həqiqətən də Salahovun neft mövzusuna həsr etdiyi insan portretləri öz daxili zənginliyi və xarakteri ilə seçilir. Həmin tablolarda neftçilərin daxili aləmi, yorğunluqları, keçirdikləri narahatlıq hissləri öz əksini tapır. Sadalanan xüsusiyyətləri “Təmirçilər”, “Neftçinin portreti”, “Neftçi fəhlə”, “Neftçi” kimi əsərlərində görmək olar.

ÇƏKDİYİ TABLOLARI SAHİBİNƏ GÖRƏ SEVİRDİ

“Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, deyib zamanında Tahir Salahov. Rəssam belə simaları çəkərkən, onların imiclərini tarix üçün qoyub gedir. Bu çox məsuliyyətli bir işdir. Bu həm sənin adındır, həm də o məşhur şəxsiyyətin...

Rəssamın əl işləri hazırda yalnız ölkəmizin deyil, dünya muzey və qalereyalarının da bəzəyidir.

DÖVLƏTİN VƏ XALQIN SEVDİYİ ADAM

Sənətinə dövlət qayğısı göstərilən dünyaşöhrətli rəssam bir çox saysız-hesabsız mükafatların sahibidir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenləri ilə mükafatlandırılıb. Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb. 2018-ci ildə, 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

ÖZÜ GEDİB, İZİ QALAN SALAHOV

Tahir Salahov bütün həyatı boyu Azərbaycana, mədəniyyətimizə adına layiq xidmət edib. O, hər birimizin fəxridir. Həm də dünyanın sevdiyi gözəl rəssamlardan biridir. Hər insana nəsib olmayan böyük səadət... Təssəvvür edin: zamanı gələndə köç edib gedirsən bu həyatdan... Özündən sonra ən azı özün böyüklüyündə qoyub getdiyin tabloların isə bütün dünyanı gəzir. Ən məşhur sərgi salonlarında həyat verdiyin şəkillərə milyonlar heyranlıqla tamaşa edir. Həm də, sənin gözünlə. Demək ki, sən də sağsan. Tahir Salahov şəxsiyyəti və yaradıcılığı kimi. Bu dünyada qalacaq ən sonuncu şəxsə kimi seviləcək Tahir Salahov rəsmləri.

Cəmilə Hətəmxanova

Oxunub: 680
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

10-03-2021, 17:51

Azərbaycanın Xalq rəssamı vəfat edib

Mədəniyyət

3-12-2020, 21:37

Əməkdar rəssam Rafael Abbasov vəfat edib

Bioqrafiya

4-10-2019, 20:01

Mürsəl Nəcəfqulu oğlu Nəcəfov

Manşet / Bioqrafiya

8-07-2018, 09:02

Azərbaycan və Rusiya rəssamı

Manşet / Bioqrafiya

26-06-2018, 11:02

Qəmər Almaszadə

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Son xəbərlər
  • Bu gün, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Bu gün, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • Dünən, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • Dünən, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • Dünən, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • Dünən, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • Dünən, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • Dünən, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • Dünən, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • Dünən, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • Dünən, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • Dünən, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • Dünən, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Dünən, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • Dünən, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • Dünən, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • 30-07-2026, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • 30-07-2026, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • 30-07-2026, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • 30-07-2026, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • 30-07-2026, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • 30-07-2026, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • 30-07-2026, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • 30-07-2026, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • 30-07-2026, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • 30-07-2026, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • 30-07-2026, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • 30-07-2026, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə