• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bədəni, boynu ağrıyıb-sızıldayanlar üçün çarələr - RESEPT
Paşinyan seçkidən dərhal sonra Putinin görüşünə gedəcək - Qorxu, yoxsa diplomatiya?
Bu ölkə tanklarını Rusiya sərhədinə göndərdi: Müharibə başlayır?
Kimlər heç vaxt xərçəng olmur? - İlginc səbəb
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
Beyin transplantasiyası niyə hələ mümkün deyil?
Cənubi Kipr prezidenti bu türk ölkəsində səfərdədir - İlk dəfə
Ərəb ölkələri hava məkanlarını bağladılar - Təcili
Alimlər 1 həftəyə tez arıqlamağın yolunu tapdılar
Gündə bir ovuc kifayətdir: Yuxu və xoşbəxtlik hormonu
Qaraciyərinizin sağlam olmadığını göstərən – 3 incə məqam
3300 sahibkara ziyan dəydi: taxıl sahələri məhv olub?
Rusiyanın kütləvi hücumları: Zelenskinin növbəti addımı belə olacaq
İnsülin dirəncinin başladığını göstərən - 10 əlamət
Minimum əməkhaqqı ilə bağlı vacib məlumat – Bu qədər arta bilər
Ölkəmizin adı üçün həyəcan təbili – Bu cümlə sürətlə yayılır
Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri
İrandan ABŞ-a gözlənilməz şərt – Yeni toqquşma anonsu verildi
Türklər yeni təhlükəsizlik şəbəkəsi qurur, Təl-Əviv mühasirəyə alınır - İsraildən etiraf
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”

Mədəniyyət

4-08-2023, 09:07

“1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”



Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində mədəniyyət paytaxtı Şuşa şəhərində “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” adlı tədbir keçirilmişdir. Tədbirdə mərkəzin əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Aynur Paşayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Bakı Mühəndislik Universitetinin tədris məsləhətçisi dosent Zabitə Teymurlu, Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəyli, Laçın şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vəfa İsmayılova, Əməkdar jurnalist Mətanət Ağamirli, “Diksiya Akademiyası” MMC-nin rəhbəri Cəlalə Nəzəroğlu, “Ailə medical” tibb mərkəzinin direktoru Firəngiz Rüstəmova, “Art Mood” reklam şirkətinin təsisçi-direktoru Xəyalə Mütəllimova, “Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva və başqaları iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva doğma dilimizlə bağlı tədbirin Azərbaycanın mədəniyyət paytaxtında – Şuşa şəhərində keçirilməsindən böyük məmnunluq hissi duyduğunu, müstəqil və qalib dövlətimizin atributlarından biri – Azərbaycan dili haqqında məhz Şuşa şəhərində danışmağın şərəfli və qürurverici olduğunu bildirmişdir. S.Əliyeva Qarabağın incisi Şuşada Azərbaycan dili ilə bağlı ilk tədbirin keçirilməsini təmin edən, 44 günlük Vətən müharibəsinin qələbəsini Şuşa zəfəri ilə taclandıran Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlıq hissini ifadə etmişdir. Bəşər mədəniyyətinin tərkib hissəsi olan dili mədəni dəyərlərin ötürülməsi, qorunması və qavranılmasında mühüm amil kimi səciyyələndirən prof.Sevinc Əliyeva ana dilini və əlifbanı millətin siması, onun milli sərvəti və varlığının təsdiqi adlandırmışdır. Dövlətimizin ictimai-siyasi həyatında və yazı mədəniyyəti tarixində mühüm hadisə olan latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi özünü təsdiq etməsi və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışan natiq millətin dilinin dövlət dili statusuna yüksəlməsini xalqın dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutu kimi qiymətləndirmişdir. Qeyd edilmişdir ki, dövlətçilik tariximizə Heydər Əliyev dövrü kimi daxil olan 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, əməli fəaliyyətdə də öz əksini tapmış, ulu öndər tərəfindən imzalanan sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən etmişdir. Natiq onu da əlavə etmişdir ki, Monitorinq Mərkəzi bu fərman və sərəncamlardan irəli gələn məsələləri, dövlət dili ilə bağlı ulu öndərin göstərişlərini rəhbər tutaraq doğma dilin saflığının qorunmasına, azərbaycançılıq ideologiyasının təbliğinə öz töhfələrini verməkdədir.

“Azərbaycan əlifbasının dünəni və bu günü” mövzusunda məruzə edən Mərkəzin direktor müavini dosent Gülarə Əmirova bəşəriyyətin ən böyük kəşflərindən sayılan yazının insan cəmiyyətinin inkişafında, mədəniyyətinin formalaşmasındakı mühüm rolunu qeyd etməklə onun ifadə vasitəsi olan əlifbanın çox qədim tarixi olduğunu vurğulamış və bildirmişdir ki, Azərbaycan xalqı müxtəlif dövrlərdə ictimai, siyasi və digər səbəblər üzündən bir sıra əlifba sistemlərindən istifadə etməli olmuşdur. Əlifba islahatları ilə bağlı xalqımızın maarifpərvər ziyalılarının apardığı mübarizədən söz açan natiq müstəqilliyimiz əldə olunduqdan sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpasını türk dünyasının birləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirmişdir. Azərbaycan dilinin inkişafında və saflığının qorunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan G.Əmirova ulu öndərin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” imzaladığı Fərmanın ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etdiyini qeyd etmişdir.

“Təhsildə Azərbaycan dili” adlı məruzə ilə çıxış edən fil.ü.f.d. Aynur Paşayeva bildirmişdir ki, müstəqilliyin bərpasından sonra elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil etmiş, ulu öndərin həyata keçirdiyi hər bir islahatın əsasında isə məhz milli təəssübkeşlik, milli-mənəvi dəyərlərə ehtiram dayanmışdır. O, ölkəmizdə dünyəvi təhsilə inteqrasiyaya hesablanmış köklü islahatlardan danışmış, təhsil və dil məsələlərinin vəhdətinin dövlətimiz üçün hər zaman prioritet məsələ olduğunu vurğulamışdır.

Digər çıxışçılar – Zabitə Teymurlu, Fəxriyyə Xələfova, Zəminə Rüstəmbəyli Mətanət Ağamirli, Vəfa İsmayılova , Xəyalə Mütəllimova, Mədinə Paşayeva, Cəlalə Nəzəroğlu ümummilli liderin vətən sevgisindən, ana dilinə qayğısından danışaraq dilin saflığını qorumaq, onunla fəxr etmək, ana dilini xalqın mənəvi varlığı kimi sevməkdə Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olduğunu bildirmişlər. Azərbaycan dilinin hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun yüksəldilməsi dövlətçilik tarixinin ən mühüm nailiyyəti və məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilmişdir. Çıxışçılar bütün sahələrdə ana dilin saflığının qorunmasının vacibliyini vurğulamaqla İKT, reklam, tibb və digər sferalarda da dilin düzgün tətbiqi məsələlərinə həssas yanaşmağın zəruriliyini ifadə etmişlər.

Tədbir çərçivəsində müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin Azərbaycan sevgisi, doğma dillə bağlı təəssübkeşliyini əks etdirən videoçarxlar, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan film, eləcə də digər videomateriallar nümayiş etdirilmişdir.

“1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”
“1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”
“1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”


monitorinqmerkezi.az

Oxunub: 500
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-12-2021, 17:10

SON DƏQİQƏ: Azərbaycanda maaşlar ARTIRILDI

Xəbərlər

4-09-2021, 12:04

Bu il neçə nəfər ali məktəblərə daxil oldu? - RƏSMİ

Xəbərlər

24-12-2019, 08:16

Bu gün İlham Əliyevin doğum günüdür

Bioqrafiya

20-09-2018, 21:12

Qənirə Paşayeva; Azərbaycan Dövlət Tibb Universitetinin məzunu, Milli Məclisinin deputatı!

Manşet / Bioqrafiya

14-07-2018, 09:13

Azərbaycan kinorejissoru

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bədəni, boynu ağrıyıb-sızıldayanlar üçün çarələr - RESEPT
Paşinyan seçkidən dərhal sonra Putinin görüşünə gedəcək - Qorxu, yoxsa diplomatiya?
Bu ölkə tanklarını Rusiya sərhədinə göndərdi: Müharibə başlayır?
Kimlər heç vaxt xərçəng olmur? - İlginc səbəb
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
Son xəbərlər
  • Bu gün, 18:18
    Bədəni, boynu ağrıyıb-sızıldayanlar üçün çarələr - RESEPT
  • Bu gün, 17:55
    Paşinyan seçkidən dərhal sonra Putinin görüşünə gedəcək - Qorxu, yoxsa diplomatiya?
  • Bu gün, 16:07
    Bu ölkə tanklarını Rusiya sərhədinə göndərdi: Müharibə başlayır?
  • Bu gün, 15:20
    Kimlər heç vaxt xərçəng olmur? - İlginc səbəb
  • Bu gün, 14:34
    Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
  • Bu gün, 13:03
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
  • Bu gün, 12:16
    Beyin transplantasiyası niyə hələ mümkün deyil?
  • Bu gün, 11:53
    Cənubi Kipr prezidenti bu türk ölkəsində səfərdədir - İlk dəfə
  • Bu gün, 10:30
    Ərəb ölkələri hava məkanlarını bağladılar - Təcili
  • Bu gün, 09:03
    Alimlər 1 həftəyə tez arıqlamağın yolunu tapdılar
  • Dünən, 22:45
    Gündə bir ovuc kifayətdir: Yuxu və xoşbəxtlik hormonu
  • Dünən, 21:31
    Qaraciyərinizin sağlam olmadığını göstərən – 3 incə məqam
  • Dünən, 20:34
    3300 sahibkara ziyan dəydi: taxıl sahələri məhv olub?
  • Dünən, 19:12
    Rusiyanın kütləvi hücumları: Zelenskinin növbəti addımı belə olacaq
  • Dünən, 18:19
    İnsülin dirəncinin başladığını göstərən - 10 əlamət
  • Dünən, 17:00
    Minimum əməkhaqqı ilə bağlı vacib məlumat – Bu qədər arta bilər
  • Dünən, 16:29
    Ölkəmizin adı üçün həyəcan təbili – Bu cümlə sürətlə yayılır
  • Dünən, 15:29
    Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri
  • Dünən, 14:52
    İrandan ABŞ-a gözlənilməz şərt – Yeni toqquşma anonsu verildi
  • Dünən, 13:07
    Türklər yeni təhlükəsizlik şəbəkəsi qurur, Təl-Əviv mühasirəyə alınır - İsraildən etiraf
  • Dünən, 12:20
    Şəkərli diabetin qeyri-adi SİMPTOMU
  • Dünən, 11:30
    Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...
  • Dünən, 10:18
    Paşinyan meydan oxudu: Rusiyanın vurduğu zərər...
  • Dünən, 09:04
    İspanağı bişirmədən yeyin - Məsləhət
  • 1-06-2026, 22:31
    Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı
  • 1-06-2026, 21:15
    Gecələr qatıq yeməyin faydaları və zərərləri
  • 1-06-2026, 20:50
    İran ABŞ-la danışıqları dayandırdı – Səbəb
  • 1-06-2026, 19:08
    Avrasiyanın “xəritəsi” dəyişir – Azərbaycan üzərindən böyük PLAN
  • 1-06-2026, 18:57
    Kürəyin ortasındakı ağrılar nədən yaranır? – ƏSAS SƏBƏBLƏR
  • 1-06-2026, 17:12
    ABŞ bazasını vurmaq istəyən İran raketləri belə zərərsizləşdirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə