Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.
Bu barədə Oxu.Az-a “Yeni Klinika”dan məlumat verilib.
Bildirilib ki, sənətçi həkimlərin səyinə baxmayaq vəfat edib.
Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.
Allah rəhmət eləsin!