Qan damarları üçün ən böyük təhlükənin nə olduğu açıqlanıb.
Saglamolun.Az e-tibb.az-a istinadən bildirir ki, Münhen Texniki Universitetinin Profilaktik və İdman Tibb Mərkəzinin rəhbəri Martin Qalle insan damarlarına ziyan vuran ən böyük amilin siqaret olduğunu açıqlayıb.
Onun sözlərinə görə, zaman keçdikcə siqaret çəkən şəxsin damarları yara izləri və deşiklərlə örtülür. Bu, zəhərli tütün tüstüsünün qan damarlarının divarlarını (eroziya etməsi ilə) korlaması ilə əlaqədardır.
Həkim damarlar üçün digər təhlükələri də açıqlayıb: yüksək xolesterin, təzyiq və şəkər. Yüksək təzyiq və diabetdən əziyyət çəkən insanların siqaret çəkməsi damar xəstəliyi riskini doqquz qat artır.