• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
2026-cı il onlara həsr olunacaq - FƏRMAN
Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər
İki dünya müharibəsinin tarixini dəqiq deyən keşişdən 2026 üçün dəhşətli proqnoz: Martın 20-də...
Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...
Normal çaydan 137 qat daha güclü: İmmunitet üçün ən yaxşı içki
Bayram gecəsi hər evə alınır - Amma, risklidir
Regiona dəhşətli soyuqlar gəlir: bu tarixdə güclü qar yağacaq – Xəbərdarlıq
Ermənistanda yaşandı, növbə İranındır - Qərbin planı
Əsəb sümükləri kövrək, bel hissəni piyli edir
8 ildən sonra ilk: dollar ən kəskin ucuzlaşmanı nümayiş etdirir
30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır – Təhlükəli mənzərə
Övrə nədir və hansı əlamətlərlə özünü göstərir?
2025-ci ildə bu simaları itirdik – Siyahı
BƏƏ Yəmən əməliyyatını başa çatdırdı
Mədə turşuluğunu azaltmaq üçün 7 ən faydalı təbii üsul
ABŞ qoşunları Ukraynaya yeridilir? - Zelenskidən KRİTİK AÇIQLAMA
Tələbələr və bazar satıcıları birləşdi – İranda nə baş verir?
Yatarkən ağızdan su axmasının səbəbləri nədir?
Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir? DİQQƏTLİ OLUN
Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Novruzda mütləq BUNLARI EDİN! - ALİM AÇIQLADI

Maraqlı

19-03-2019, 17:26

Novruzda mütləq BUNLARI EDİN! - ALİM AÇIQLADI

Bu gün Azərbaycan xalqı Novruz bayramını və ilin axır çərşənbəsini qeyd edir. Əsrlərdir qeyd edilən bayramın bir çox adətləri bu gün də qorunur.

AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi Əpoş Vəliyev publika.az-a açıqlamasında Novruz adətləri haqqında danışıb.
Səməni halvası

Onun sözlərinə görə, xüsusən Naxçıvan Muxtar Respublikasında bu gün bayram xüsusi təntənə ilə, milli tətbiqi sənəti və xalq yaradıcılığını inkişaf etdirməklə paralel qeyd olunmaqdadır:

“Novruz bayramı ərəfəsində dənli bitkilərdən səməni cücərdilir. İnanclara görə, Novruz bayramında göyərdilən səməni təbiətin oyanmasının, yaşıllığın, yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Səməni halvası bişirmək üçün buğdadan adi qayda üzrə səməni cücərdilir. Cücərtilər sarımtıl rəngdə olduqda ətçəkən maşından keçirilir, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğurulur. Xəmir yağlanmış mis tiyana qoyulur, zəif alov üzərində arabir çevirilmək şərtilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq kərə yağı tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşı qarışdırılır”.

Ə.Vəliyev deyir ki, Novruzun atributlarından biri boyanmış yumurtadır.

“Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması dörd fəslin rəmzi, əmin-amanlq kimi yozulur.

Novruzda xüsusi şirniyyatlar bişirirlər – qoğal, şəkərbura, paxlava. Qoğal – Günəşin, şəkərbura – Ayın, paxlava isə – alovun rəmzi sayılır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir. Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Saranbskinin ”Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub”.

Novruzun mahiyyətindən xəbərsiz olanlar

Folklorşünasın sözlərinə görə, hazırda Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd edilsə də, onun ənənələri ən güclü və düzgün şəkildə məhz Azərbaycanda yaşamaqdadır:
“Buna nümunə kimi bizim Novruz mərasimlərinin başlıca atributlarından olan "Kosa-kosa" tamaşasını göstərmək olar. Bu tamaşa yalnız Azərbaycan Novruzuna mənsubdur. Onun indi göstərilən variantında Kosa ilə Keçəl sanki zarafatlaşırlar. Ancaq tamaşanın qədim formasında onlar bir-biri ilə mübarizə aparırdılar. Tamaşanın Cənubi Azərbaycanda mövcud olan variantlarından birində qara paltar geyinmiş Keçəl qışın, qaranlığın, şər qüvvələrin simvoludur. Keçi dərisindən kürk geyinmiş Kosa isə yayı, istini, bərəkəti və işıqlı qüvvələri təmsil edir. Əlində qara bayraq fırladan Keçəl müxtəlif qorxunc hərəkətlər edərək sanki uçur. Bununla da o, dünyada öz hökmranlığını göstərmək istəyir. Soyuqdan donan Kosa isə ətrafdakı odun parçalarını bir yerə toplayaraq, tonqal qalamaq istəyir. Keçəl hər vəchlə ona mane olmağa çalışır. Ancaq, nəhayət, Kosa tonqalı alovlandıra bilir. Şər qüvvələr işıqdan, oddan qorxduqlarına görə Keçəl qaçıb yaxınlıqdakı divarın arxasında gizlənir. Kosa gedib onu vurub "öldürür" və əlindəki qara bayrağı da alıb tonqalın üstünə ataraq yandırır. Ətrafdakı insanlar da tonqalın başına toplanaraq, isinməyə və şənlənməyə başlayırlar. Bahar qızı da bayrama edilmiş ən yaxşı əlavələrdən biridir. Bu, bayram rəmzlərini daha da genişləndirib. Şıxəli Qurbanov ideoloji təbliğat və Qar qıza uyğun olaraq belə bir personaj əlavə edilməsini irəli sürdü. Hesab edirəm ki, bu, pis yenilik deyil. Bahar qız yazın gəlişini ifadə edən bir personajdır. Bayramın bəzi ənənələrini qəbul etməyənlər Novruzun mahiyyətindən xəbərsiz olanlardır. Özlərini göstərmək üçün şou yaradırlar”.

Papaqatma. Şalatma. Qurşaqatma...

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Tut yetişənə kimi bayram davam edir
Novruz bayramı günü Şərurda uşaqlar “bayram payı” üçün evlərə gedirlər. Ə.Vəliyev deyir ki, buna çox yerdə “qapı-qapı” deyilir.

“Uşaqlar evlərin qapısını döyərək, “Bayramınız mübarək, bayram payımızı verin” deyirlər. Verilən payda yumurtanın olması mütləqdir. Yığılan yumurtalar sonradan “döyüşdürülür”. Novruz bayramı mərasimlərindən biri də qonaq getməkdir. Bu mərasim iki aydan artıq davam edir. Bəzən zarafatla deyirlər ki, “Şərurda tut yetişənə kimi bayram davam edir”. Bayram günü qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı, hədiyyələr apararlar. Qonşular, qohumlar kasıblara, kimsəsizlərə əl tutar, onlara bayram yeməklərindən verərlər. Ağsaqqallar, ağbirçəklər evlərində ziyarət edilər. Novruz günü kəndlərin mərkəzində ağsaqqalların əlini öpərək, “Bayramınız mübarək, neçe belə bayramlara çıxasınız” deyə gənclər bayramlaşırlar. Bu adətə bəzi kəndlərdə “Əlöpmə” və ya “Görüş” də deyilir.

Novruz bayramında həyata keçirilən ən gözəl adətlərdən biri də “küsülülərin barışdırılması”dır. İnanclara görə Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır. Buna görə də Şərurda ağsaqqallar, sözükeçənlər kəndin mərkəzinə yığışaraq, orada küsülüləri barışdırır. Burada ağsaqqalların sözündən çıxmaq olmaz. Bu böyük qəbahət sayılır. Kənd yerlərində tez-tez “qız qaçırtma” hadisələrinə rast gəlindiyi üçün, bu barışdırmalardan ən çoxu da qudaların barışdırılması olar. Aylarla küsülü qohumlar bu bayramda barışırlar. Çünki elin adəti belədir. Təzə qohumlara “xeyir-dua” verilər, qohumluqlarının möhkəm, uzunömürlü olması arzulanar”.

Daha yas saxlamayın

Alim deyir ki, Novruz bayramında keçirilən mərasimlərdən biri də yaslıların yasdan çıxarılmasıdır.

“Bunun uçün ağsaqqallar bir qırmızı alma və boyanmış yumurta götürərək yas düşən evə gedirlər. Qonşular yaslı adamların həyətində tonqal yandırıb, onları “qara bayram” dan çıxarırlar. Sonra vəfat edənin ruhuna dualar oxunur. Yas düşən evlərdə “İlaxır çərşənbə”dən öncəki çərşənbədə “qara bayram” qeyd edildiyi üçün “Vəfat edənin qara bayramı keçib getmişdir, daha yas saxlamayın” deyə ağsaqqallar təskinlik verərlər. Xalq arasında həmin gün ağlamaq, qara rəngli paltar geyinmək, bayramı evdə keçirməmək pis əlamət sayılır. Qohum-əqraba da öz növbəsində yas düşən evlərdə bayramı şən, yaxşı əhval-ruhiyyədə keçirilməsi üçün onlara mənəvi dəstək olarlar. Burada məqsəd sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaqdır. Novruz bayramı günü gəlinlərə valideynləri və yaxın qohumları, nişanlı qızlara isə oğlan tərəfindən bayram payı göndərilməsi adətdir. Bayram günü qohum-əqraba yığışaraq gəlini görməyə gedər. Hər gələn də bir bayram xonçası hədiyyə gətirər. Bu xonçalarda mütləq səməni, boyanmış yumurta və bayramlıq hədiyyə olur".

Oxunub: 968
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

13-03-2019, 10:09

Möcüzəvi səməni xərçəngə qarşı - İnsanı başdan-ayağa cavanlaşdıran resept

Manşet / Gündəm / Xəbərlər

20-03-2018, 19:00

Azərbaycanda Novruz bayramı qeyd olunur

Manşet / Gündəm / Xəbərlər

19-03-2018, 15:16

İlham Əliyev bayram tonqalını yandırdı

Manşet / Gündəm / Xəbərlər

19-03-2018, 09:51

İlham Əliyev və xanımı Novruz şənliyində

Manşet / Gündəm / Maraqlı

15-03-2018, 19:17

Səməni/Sema

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
2026-cı il onlara həsr olunacaq - FƏRMAN
Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər
İki dünya müharibəsinin tarixini dəqiq deyən keşişdən 2026 üçün dəhşətli proqnoz: Martın 20-də...
Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...
Normal çaydan 137 qat daha güclü: İmmunitet üçün ən yaxşı içki
Bayram gecəsi hər evə alınır - Amma, risklidir
Son xəbərlər
  • Bu gün, 13:19
    2026-cı il onlara həsr olunacaq - FƏRMAN
  • Bu gün, 12:48
    Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər
  • Bu gün, 11:38
    İki dünya müharibəsinin tarixini dəqiq deyən keşişdən 2026 üçün dəhşətli proqnoz: Martın 20-də...
  • Bu gün, 10:26
    Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...
  • Bu gün, 09:00
    Normal çaydan 137 qat daha güclü: İmmunitet üçün ən yaxşı içki
  • Dünən, 21:31
    Bayram gecəsi hər evə alınır - Amma, risklidir
  • Dünən, 20:50
    Regiona dəhşətli soyuqlar gəlir: bu tarixdə güclü qar yağacaq – Xəbərdarlıq
  • Dünən, 19:31
    Ermənistanda yaşandı, növbə İranındır - Qərbin planı
  • Dünən, 18:19
    Əsəb sümükləri kövrək, bel hissəni piyli edir
  • Dünən, 17:39
    8 ildən sonra ilk: dollar ən kəskin ucuzlaşmanı nümayiş etdirir
  • Dünən, 16:04
    30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır – Təhlükəli mənzərə
  • Dünən, 15:10
    Övrə nədir və hansı əlamətlərlə özünü göstərir?
  • Dünən, 14:29
    2025-ci ildə bu simaları itirdik – Siyahı
  • Dünən, 13:28
    BƏƏ Yəmən əməliyyatını başa çatdırdı
  • Dünən, 12:31
    Mədə turşuluğunu azaltmaq üçün 7 ən faydalı təbii üsul
  • Dünən, 11:16
    ABŞ qoşunları Ukraynaya yeridilir? - Zelenskidən KRİTİK AÇIQLAMA
  • Dünən, 10:33
    Tələbələr və bazar satıcıları birləşdi – İranda nə baş verir?
  • Dünən, 09:06
    Yatarkən ağızdan su axmasının səbəbləri nədir?
  • 30-12-2025, 22:07
    Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir? DİQQƏTLİ OLUN
  • 30-12-2025, 21:22
    Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz
  • 30-12-2025, 20:09
    Azərbaycan və Türkiyə tankerləri toqquşdu
  • 30-12-2025, 19:45
    Zelenski bəyan etdi: Fransa və Ukraynada görüşəcəyik, sonra isə…
  • 30-12-2025, 18:25
    Çay, meyvə şirəsi və kofe ilə dərman içmək niyə zərərlidir?
  • 30-12-2025, 17:47
    Bakı ilə İrəvan hansı məsələlərdə razılaşa bilmir? - Mirzoyan hər şeyi açıqladı
  • 30-12-2025, 16:26
    İran Silahlı Qüvvələri bəyanat yaydı: Hücum olsa...
  • 30-12-2025, 15:49
    Qanazlığını aradan qaldıran möcüzəvi qida açıqlandı
  • 30-12-2025, 15:21
    Ağciyərləri necə təmizləmək olar?
  • 30-12-2025, 14:22
    Rusiyaya qarşı sülhə məcburetmə “əməliyyatı” – İki müsəlman ölkəsinin adı çəkildi
  • 30-12-2025, 13:09
    Təsdiqləndi: Onların hərbi xidmətdə olma müddəti artırıldı
  • 30-12-2025, 12:17
    Oturaq həyat tərzi 9 növ şiş yarada bilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə