• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Nələr astma riskini artırır?
30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır
Fransa Hörmüzə qoşun yeridir?
“Bir güllə atsaq, hamısı qaçıb gedəcək” – İlham Əliyev
Kimlər Hantavirusa yoluxma riski altındadır?
Qazaxıstanda əhaliyə xəbərdarlıq edildi
İranda nə baş verir? - Xamenei təhlükəsizlik müşavirəsi keçirdi
Bu tərəvəz əsl MÖCÜZƏDİR
Üç nüvə dövləti Azərbaycandan nə tələb edib? – Zəngilanda açıqlanan tarixi faktlar
İsrail bu ölkədə gizli baza yaradıb - Müharibənin ilk günündən...
Qatarda kimyəvi hücum - Xeyli sayda sərnişin yaralandı
İran: "Əgər ABŞ yenidən səhvə yol verərək hücum etsə..."10 May 2026 15:17
Soyuqdəymə, qrip, virus - İlk 48 saatda nə etməli?
Həftədə niyə 7 gün var - Bunu kim icad edib?
Bədəni qaşınanlar bu 2 orqanı yoxlatsın
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
Putindən Ermənistanın AB-yə qoşulmaq istəyinə reaksiya
İnsulin dirəncinin 7 gizli əlaməti
İran bu ölkəyə xəbərdarlıq etdi: Əgər təhlükə yaşamaq istəmirsə, o zaman…
Ayaqyalın gəzməyin faydaları və zərərləri - Həkim danışdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Gələcəkdə insanlar 5 bədən üzvünü itirəcəklər

Maraqlı

21-08-2025, 22:23

Gələcəkdə insanlar 5 bədən üzvünü itirəcəklər



Alimlər xəbərdarlıq ediblər ki, gələcəkdə insanlar saçsız qala və müasir həyat tərzi səbəbindən dörd bədən hissəsini itirə bilərlər.

Milli.Az xəbər verir ki, qidalanmadakı, texnologiyadakı və ətraf mühitdəki dəyişikliklər min illər ərzində bu radikal təkamül dəyişikliklərinə səbəb ola bilər.

Bir vaxtlar sağ qalmaq üçün vacib olan əlamətlər məsələn, bədən tükləri və ya bəzi orqanlar artıq insan bədənindən tədricən yox ola bilər.

Tədqiqatçılar xüsusilə diqqəti ona yönəldirlər ki, müasir rahatlıqlar, fiziki aktivliyin azalması və tibbi nailiyyətlər insan anatomiyasını təkamül nəzəriyyəsində yalnız fərziyyə kimi qeyd edilən şəkildə dəyişə bilər.

Onlar insanın təkamül prosesində itirəcəyi beş bədən hissəsini sadalayıblar:

1. Saçlar

Bədən tükləri bir vaxtlar istilik və qorunma üçün həyati rol oynayırdı. Bu gün isə kirpik və qaş istisna olmaqla, tüklərin təmizlənməsi xüsusən qadınlar arasında standart bir qayğı formasıdır. Müasir geyim, isitmə sistemləri və rahatlıq təbii izolyasiyanın artıq vacib olmadığını göstərir. Buna görə də alimlər proqnozlaşdırır ki, bədən tükləri daha da nazikləşə, seyrəkləşə və tamamilə yox ola bilər.

2. Dişlər (zəka dişləri)

Üçüncü azı dişləri (zəka dişləri) qədimdə sərt və çiy qidaları, kökləri, qozları və çiy əti çeynəmək üçün lazım idi. Müasir yumşaq qidalanma isə onları demək olar ki, lazımsız edib. Artıq hər beş nəfərdən birində bütün dörd zəka dişi inkişaf etmir. Çənələrin nəsildən-nəslə kiçilməsi və yumşaq qidalar səbəbilə bu dişlər tez-tez ağrı və infeksiyalara səbəb olur, çox vaxt isə çıxarılır.

Alimlərin fikrincə, gələcək nəsillər bu dişləri ümumiyyətlə itirə bilər.

3. Quyruq sümüyü (Kopçik)

Bu, primatlarda quyruğun qalıq hissəsidir və əvvəllər tarazlığı qorumağa kömək edirdi. Bu gün isə yalnız bəzi çanaq əzələlərini dəstəkləyir və praktiki əhəmiyyəti demək olar ki, yoxdur. Araşdırmalar göstərir ki, insanlarda quyruq sümüyü artıq kiçilib. Gələcəkdə isə tamamilə yox ola bilər.

4. Appendiks

Əvvəllər lifli qidaları həzm etmək üçün lazım idi, amma müasir emal olunmuş qidalarla bu funksiyası əhəmiyyətini itirib.

Bəzi araşdırmalara görə, o, faydalı bağırsaq bakteriyalarının yaşaması üçün mühit ola bilər. Lakin əksər hallarda appendiks rudimentar orqan sayılır və ən çox çıxarılan orqanlardan biridir. Min illər ərzində təbii seçmə nəticəsində appendiksin tamamilə yox olması mümkündür.

5. Qulaq əzələləri

Keçmişdə bu əzələlər insanlara qulaqlarını səslərə tərəf çevirməyə imkan verirdi. Bu, ovçuları və ya təhlükəni vaxtında aşkar etmək üçün vacib idi. Bu gün isə qulaq əzələləri əksər insanlarda işləmir. Yalnız 10-20% insan qulaqlarını hərəkət etdirə bilir və bu qabiliyyət kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

Alimlər hesab edirlər ki, min illər ərzində bu əzələlər də tamamilə yox ola bilər və gələcək nəsillərin qulaqları hərəkətsiz olacaq.

Beləliklə, alimlər proqnozlaşdırırlar ki, gələcəkdə insanlar saçlarını, zəka dişlərini, quyruq sümüyünü, appendiksi və qulaq əzələlərini itirə bilərlər. (Lent.az)

Oxunub: 110
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

22-06-2023, 08:01

İnsanın qocalması öz-özünə dayana bilər - ALİMLƏR

Maraqlı

18-11-2021, 16:58

Çox oturmaq nə üçün ziyandır?

Maraqlı

21-09-2020, 15:30

Çox oturmaq nə üçün ziyandır?

Maraqlı

9-11-2019, 21:15

Çox oturmaq nə üçün ziyandır?

Manşet / Səhiyyə

8-05-2018, 08:17

Müasir insanların əksər hissəsi oturaq həyat tərzi keçirir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Nələr astma riskini artırır?
30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır
Fransa Hörmüzə qoşun yeridir?
“Bir güllə atsaq, hamısı qaçıb gedəcək” – İlham Əliyev
Kimlər Hantavirusa yoluxma riski altındadır?
Qazaxıstanda əhaliyə xəbərdarlıq edildi
Son xəbərlər
  • Dünən, 23:17
    Nələr astma riskini artırır?
  • Dünən, 21:21
    30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır
  • Dünən, 20:29
    Fransa Hörmüzə qoşun yeridir?
  • Dünən, 19:14
    “Bir güllə atsaq, hamısı qaçıb gedəcək” – İlham Əliyev
  • Dünən, 18:09
    Kimlər Hantavirusa yoluxma riski altındadır?
  • Dünən, 17:22
    Qazaxıstanda əhaliyə xəbərdarlıq edildi
  • Dünən, 16:06
    İranda nə baş verir? - Xamenei təhlükəsizlik müşavirəsi keçirdi
  • Dünən, 15:37
    Bu tərəvəz əsl MÖCÜZƏDİR
  • Dünən, 14:55
    Üç nüvə dövləti Azərbaycandan nə tələb edib? – Zəngilanda açıqlanan tarixi faktlar
  • Dünən, 13:09
    İsrail bu ölkədə gizli baza yaradıb - Müharibənin ilk günündən...
  • Dünən, 11:36
    Qatarda kimyəvi hücum - Xeyli sayda sərnişin yaralandı
  • Dünən, 10:14
    İran: "Əgər ABŞ yenidən səhvə yol verərək hücum etsə..."10 May 2026 15:17
  • Dünən, 09:05
    Soyuqdəymə, qrip, virus - İlk 48 saatda nə etməli?
  • 9-05-2026, 22:52
    Həftədə niyə 7 gün var - Bunu kim icad edib?
  • 9-05-2026, 21:32
    Bədəni qaşınanlar bu 2 orqanı yoxlatsın
  • 9-05-2026, 20:44
    Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
  • 9-05-2026, 19:18
    Putindən Ermənistanın AB-yə qoşulmaq istəyinə reaksiya
  • 9-05-2026, 18:10
    İnsulin dirəncinin 7 gizli əlaməti
  • 9-05-2026, 16:27
    İran bu ölkəyə xəbərdarlıq etdi: Əgər təhlükə yaşamaq istəmirsə, o zaman…
  • 9-05-2026, 15:48
    Ayaqyalın gəzməyin faydaları və zərərləri - Həkim danışdı
  • 9-05-2026, 14:21
    Dünya NATO-nun dağılmasını müşahidə edir - Rasmussen
  • 9-05-2026, 13:25
    Rusiya bu tarixdə Paşinyanı devirmək istəyir – Gizli sənəd...
  • 9-05-2026, 12:39
    Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ
  • 9-05-2026, 11:55
    Müharibə dayanır, əsirlər dəyişdirilir – Tramp açıqladı
  • 9-05-2026, 10:21
    Parisdən Bakıya yeni “hücum” – Ermənistan niyə susdu?
  • 9-05-2026, 09:00
    Azərbaycanın əsas bəlası – Yüksək Kortizolun 5 əlaməti
  • 8-05-2026, 22:30
    Ailəsinə qarşı ən çox güclü görünməyə çalışan 5 bürc
  • 8-05-2026, 21:07
    Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər
  • 8-05-2026, 20:25
    “Türk axını”nı belə partlatmaq istəyiblər - Uğursuz planın detalları üzə çıxdı
  • 8-05-2026, 19:37
    İndoneziyada vulkan püskürdü: 20 turist itkin düşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə