• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Həkim: Qulağı pambıqlı çubuqlarla tez-tez təmizləmək düzgün deyil

Maraqlı

27-08-2022, 18:24

Həkim: Qulağı pambıqlı çubuqlarla tez-tez təmizləmək düzgün deyil


Saglamolun.az sehiyye.gov.az-a istinadla Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rəşad Talışinskinin müsahibəsini təqdim edir.

- Rəşad müəllim, ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?

- Ağızda pis qoxunun olması (halitoz) daha çox insanın özü yox, ətrafdakılar tərəfindən təyin edilir. Halitoz ümumi və yerli səbəbdən yaranır. Birinci halda, bu, daxili orqanların disfunksiyası, ikincisi isə ağız boşluğunun vəziyyəti ilə əlaqələndirilir.

Yerli halitoz ağız boşluğunun gigiyenası qaydalarının pozulması, bakterial ərpin yığılması və sərt diş çöküntülərinin əmələ gəlməsi, tək və bir neçə dişdə kariyes, stomatit, periodontit və parodontoz pulpit və s. olması nəticəsinə yaranır.

Ümumi halitoz ekstraoral səbəblərlə əlaqələndirilə bilər: tənəffüs yollarının xəstəlikləri, həzm sistemi xəstəlikləri, o cümlədən bağırsaq disbakteriozu, helmintoz, qaraciyər, öd kisəsi, böyrək xəstəlikləri. Bundan əlavə, endokrin patologiyalarla da (şəkərli diabet, tireotoksikoz) əlaqəli ola bilər.
Diş xəstəliklərinin aşkar əlamətləri yoxdursa, ağız qoxusunun nədən yarandığını öyrənmək üçün mütəxəssisə müraciət etmək vacibdir.

- Son illər qulaqların gigiyenasında ən çox istifadə olunan vasitə qulaq çöpləridir. Bilmək istərdik ki, qulaq çöplərindən istifadənin hansısa fəsadı varmı?

- Qulağı pambıqlı çubuqlarla tez-tez təmizləmək düzgün hal deyil. Bu çöplərdən istifadə zamanı təbil pərdəsi və yumşaq toxumalar zədələnə bilər. 99% hallarda travmalar yüngül olsa da, bəzən qulaq çöpündən istifadə çox ciddi fəsadlara səbəb olur. Qulağın özü-özünü təmizləyən orqan olduğunu unutmayaq. Qulaqda yığılan "çirk" əslində qulağı mikroblar, toz və s.-dən qoruyan çox vacib maddədir. Bu maddə qulaqda daim əmələ gəlir və heç bir müdaxilə olmadan qulaqdan çıxır. Qulaq çöpləri isə qulaq çirkini qulağın dərinliyinə itələyərək təbil pərdəsinin travmalarının riskini artırır.

Ancaq bu heç də o demək deyil ki, qulaqları çirkli saxlamaq lazımdır. Qulaq xəstəliklərinin, eşitmə qüsurunun qarşısını almaq və bədənin infeksiya və viruslardan qorunması üçün əsas gigiyena qaydalarına riayət etmək çox vacibdir.

- Bəzi insanlar tez-tez burun qanaxmalarından əziyyət çəkir. Burun qanaxmasının əsas səbəbləri nələrdir?

- Burun qanaxmasını tibbi olaraq ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları. İstər uşaqda, istərsə də yeniyetmədə diqqət edilməli bir vəziyyətdir. Yaşlı insanlarda damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür.

Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur.

Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu kimi vəziyyətdə həkimə müraciət etməyi tövsiyə olunur.
Bəzən isə burun travmaları, hipertonik kriz, hematoloji xəstəliklər, şəkərli diabet, böyrək çatmamazlığı, hamiləlik, kapillyarların angiopatiyası, qanın laxtalanma sisteminə təsir edən medikamentlərin kontrolsuz istifadəsi, bəzi infeksion xəstəliklər də burun qanaxmalarına səbəb olur.

- Qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

- Qulaqda olan səslərin tibbi adı tinnitusdur. Şikayət adətən səs-küy, qulaqlarda cınqıltı kimi xarakterizə olunur. Lakin bağırtı, şıqqıltı, fışıldama və ya uğultu kimi də səslənə bilər. Bu səslər sakit və ya yüksək ola bilər. Bəzən bir və ya hər iki qulaqda müxtəlif səslər eşidilə bilər.

Tinnitus yalnız xəstəlik əlaməti deyil. Qulağa düşmüş maye, yad bir cisim, böcək və s. bütün bunlar tinnitusa səbəb ola bilər. Tinnitusa atmosfer təzyiqinin kəskin düşməsi (təyyarədə uçduqdan, paraşütla tullandıqdan sonra), havanın dəyişməsi səbəb olur. Tinnitus çox nadir hallarda ciddi bir xəstəliyin əlamətidir.

Subyektiv səbəbdən yaranan tinnitusa əsasən beyin və eşitmə analizatorunun atrofiyası (yaşla bağlı dəyişikliklər); güclü səs-küy fonunda (o cümlədən mina partlamasından sonra); baş-beyin, onkoloji, mərkəzi sinir sisteminin xəstəliklərini misal göstərə bilərik.

Gicgah-çənə oynağın xəstəlikləri, beyin və boyun damar xəstəlikləri (damarların aterosklerozu, anevrizmalar, inkişaf anomaliyaları), onkoloji xəstəliklər, ürək qapaqlarının (klapanların) patologiyası, anemiya obyektiv səbəb kimi göstərilir.

Oxunub: 851
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

5-12-2020, 13:28

Halitoz - ağızdan pis qoxunun gəlməsi

Gözəllik və təbabət

12-07-2020, 17:52

Ağızdan gələn pis qoxunun əsas 3 səbəbi və müalicəsi

Gözəllik və təbabət

5-03-2020, 22:33

Dişlərin üzərində ərp - SƏBƏBLƏR VƏ HƏLLİ

Gözəllik və təbabət

13-01-2020, 18:55

Dişlərin üzərində ərp - SƏBƏBLƏR VƏ HƏLLİ

Xəbərlər

17-08-2019, 21:33

Ağızdan gələn pis qoxunun əsas 3 səbəbi və müalicəsi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
Son xəbərlər
  • Dünən, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • Dünən, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • Dünən, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • Dünən, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • Dünən, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • Dünən, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • Dünən, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • Dünən, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • Dünən, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • Dünən, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Dünən, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Dünən, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Dünən, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Dünən, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • 19-08-2026, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • 19-08-2026, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • 19-08-2026, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • 19-08-2026, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • 19-08-2026, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • 19-08-2026, 15:47
    Alzheimer ağızdan başlayır?
  • 19-08-2026, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • 19-08-2026, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • 19-08-2026, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • 19-08-2026, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • 19-08-2026, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • 19-08-2026, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • 18-08-2026, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • 18-08-2026, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • 18-08-2026, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə