Nanəli çay çox dadlı və eyni zamanda müalicəvi içkidir.
Bu ətirli içkinin bir çox faydalı xüsusiyyətləri var:
- sakitləşdirir, yorğunluğu aradan qaldırır, sinir gərginliyi azaldır, streslə mübarizə etməyə kömək edir
- baş ağrılarını götürür
- miqren tutması zamanı xəstənin vəziyyətini yaxşılaşdırr
- yuxusuzluq zamanı kömək edir
- həzmi yaxşılaşdırır, qarında spazmların, köpün, ağrıların qarşısını alır
- ürəkbulanması zamanı yaxşı kömək edir
- soyuqdəymə və zökəm zamanı faydalıdır
- ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi təsir edir - damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır
- nanəli çay qadın sağlamlığına çox müsbət təsir edir - menstruasiya ağrılarını azaldır, klimaks zamanı qadının vəziyyətini yüngülləşdirir.
Nanəli çay dəmləmək üçün 1 çay qaşığı quru nanənin üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə dəmləyin və süzün. Gün ərzində 1 stəkan nanəli çay içmək kifayətdir. Çaya bal, limon əlavə etmək olar.
Həmçinin adi qara çay və ya yaşıl çay dəmlədikdə çaydana nanə əlavə edə bilərsiniz.