• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Maraqlı

28-05-2020, 18:12

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun - VALİDEYNLƏRƏ TÖVSİYƏ


Azyaşlı uşaqlar, xüsusən də, oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar.

Övladlarının bu istəyini yerinə yetirən valideynlər də yaşından, fiziki sağlamlığından asılı olmayaraq, övladlarını həmin idman növlərinə yazdırırlar.

Təbii ki, uşaq idman məktəbinə gedərkən həkim müayinəsindən keçmir. Elə idman müəllimləri var ki, bunu tələb belə etmirlər. Məhz buna görədir ki, bəzən qan azlığı, ürək qüsuru yaşayan uşaqlar bu cür idman növü ilə məşğul olandan sonra müxtəlif bədbəxt hadisələrlə, hətta ölümlə üzləşə bilirlər.

Musavat.com bildirir ki, uşaqlara ağırlığa meylli idmanlarla məşğul olmaq zərərlidir. Çünki onlar inkişaf mərhələsində olduqları üçün güclü məşğələlərə davam gətirə bilmirlər. Uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbohidrat anbarı yetkin insanlarla müqayisədə daha azdır.

Mütəxəssislərin fikrincə, 2-3 yaş arası uşaqlar qaçma, tutma və tullanma kimi hərəkətləri edə bilirlər. Bu səbəbdən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli şəxslərin nəzarəti altında gimnastika hərəkətləri ola bilər. 4-6 yaş: rəqs, üzmə, gimnastika, ip atlama və üç təkərli velosipedə minmək kimi idmanlar idealdır. 7-10 yaş: gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idmanlarla əlaqədar təməl təhsilə yönləndirilə bilər. 10 yaş və sonrası: əvvəlki yaşlarda başladıqları idmanları daha mütəşəkkil olaraq etməyə davam edərkən atletizm, güləş başlaya bilər. Bir neçə il sonra isə güc tələb edən boks, taekvando və karateyə də keçə bilərlər.

Uşağın 14 yaşından əvvəl boks, güləş və karateyə başlaması məsləhət deyil. Çünki sümüyün inkişafı hələ tamamlanmayıb və bədənə ağırlıq salan bu idman növü bədən üçün zərərli ola bilər. Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana, fiziki quruluşunun uyğun olub olmadığı çox əhəmiyyətlidir. İdman növlərinin başlama yaşı isə bu cürdür: atletizm 10-12 yaş, basketbol 7-8 yaş, boks 13-14 yaş, velosiped 14-15 yaş, artistik gimnastika 5-6 yaş, gimnastika 6-7 yaş, xizək 6-7 yaş, futbol 10-12 yaş, üzmə 3-7 yaş, cüdo 8-10 yaş.

Maraqlıdır, bəs sağlamlıq üçün uşaqları daha çox hansı idman növünə qoymaq olar?

İdmançı Kamil Zeynallı bildirdi ki, uşağın hansı idman növünə meylli olduğunu öyrənib onu yaşına uyğun düzgün yönəltmək lazımdır: "8-9 yaşlı uşağı gətirib trenajora yazdırmaq istəyirlər. Mən buna icazə vermirəm ki, uşağın yetişməsinə trenajor ziyandır. Çünki trenajorda hər şey ağırlığın üzərinə qurulub. Mən uşaqları daha çox əlbəyaxa və özünümüdafiə döyüşlərinə yönəldirəm ki, uşaq həm də gələcəyin kişisidir, atasıdır. İndidən özünü müdafiə etməyi bacarmalıdır. Bunu da valideynlərə başa salıram. Özləri də razı qalırlar. Uşağın qolunun, ayağının sınması kimi hadisələr idmanda mümkündür. Travmasız idman növü olmur. Əksinə, uşaq belə mərhələləri keçməlidir ki, dözümlü, iradəli olsun. Sağlamlıq üçün hansı idman növünün seçilməsinin fərqi yoxdur. Əsas odur ki, uşaq hərəkətdə olsun. Uşağın sağlamlığına birinci valideyn nəzər yetirməlidir. Uşaq var ki, 8-9 yaşı var, 50-60 kilodur. Hər şey valideynlərdən irəli gəlir. Uşağa fast-food yedirirlər. Düşünmürlər ki, bununla uşağın gələcəyinə zərər yetirirlər. Əgər valideyn uşağın yemək-içməyinə fikir verməyəcəksə, tək idmanla sağlamlıq ola bilməz. Arıqlamaq istəyən xanımın da, bəyin də formaya düşməsi üçün 70 faiz qida, sonra isə idman əsas rol oynayır".

K.Zeynallı qız uşaqlarını yüngül atletikaya, gimnastikaya qoymağı məsləhət gördüyünü dedi: "Bu idman növü qızın qamətinə, bədən quruluşuna, düzgün böyüməsinə, inkişafına, sağlamlığına xeyirlidir. Üzgüçülük, yüngül atletika ən çox qız uşaqlarına qamətinə, boyuna və sağlamlığına görə lazımlıdır".

Pediatr Vaqif Qarayev isə deyir ki, aqressiv idman növləri uşaqların psixikasında aqressiya yaradır: "Uşağın sağlam böyüməsi üçün idman hava-su kimi vacibdir. Uşaqlar aqressiv oyunlara, kinolara çox baxdıqlarına görə daha çox aqressiya tələb edən idmana meyl edirlər. Mən bunu qəbul etmirəm. Xüsusən də kiçik yaşlı uşaqlar gərgin məşqlərə dözmür. İdmanın elə növləri var ki, uşaqları boy baxımından fiziki inkişafdan saxlayır. Mənim valideynlərə təklifim budur ki, uşaqlarını üzgüçülüyə qoysunlar. Bu həm idmandır, həm də suyun sağlamlığa çox ciddi faydaları var. İstər uşaqların normal böyüməsində, çəki atmasında, psixikanın inkişafında üzgüçülüyün çox böyük rolu var. Burada çətin heç nə yoxdur. Uşağı lazımsız dərnəklərə sürükləməkdənsə, üzməyə aparın. Əgər üzgüçülük istəməsəniz, gimnastika da çox gözəl idman növü sayılır. Burada da heç bir aqressiya yoxdur. İstər oğlanlarda, istərsə də qızlarda əzələ kütləsinin inkişafında, bədənin formalaşmasında, xüsusən də qamətin düzgün olmasında həm gimnastikanın, həm də üzgüçülüyün rolu müqayisə olunmazdır. Mən həkim olaraq bu iki idman növünü məsləhət görərdim. Düzdür, oğlan uşaqları özünü müdafiə etməyi bacarmalıdır, bu mütləqdir. Amma özünü müdafiə etmək üçün bütün oğlanlar professional idmançı olmalıdır? Əzələsində güc olsa, bu, bəs edir".

Oxunub: 849
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-04-2020, 17:09

Evdə idmanla məşğul olarkən bunlara diqqət edin

Maraqlı

18-08-2019, 11:07

Uşaq yeriməzdən əvvəl üzməlidir

Maraqlı

12-07-2019, 13:18

Ən ziyanlı idman növü açıqlanıb

Araşdırma

24-04-2019, 12:26

Ağıllı uşaqlar belə valideynlərdə doğulur. Siz də bunu edin!

Maraqlı

6-03-2019, 20:42

Hansı idman növü daha çox kalori yandırır?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Son xəbərlər
  • Bu gün, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Bu gün, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Bu gün, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Bu gün, 13:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Bu gün, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Bu gün, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Bu gün, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Bu gün, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • Dünən, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • Dünən, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • Dünən, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • Dünən, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • Dünən, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • Dünən, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • Dünən, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • Dünən, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • Dünən, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • Dünən, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • Dünən, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Dünən, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • Dünən, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Dünən, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • 4-08-2026, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • 4-08-2026, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • 4-08-2026, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • 4-08-2026, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • 4-08-2026, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • 4-08-2026, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • 4-08-2026, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • 4-08-2026, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə