Xoruldamaq təkcə yatan şəxsin deyil, yanındakı insanların da sağlamlığına mənfi təsir edir.
Milli.Az Day.Az-a istinadən bildirir ki, belə bir açıqlamanı tibb elmləri doktoru, nevroloq Mixail Tardov səsləndirib.
Onun sözlərinə görə, kənar səslər yuxunu fasilələrə bölür və ya ümumiyyətlə, mümkünsüz edir. Bu isə, öz növbəsində, yaxşı istirahət etməyə imkan vermir, oyanınca həmin adamlarda yuxulu hal müşahidə edilir.
Bu səbəbdən nevroloq xoruldamağın xüsusən sürücülər, hərəkət edən mexanizmlərlə işləyən şəxslər üçün təhlükəli olduğunu bildirib.