Yapon qadınlarının gənc və gözəl qalması ilə maraqlanırsınız? O zaman cəmi 3 ərzaqdan ibarət cavanlaşdırıcı maskanı sınayın.
Yarım çay qaşığı kokos yağı, bir yumurtanın ağı və yarım çay qaşığı limon suyunu qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra maskanı yuyulmuş təmiz dərinizə çəkin.
Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, daha yaxşı nəticə üçün maskanı 15 dəqiqə saxladıqdan sonra üzünüzü su yox çobanyastığı çayı ilə yuyun. Bu maskanı nə qədər çox təkrarlasanız, bir o qədər də yapon qadınları kimi hamar və gənc dəriyə sahib olacaqsınız.