Psoriaz ağır autoimmun dəri iltihabi xəstəliyidir. Psoriaz xroniki xəstəlikdir. Dünyada bu xəstəlikdən 125 milyon insan əziyyət çəkir.
UPI.com xəbər verir ki, Tayvan alimlərinin son araşdırması göstərib ki, vanilin psoriaz zamanı orqanizmdə yaranan iltihabı azaldır.
Mütəxəssislər siçanlar üzərində eksperiment aparıblar. Siçanlar 7 gün ərzində vanilin alırdı və nəticədə onlarda dəri iltihabı azalıb.
Alimlərin fikrinə görə, vanilin hətta psoriazın inkişafının qarşısını ala bilir.