• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
Putindən inanılmaz: Sona yaxınlaşırıq!
Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Diş çürüməsindən qoruyan qida
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qadınları sevən xəstəlik - Əlilliyə səbəb olur?

Araşdırma

10-02-2024, 18:27

Qadınları sevən xəstəlik - Əlilliyə səbəb olur?


Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür.

Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildən eşidirdiksə, indi gənclərdə də bu xəstəliyin simptomlarına tez-tez təsadüf edilir. Bəs son vaxtlar revmatizmin geniş yayılmasının və cavanlaşmasının səbəbi nədir?

Bütün oynaq şikayətləri revmatizm deyil

Həkim-revmatoloq Aysel Ağalarova “Kaspi” qəzetinə bildirib ki, havada rütubətin çoxalması bəzi insanlarda sümük-oynaq şikayətlərinə səbəb ola bilər. Amma bütün oynaq şikayətləri revmatizm deyil: “Havanın temperaturu soyuduqda, xarici atmosfer təzyiqi aşağı düşür. Oynaq boşluğundakı təzyiqlə xarici atmosfer təzyiqi uyğun gəlmədiyinə görə, oynaqlar ağrımağa başlayır. Məsələn, revmatoloji xəstəliklərdən revmatoid artrit, osteoartrit (oynaq duzlaşması) kimi xəstələrdə bu şikayətlər daha çox olur. Amma bu əlamətlər həqiqi revmatoloji xəstəliyin olduğunu göstərmir. Bir qrup insan da var ki, onlarda heç bir iltihabı revmatoloji xəstəlik yoxdur, ancaq onlar meteoroloji faktorlara, hava dəyişikliyinə həssas olduqları üçün bu ağrıları hiss edirlər. Onlar revmatoloji xəstə yox, daha çox meteohəssas insanlar kimi nəzarətdə qalmalıdır və aktiv revmatoloji müalicə almalarına ehtiyac yoxdur”.

Bir yaşında uşaqda da rast gəlinə bilər

Revmatizmin son vaxtlar geniş yayılması və cavanlaşmasının səbəblərinə gəldikdə, həkim vurğulayır ki, əslində, bu xəstəliyin yaşı yoxdur: “Bir yaşında uşaqda da rast gələ bilər, 70 yaşında qocada da. Ancaq bəzi revmatoloji xəstəliklərin rast gəlmə tezliyi dəyişir. Məsələn, elə revmatoloji xəstəliklər var ki, onlar daha çox gəncləri hədəf alır və aqressiv gedişli olurlar. Oynaq duzlaşmasına isə daha çox yaşlı insanlarda rast gəlinir”.

Hicama və zəli prosedurları revmatizmi aqressivləşdirir

Sirr deyil ki, revmatoloji xəstələrin əksəriyyəti bu xəstəliyi türkəçarə üsulu ilə sağaltmağa çalışırlar. Kimisi vanna qəbul edir, kimisi bitkilərdən dərman düzəldir. Həkim bu müalicə üsulunun əleyhinədir: “Əgər xəstədə hər hansı ciddi iltihabı revmatoloji xəstəlik varsa, türkəçarələr nəinki onu sağaldır, hətta xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Ona görə də bütün xəstələrə türkəçarə metodlarından uzaq durmağı məsləhət görürəm. Gün ərzində müayinə etdiyimiz xəstələrdə ağırlaşmalar əsasən bu səbəblərdən olur. Xüsusilə də, son zamanlar ən çox yayılan hicama, zəli prosedurları xəstəliyi ciddi şəkildə inkişaf etdirir, aqressivləşdirir. Bəli, müəyyən fizioterapevtik prosedurlar var ki, biz xəstəyə onları təyin edirik. Onlar ancaq həkim nəzarəti altında müəyyən diaqnoz təsdiqləndikdən və qan nəticələri istənildikdən sonra məsləhət görülə bilər”.

Revmatizm əlilliyə səbəb olur

Müalicəsi düzgün aparılmadıqda, revmatizm əlilliyə səbəb olur. Revmatoloq həkim deyir ki, Azərbaycandakı revmatoloji xəstələrin 60-70 faizi düzgün diaqnozun qoyulmaması nəticəsində əllilik dərəcəsinə çatanlardır: “Belə xəstələrdə bütün ağırlaşmaları müşahidə edirik. Hər iki əllərdə, dizlərdə, pəncədə, aşağı ətraflarda bütün oynaqlarda deformasiyalar başlayır və fiziki məhdudiyyətin yaranmasına qədər gətirib çıxarır. Xəstə özünə qulluğu tamamilə itirir”.

Həkimin sözlərinə görə, Azərbaycanda müəyyən bölgələr var ki, orada revmatoloji xəstəliklərin sıxlığı daha çoxdur: “Öz təcrübəmdən deyə bilərəm ki, hazırda Qəbələ, Qax, Şəki, Oğuz rayonlarından revmatizmli xəstələrə daha çox rast gəlinir. Burada artiomlu xəstəliklərin əmələ gəlmə sıxlığı daha çoxdur”.

Pəhriz mütləqdir?

Bəzi xəstəliklər var ki, onunla mübarizə aparmaq üçün pəhriz mütləqdir. Revmatoloji xəstəliklərdə də pəhrizə ehtiyac olur. Həkim vurğulayır ki, padaqra xəstəliyi tez-tez ət yeməklərindən istifadə edən insanlarda yaranır: “Revmatoloji xəstəliklərin hamısında qidalanmanın az da olsa yeri var. Məsələn, hamının tanıdığı padaqra xəstəliyinə daha çox ət, spirtli içki istifadə edən insanlarda rast gəlinir”.

Yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?

Dəfələrlə “dizim ağrıyır, yağış yağacaq” kimi ifadələrin şahidi oluruq. Hətta bu ifadələr məşhur filmlərdə də qeyd edilib. Həqiqətən revmatizmli xəstələr yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?

Həkim qeyd edir ki, revmatizmli xəstələrdə meteohəssaslıq normal insanlara görə daha yüksək olur: “Həqiqi revmatoloji xəstələr havanın rütubətinin və temperaturunun dəyişməsini əvvəlcədən hiss edə bilər. Amma bununla yanaşı, revmatizmlə bağlı xəstəliyi olmayan meteohəssas insanlar var ki, rütubətin dəyişməsini 5-6 saat əvvəldən hiss edirlər. Bu, həmin insanın mütləq revmatizminin olduğunu göstərmir. Hər bir halda xəstənin sümük, oynaq şikayəti varsa, yağış yağmazdan öncə hiss edirsə, revmotoloqa müraciət etməlidir. Üstəlik, klinikada icbari sığorta ilə revmatoloji müayinələr pulsuzdur”.

“Qadınlarda kişilərə nisbətən üç dəfə çox rast gəlinir”

Ortopediya və Travmatologiya mütəxəssisi İlhan Dəmiryılmaz isə deyir ki, revmatizm ən çox qadınları və stressi sevir: “Revmatoid artrit ən çox rast gəlinən iltihablı oynaq xəstəliyidir. Müalicə edilməzsə, inkişaf edir, daxili orqanlarla yanaşı, oynaqlara da təsir edir. Oynaqlarda ağrı, şişkinlik, temperaturun artması, qızartı və hərəkətdə çətinlik kimi şikayətlərlə başlayır. Xəstəliyin aktiv mərhələlərində yorğunluq və yüngül qızdırma kimi ümumi simptomlar ola bilər. Gecə və ya səhər oynaqlarda ağrı, hərəkətdə çətinlik yaranır, sonra hərəkət etdikcə tədricən açılır. Ağrı şiddətindən asılı olaraq gün ərzində davam edə bilər. Barmaqlar və biləklər ən çox təsirlənən oynaqlardır. Bu, adətən gənc və orta yaşlı insanların xəstəliyidir. Qadınlarda kişilərə nisbətən üç dəfə çox rast gəlinir”. ("Kaspi" qzəeti)

Oxunub: 956
Paylaş:
Digər xəbərlər

Araşdırma

19-01-2024, 08:07

Oynaq ağrılarının çarəsi sarıkökdədir?

Gözəllik və təbabət

14-06-2023, 23:43

Oynaq ağrılarından əziyyət çəkirsinizsə... - Bu TƏBİİ RESEPTİ sınayın

Xəbərlər

9-06-2023, 23:36

Oynaq ağrılarınız varsa...Bu qarışım ağrılardan XİLAS EDƏCƏK

Xəbərlər

16-12-2021, 15:32

Yağışdan əvvəl oynaqlar nə üçün ağrıyır?

Maraqlı

29-10-2019, 18:28

Yağışdan əvvəl oynaqlar nə üçün ağrıyır?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
Son xəbərlər
  • Bu gün, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • Bu gün, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • Bu gün, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • Bu gün, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • Bu gün, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • Bu gün, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
  • Bu gün, 13:15
    BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
  • Bu gün, 12:46
    Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
  • Bu gün, 11:32
    Putindən inanılmaz: Sona yaxınlaşırıq!
  • Bu gün, 10:24
    Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
  • Bu gün, 09:00
    Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
  • Dünən, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • Dünən, 20:26
    Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
  • Dünən, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • Dünən, 17:49
    Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
  • Dünən, 16:34
    Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
  • Dünən, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • Dünən, 14:05
    İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
  • Dünən, 13:44
    Sentyabrda hava necə olacaq? - Proqnoz
  • Dünən, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • Dünən, 11:38
    “Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
  • Dünən, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • Dünən, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • 30-08-2026, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • 30-08-2026, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • 30-08-2026, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • 30-08-2026, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • 30-08-2026, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • 30-08-2026, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • 30-08-2026, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə