• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Burnumuzu niyə tez-tez qurdalayırıq? - SƏBƏBLƏR

Araşdırma

8-01-2023, 01:42

Burnumuzu niyə tez-tez qurdalayırıq? - SƏBƏBLƏR


Burun qurdalamaq iyrənc, qeyri-gigiyenik və potensial olaraq zərərlidir, buna görə də bu vərdişin geniş yayılmasının səbəbini anlamaq çətindir.

Çoxumuz bunu edir, amma çox az adam bunu etiraf edir. Əgər bizi bu iş başında tutsalar, utanıb təəssüflənərik. Və görəndə ki, başqaları bunu edir, biz adətən üzümüzü turşuduruq.

Mən əlbəttə, burun dəliklərini barmaqla eşələyərək oradan qalıq çıxarmaq cəhdlərini nəzərdə tuturam.

Görəsən, burnu qurdalamaq həqiqətənmi pisdir? Görəsən, bu vərdiş nə qədər yayılıb və ya nə dərəcədə pisdir? Və niyə (həqiqətən də görəsən, niyə?) hər kəs nə vaxtsa burnundan çıxarılmış qalığın dadına baxmaq qərarına gəlir?

İynə ilə 5 dəqiqəlik burun əməliyyatı?
Burun qurdalanması aktını təsvir etmək üçün istifadə edilən rəsmi tibbi termin "rinotileksomaniyadır". Bu fenomenin ilk sistematik elmi tədqiqatını 1995-ci ildə ABŞ araşdırmaçıları Thompson və Jefferson həyata keçiriblər.

Onlar Wisconsin ştatının Dane rayonunun 1000 sakininə poçt vasitəsilə sorğu göndəriblər.

Suallara cavab verən 254 nəfərdən 91 faizi burunlarını qurdaladıqlarını etiraf edib. Yalnız 1,2 faiz bunu ən azı hər bir saatdan bir etdiyini deyib. İki respondent etiraf edib ki, burnu qurdalamaq vərdişi gündəlik həyatlarına (orta və ya əhəmiyyətli dərəcədə) təsir edir.

Daha iki nəfərsə bildirib ki, tez-tez burunlarını qurdaladıqlarına görə, sağ və sol burun nahiyələrini bir-birindən ayıran nazik burun çəpərində çuxur əmələ gəlib.

Bu mükəmməl bir araşdırma olmayıb, respondentlərin yalnız dörddə biri suallara cavab verib və onların arasında ola bilsin ki, burun qurdalanmasına şəxsi marağı olanlar daha çox olub.

Bununla belə, bu, ona dəlalət edib ki, bütün mədəni qadağalara baxmayaraq, burun qurdalanması kifayət qədər geniş yayılıb.

Uşaq və yeniyetmələr arasında yayılmış vərdiş
Beş il sonra Hindistanın Banqalor Milli Psixi Sağlamlıq və Nevrologiya İnstitutunun həkimləri Chittaranjan Andrade və BS Srihari burun qurdalanmasını bir az daha dərindən öyrənmək qərarına gəliblər.

Onların qənaətincə, bu vərdiş böyüklərlə müqayisədə daha çox uşaqlar və yeniyetmələr arasında yayılıb. Odur ki, həmin vərdişin nə dərəcədə geniş yayılmasını öyrənmək üçün onlar daha çox əhalinin gənc hissəsi arasında müşahidə aparmaq qərarına gəldilər.

Bundan başqa, Wisconsin tədqiqatının cavablarının müəyyən dərəcədə qərəzli olduğunu nəzərə alaraq, onlar öz sorğunu məktəb siniflərində də keçiriblər.

Onlar Banqalorda dörd məktəbdə sorğu aparıblar.

Həmin məktəblərdən biri aşağı sosial-iqtisadi statusu olan ailələrdən uşaqlara xidmət edib, məktəblərdən ikisi orta sinif təbəqəsindən olan şagirdlərə aid olub, dördüncü məktəb isə daha yüksək gəlir səviyyəsi olan ailələrə aid olub.

Andrade və Srihari 200 yeniyetmədən əldə olunan məlumatları toplayıblar. Demək olar ki, onların hamısı orta hesabla gündə dörd dəfə burunlarını qurdaladıqlarını etiraf edib.

Qızıldan bahalı qoxu
Alınan nəticələr maraqlı olub. Tələbələrin yalnız 7,6 faizi gündə 20-dən çox dəfə burunlarını qurdalayıblar, lakin demək olar ki, 20 faizi düşünüb ki, bu, ciddi bir problemdir.

Onların əksəriyyəti deyib ki, bunu burun nahiyəsini təmizləmək və qaşınmanı azaltmaq üçün edib, lakin onlardan 24 nəfər və ya 12 faiz etiraf edib ki, onlar burunlarını özlərini daha yaxşı hiss etmək üçün qurdalayıb.

Və məsələ yalnız barmaqlarda deyildi. Ümumilikdə, 13 tələbə bildirib ki, onlar burunlarını qurdalamaq üçün maqqaşdan istifadə ediblər, 9 nəfər qələmdən istifadə edib. Onlardan doqquzu isə burundan çıxarılan qalıqları yediyini etiraf edib.

Müxtəlif sosial təbəqələrdən olan şagirdlər arasında fərq olmayıb. Burnu qurdalamaq bizim hamımızı birləşdirən bir amildir.Ancaq bəzi gender fərqləri də var.

Oğlanların burun qurdalamaları daha çox ehtimallıdır, qızlar isə daha çox sayda bunu pis bir vərdiş olduğunu düşünürlər. Oğlanlarda statistikaya əsasən, dırnaq gəmirmə (onikofagiya) və saçyolma (trixotillomaniya) kimi pis vərdişlərə daha tez-tez rast gəlinir.

Üzün zədələnməsi
Ancaq burun qurdalamaq elə də zərərsiz bir məşğuliyyət deyil. Bəzi ekstremal hallarda, burun qurdalamaq daha ciddi problemlərlə əlaqəli ola bilər,

Andrade və Srihari bunu tibbi ədəbiyyatı öyrənərkən aşkar ediblər.

Bir halda cərrahlar dəlik əmələ gələnədək qurdalanmış burun arakəsməsinin tam bağlanmasına nail ola bilməmişdilər, çünki pasiyent cərrahiyyə əməliyyatı olunmuş sahənin sağalmasına imkan vermədən burnunu qurdalamaqda davam etmişdi.

Digər bir halda 53 yaşlı bir qadın burnunu xroniki olaraq qurdaladığına görə nəyinki burun arakəsməsində, həm də burnun sinusunda dəlik əmələ gəlmişdi.

Daha bir halda isə, 29 yaşlı kişidə trixotillomaniya (saçyolma) və rinotilleksomaniya (burun qurdalama) halları müşahidə olunmuşdu. Bu səbəbdən onun həkimləri yeni bir termin icad etməyə məcbur olmuşdular: rinotrixotillomaniya.

Onun, burun tüklərinı dartıb çıxarmağı vərdiş etmişdi. O, burnundan həddindən çox tük dartıb çıxaranda burnu iltihab əmələ gəlməyə başlayıb. İltihabı müalicə edəndə isə, burnu tünd qırmızı rəng alıb.

Lakin bu cür hal həmin adamın ürəyincə olub, çünki, burnun rəng tükləri görünməz edib. Həkimlər son nəticədə kişinin burnunu müalicə edə biliblər.

Onlar həmin adamın bu cür halına "aşırı kompulsiv sindrom" adını veriblər.

Burun təhlükə duymaq üçün
Çoxumuz hərdən bir burun qurdalamağı patologiya saymırıq və buna görə özümüzü rahat hiss edirik. Maraqlıdır ki, dırnaqları gəmirmək və burundan tük dartıb çıxarmaq aşırı kompulsiv sindrom əlaməti sayılsa da, rinotilleksomaniya, bir qayda olaraq, belə dəyərləndirilmir.

Amma bu, o demək deyil ki, o, tamamilə təhlükəsizdir. 2006-cı ildə bir qrup hollandiyalı tədqiqatçı burun qurdalanmasının bakterial infeksiyaların yayılmasına şərait yaratdığını aşkar edib.

Onlar müəyyən ediblər ki, qulaq, burun və boğaz klinikalarındakı burun qurdalayan pasiyentlər burunlarını qurdalamayanlara nisbətən daha tez-tez hallarda burunlarında "Staphylococcus aureus" bakteriyalarının daşıyıcılarına çevrilirlər.

Beləliklə, bütün bu riskləri və digər insanlarda iyrənmə hissi oyatmaq riskini nəzərə alanda, "biz bunu niyə edirik?" sualı yaranır.

Bunun heç bir aydın cavabı yoxdur, lakin bu yaxınlarda Tom Stafford yazırdı ki, dırnaqları gəmirmək bəlkə də, insanlarda "təmizləmədən" əmələ gələn məmnuniyyət hissi yaradır. Digər tərəfdən isə, barmaqlarla burun nahiyəsinə hər zaman asanlıqla çatmaq mümkündür.

Və ya bəlkə də burun qurdalamaq yalnız tənbəlliyin bir ifadəsidir. Hər halda burunu təmizləmək üçün barmaqlar həmişə, necə deyərlər, əlçatandır.

Bəzi tədqiqatçılar hələ də burun qurdalamağının səbəblərini və bundan irəli gələn nəticələri başa düşməyə çalışırlar və bunu bilmək çox sevindiricidir.

2001-ci ildə Hindistan tədqiqatçıları Andrade və Srihari əvvəlcə insanları güldürən, sonra isə düşünməyə məcbur edən tədqiqatlara görə Ig Nobel mükafatına nail görülmüşdülər.

Mükafatın təqdimatı mərasimində Andrade bunları deyib: "Bəzi insanlar burunlarını digər insanların işlərinə təpirlər. Mənim isə işim öz işimi başqalarının burnuna təpməkdən ibarət olub".

Oxunub: 3 516
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

13-12-2022, 17:28

Tez-tez burun tutulması yaşıyırsınızsa BUNU EDİN

Gözəllik və təbabət

29-08-2022, 22:35

Məşhurlaşan burun masajlarının FƏSADLARI

Səhiyyə

2-07-2022, 00:01

Bakıda pasiyent burun əməliyyatı zamanı ölüb

Gözəllik və təbabət

5-03-2022, 11:41

Burun qanaması niyə baş verir və qarşısını necə almaq olar?

Maraqlı

26-08-2023, 14:18

Burun tutulmasının SƏBƏBLƏRİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • 6-09-2026, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə