• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Cinayətkar olmamaq üçün nələrdən qaçmalıyıq? - ARAŞDIRMA

Araşdırma

18-12-2022, 22:36

Cinayətkar olmamaq üçün nələrdən qaçmalıyıq? - ARAŞDIRMA


“Qonşusunu söyüşə görə öldürdü”, “Təhqirə görə tanışını qətlə yetirdi”, “Toyda musiqisini kəsən adamı bıçaqladı”, “Tik-Tok”dakı rəyə görə adam öldürdü” və s. tipli xəbərləri tez-tez görürük. Çox insan bu tipli xəbərləri alanda “Kaş səbirli olardı, etməzdi” deyir. Bu fikirləri biz təbii ki, soyuq başla deyirik. Bəlkə də bu cinayəti törədənlər də başqaları üçün nə vaxtsa bunu deyiblər, ancaq xoşagəlməz situasiya yarananda, dediklərini tətbiq etməyi bacarmayıblar. Yəni əsas olan həmin an özümüzü necə idarə etməyimizdir.

Bəs həmin situasiyada özümüzü necə idarə edək ki, cinayət törətməyək?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Azvision.az”ın baş redaktoru Vüsal Məmmədov bildirib ki, hər kəs bu kimi situasiyalarla qarşılaşa biləcəyini bilməli və necə reaksiya verməklə bağlı beynində bir modelləşdirmə olmalıdır:

“Qəfil söyüşlə üzləşə bilərsən, mağazada kimsə sənin növbənə girəcək, yaxud avtomobil idarə edəndə səni çox əsəbiləşdirəcək siqnal verə bilər və s. Bu cür məişət konfliktlərinin hər birində vəziyyətin nəzarətdən çıxma ehtimalı var. Sadəcə, insan əvvəlcədən özü üçün bu situasiyanı modelləşdirməlidir. Düşün ki, məsələn, nə vaxtsa biri sənin ailəni söyə bilər. Mən o cür biri üçün azadlığımı qurban verməyə hazıram? Ən yuxarı həddi nəzərdə tutmalısan. Ani qərarlarla bağlı öncədən beynimizdə modelləşdirilmiş vəziyyət olmalıdır. Ailədaxili qısqanclıqdan tutmuş dostlarınla davalara, yolda və s. yerlərdə üzləşə biləcəyimiz potensial münaqişəli hansı situasiyalar varsa, hamısının öncədən ssenarisini cızmalı, götür-qoy etməliyik. Xəyalımızda o yolu keçməli və sonun nə olacağını bilməliyik. Sonra onlardan hər biri qarşımıza çıxanda artıq bizim cavabımız olur. Dəyərmi, yoxsa yox?”

V.Məmmədov özünün bu qayda ilə yaşadığını bildirib:

“Bu situasiyaları öncədən düşünmüşəm və qənaətim odur ki, ailəmi təhqir edən biri üçün cinayət törətməyim 7-8 il həbsxanaya düşməyim və ailəmin başçısız qalması ilə nəticələnək. Qərarım o olub ki, dəyməz”.

“İnsan öldürməyin pis, yoxsa yaxşı iş olması ilə bağlı məşhur bir fikir var. Mahiyyəti budur ki, kimisə öldürəndə, ani baş verir. Amma həmin ana qədər insanın aylarla, illərlə vaxtı olub ki, qətl törətməyin yaxşı, yoxsa pis iş olduğunu düşünsün, götür-qoy etsin. O vaxtımız var və fikirləşmək lazımdır”, - deyə V.Məmmədov qeyd edib.

Şair Qulu Ağsəs isə sözün qarşılığının söz olduğunu düşünür:

“Bu, bir çox ölkələrdə, Avropada müzakirə mövzusu deyil. Çünki təhqir olunurlarsa, silaha əl atmırlar. Avropalı təhqir olunanda, ürəyinin bir tərəfində sevinir də. Çünki qarşı tərəfi məhkəməyə verir, yaxşı da pul alır. Ən pis halda söyüşə söyüşlə cavab verirlər. Bir nəfər dodağını tərpədib onu söyürsə, qarşı tərəf də eyni şəkildə dodağını tərpədib söyür. Avropada sözün qarşılığı sözdür. Təəssüf ki müsəlman şərqində sözün qarşılığında cinayət halları çoxdur. Çağdaş Azərbaycanı müsəlman şərqi ilə müqayisə etmək ədalətsizlik olar. Çünki Azərbaycan Asiyadan çox Avropanın bir parçasıdır. Amma genetika öz sözünü deyir. Sosial şəbəkədə müzakirə gedir, kimsə fərqli münasibət bildirirsə, ona bıçaq şəkli göndərirlər, görüşüb söhbəti çürütməyə çağırırlar. Halbuki sosial şəbəkələrdə meydan verilib ki, fikrini sözlə ifadə edəsən, müzakirə aparasan”.

Q.Ağsəs bildirib ki, biz sivilizasiyanın bir hissəsi olduğumuzu unutmamalıyıq:

“Biz bu gün vəhşi təbiətin yox, sivilizasiyanın bir hissəsiyik. Zorakılığın qarşılığı zorakılıqla verilməməlidir. Bundan ötrü bəşəriyyət uzun yol keçib və qanuni yol tapılıb. Bundan yaxşısını bəşəriyyət ixtira etməyib. Söyüblərsə, məhkəməyə gedirsən. Getmək istəmirsənsə, sən də eyni şəkildə cavab verirsən”.

Vəkil İlhamə Həsənova isə qeyd edib ki, yüzlərlə cinayət hadisəsi anlıq emosiyaların təsiri altında baş verir. Bu cür hallarda cinayətkar olmamaq üçün özümüzə səbirli, dözümlü olmağı aşılamalıyıq:

“Ani emosiyalarla bunu edənlər sonra mütləq peşman olurlar. Necə ki kənardan baxanlar “Gərək etməzdi” deyirlər, onlar da bu fikrə gəlirlər. Amma iş işdən keçdikdən sonra. Səbirsiz olmaları, ani emosiyaların, əsəbin təsiri altında hərəkət etmələri pis nəticələrə gətirib çıxarır. O an emosiyalarını idarə edə bilsələr, o cinayəti törətməzlər. Səbirli, dözümlü olmağı özümüzə öyrətməli, qarşımızdakının səviyyəsinə düşməməliyik”.

İ.Həsənova oğluna və tələbələrinə verdiyi məsləhəti də bölüşüb:

“Deyirəm ki, bəzən “O, anama, bacıma söydü, onu öldürüm” kimi yanaşırlar. Amma sizin cinayət törədib həbsə düşməyiniz nəticəsində ana-bacınız daha çox əziyyət çəkəcək, daha çox təhqir olunacaq durumla qarşılaşacaqlar. Bunları göz önünə gətirə-gətirə düşünmək lazımdır. Onsuz mədəniyyətsiz adamı döyməklə, öldürməklə tərbiyə edə bilməyəcəksən. Ziyanı özünə vurursan”.

Psixiatr Orxan Fərəcli isə bildirib ki, mentalitetlərə, yetişmə tərzinə, intellektual səviyyəyə, həyata baxış tərzinə və şəxsin özünə görə bu sualın cavabı dəyişir:

“Birmənalı cavab vermək çətindir. İnsanların buna əvvəldən hazırlanması ən yaxşı yoldur. Belə situasiya olsa, mən necə davranacam? İnsan bu sual ətrafında düşünməli və bu gün cavab tapmalıdır. Ən çox tövsiyə olunan odur ki, o an üçün xüsusi qərar vermək, hərəkət etmək, hətta söz deməyi belə təxirə salmaq lazımdır. Bunun alınmadığı situasiyalar ola bilər, amma alınan məqamlar da olur. O an üçün düşünməyə çalışmaq lazımdır. Düşünüb soyuqqanlı şəkildə qərar vermək. Əgər insan düşünürsə, çox zaman qərarı bunu etməmək olacaq”.

Oxunub: 531
Paylaş:
Digər xəbərlər

Xəbərlər

31-05-2021, 11:40

Bakıda DƏHŞƏT: Ata 1 yaşlı oğlunu boğub öldürdü

Xəbərlər

11-05-2021, 17:09

Bakıda yüzlərlə sürücü saxlanıldı - Vaqif Əsədovdan XƏBƏRDARLIQ / FOTO

Xəbərlər

15-04-2019, 18:36

Piyadanı avtomobil vurub öldürdü

Manşet / Gündəm / Xəbərlər

29-07-2018, 10:06

Doğma atasını öldürdü, ögey anasını yaraladı - Ağcabədidə

Manşet / Gündəm / Xəbərlər

2-07-2018, 12:45

Bakıda 18 yaşlı gənc 16 yaşlı oğlanı öldürdü

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Son xəbərlər
  • Bu gün, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Bu gün, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • Dünən, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • Dünən, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • Dünən, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • Dünən, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • Dünən, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • Dünən, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • Dünən, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • Dünən, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • Dünən, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • Dünən, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • Dünən, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Dünən, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • Dünən, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • Dünən, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • 30-07-2026, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • 30-07-2026, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • 30-07-2026, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • 30-07-2026, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • 30-07-2026, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • 30-07-2026, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • 30-07-2026, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • 30-07-2026, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • 30-07-2026, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • 30-07-2026, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • 30-07-2026, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • 30-07-2026, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə