• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz
Tutun faydaları
Qarpız təbii sidikqovucu və ödqovucudur
Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?
Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək – Moskvadan İrəvana daha bir eyham
Hörmüzdən yan keçən layihə - İran məhv edilir
Qadınlarda menopoz simptomları nə qədər davam edir?
Kartla ödənişdə çoxlarının bilmədiyi detal - Açıqlama
Paşinyandan anklavlarla bağlı sensasion açıqlama: Başkənd dəyişdirilir?
Üzümün ən faydalı hissəsi qabığıdır
İybilmə və dadbilmə nə vaxt itir?
Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Üz üçün kosmetik maskalar

Gündəm / Gözəllik və təbabət

19-09-2024, 18:14

Üz üçün kosmetik maskalar


Üz dərisindəki bir çox problemləri aradan qaldırmaq üçün kosmetik üz maskalarından istifadə edilməsi məsləhət görülür.

Üz üçün kosmetik maska seçərkən hazırkı anda dərinizin nəyə daha çox ehtiyacı olduğunu müəyyən etmək lazımdır. İşlədilmə məqsədinə görə üz maskalarının aşağıdakı növləri ayırd edilir: təmizləyici maskalar; qabıqtökücü maskalar; ağardıcı maskalar; nəmləndirici maskalar; qidalandırıcı maskalar; cavanlaşdırıcı maskalar.

Qabıqtökücü maskaları çox tez-tez istifadə etmək olmaz. Bu, dərinin qıcıqlanmasına səbəb ola bilər. Ancaq yağlı dərilər üçün bu daha xeyirli hesab edilir. Dəri həddən artıq quru və həssasdırsa, qabıqtökücü maskalardan istifadə edilməsi, ümumiyyətlə, məsləhət görülmür! Qan damarları genişlənməyə meylli olan qadınlara da qabıqtökücü maskalardan istifadə etmək olmaz (qan dövranını stimullaşdırdığı üçün) edilməlidir.

Nəmləndirici maskalar quru dəri üçün çox zəruri hesab edilir. Qidalandırıcı maskalardan istifadə edilməsinə istənilən dəri tiplərində ehtiyac olur.

Kosmetik firmaları tərəfindən buraxılan cavanlaşdırıcı maskalardan yalnız 30 yaşından sonra istifadə etmək olar. Bu maskalar dəri hüceyrələrinin bərpa edilməsini aktivləşdirir, dərinin qocalmasını ləngidir, dəridə olan maddələr mübadiləsini bərpa edir. Belə maskaların tərkibinə vitaminlər, mikroelementlər, antioksidantlar (qocalmaya mane olan maddələr), müalicəvi otların şirələri, bəzi hallarda hormonlar, plasentar kollagen (qoyun plasentasının ekstraktı) və s. maddələr daxildir.

Kosmetika istehsal edən şirkətlər, geniş çeşiddə olmaqla, istənilən dəri tipində istifadə edilə bilən maskalar təklif edirlər. Ev şəraitində də kifayət qədər effektli maskalar hazırlamaq olar. Növbələşdirməklə nəmləndirici və qidalandırıcı maskaları həftədə 2-3 dəfə tətbiq etmək olar. Maskaları bundan az hallarda olmaqla istifadə etdikdə, onlardan arzu olunan effekti almaq olmur. Maskalardan daha tez-tez istifadə etdikdə isə bu, dərinin qıcıqlanmasına və zəifləməsinə səbəb ola bilər. Yaddan çıxarmaq olmaz ki, istənilən kosmetik vasitələr kimi, maskaları da sizin dərinizin tipinə uyğun olmaqla seçmək lazımdır.

Dərinizdə sızanaq və civzələr varsa, maskalardan (təmizləyici maskalardan savayı) istifadə etməyin - əvvəlcə onları müalicə edin! Üz dərisində tüklərin artıq şəkildə inkişaf etməsi və onun səthində xeyli genişlənmiş damarların olması hallarında, maskaların tətbiq edilməsi əksgöstəriş hesab edilir!

İstənilən maskanı üzə çəkməkdən qabaq dərini diqqətlə təmizləmək vacib hesab edilir. Buxar vannası, duş və skrabla təmizlənmədən sonra dəriyə sürtülmüş maskalar çox yaxşı effekt verir. İlıq və azca nəm olan dəri özünə lazım olan bütün maddələri maskanın tərkibindən ala bilir.

Maskanı dəriyə masaj xətləri üzrə çəkmək lazımdır. Maskanı dəriyə kiçik fırça, süngər (“qubka”), pambıq tampon və ya əl ilə sürtmək olar. Yadda saxlamaq lazımdır ki, dəriyə maska çəkmək üçün istifadə edilən hər bir əşya (və ya əl) mütləq çox təmiz və ya birdəfəlik olmalıdır!

Əgər sizin dəriniz həssasdır və siz hər hansı bir maskanı ilk dəfə olaraq tətbiq edirsinizsə, dərinizin bu maskaya olan həssaslığını yoxlayın. Bu məqsədlə az miqdarda maska kütləsini dərinizin kiçik bir hissəsinə (məsələn, qulağınızın arxasına, dirsək büküşünə) sürtün. Bir müddət keçdikdən sonra bu hissədə səpgilər, qızartı, qaşınma baş verərsa, belə maskadan imtina edin.

Üz dərisi üçün nəzərdə tutulan maskaları gözlər və dodaqlar ətraflarına, dodaqlara, qalxanvari zonasında çəkmək olmaz. Bəzən maskanı gözlər, dodaqlar və burun uçün xüsusi dəliklər açılmış tənziflərlə edirlər. Maska edərkən yumulmuş göz qapaqlarının üzərinə nazik şəkildə kəsilmiş xiyar, ot dəmləməsi, yaşıl və ya qara çayla isladılmış pampıq tamponlar qoymaq olar.

Maskaların təsir müddəti 20-30 dəqiqəyədək davam edir. Maskanı üz dərisində bundan artıq müddətdə saxladıqda o, dərinin şişkinləşməsinə, qıcıqlanmasına, dartılmasına və digər fəsadlara səbəb ola bilər. Üzün dərisinə maska çəkdikdən sonra rahat uzanın (üzün dərisi hərəkətsiz olmalıdır).

Maskanı adətən ilıq su ilə yuduqdan sonra dərinizi lasyonla və ya toniklə silərək, sonra dəri tipinizə uyğun qidalandırıcı və ya nəmləndirici (dərinizin vəziyyətindən asılı olaraq) krem çəkmək lazımdır.

Üz maskasını axşam, yatmamışdan əvvəl etmək daha xeyirli hesab olunur. Əgər maska ev şəraitində hazırlanacaqsa, onu bilavasitə işlədilməsindən əvvəl hazırlamaq və tez bir zamanda da istifadə etmək məsləhət görülür.

saglamolun.az

Oxunub: 1 420
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

31-07-2019, 23:42

Quru dəri üçün olan maskalar

Xəbərlər

19-05-2019, 20:14

Gözəl və qalın saçlar üçün ZEYTUN YAĞI ilə maskalar

Gözəllik və təbabət

21-02-2019, 17:12

Dodaqlar üçün olan maskalar və massaj

Gözəllik və təbabət

21-10-2018, 14:37

Cavanlaşdırıcı maskalar!

Gözəllik və təbabət

20-10-2018, 22:20

Quru üz dərisinə qulluq!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz
Tutun faydaları
Qarpız təbii sidikqovucu və ödqovucudur
Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
Son xəbərlər
  • Bu gün, 15:10
    Dəridə görünən ciddi xəstəliklərin 7 əlaməti
  • Bu gün, 12:55
    Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz
  • Bu gün, 09:04
    Tutun faydaları
  • Dünən, 22:18
    Qarpız təbii sidikqovucu və ödqovucudur
  • Dünən, 21:40
    Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
  • Dünən, 20:11
    İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
  • Dünən, 19:29
    Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
  • Dünən, 18:46
    Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
  • Dünən, 17:37
    Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
  • Dünən, 16:17
    İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
  • Dünən, 15:50
    Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?
  • Dünən, 14:05
    Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək – Moskvadan İrəvana daha bir eyham
  • Dünən, 13:40
    Hörmüzdən yan keçən layihə - İran məhv edilir
  • Dünən, 12:40
    Qadınlarda menopoz simptomları nə qədər davam edir?
  • Dünən, 11:51
    Kartla ödənişdə çoxlarının bilmədiyi detal - Açıqlama
  • Dünən, 10:43
    Paşinyandan anklavlarla bağlı sensasion açıqlama: Başkənd dəyişdirilir?
  • Dünən, 09:03
    Üzümün ən faydalı hissəsi qabığıdır
  • 9-07-2026, 22:14
    İybilmə və dadbilmə nə vaxt itir?
  • 9-07-2026, 21:55
    Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
  • 9-07-2026, 20:19
    Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
  • 9-07-2026, 19:37
    İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
  • 9-07-2026, 18:48
    Qandakı yağları əridən bitkilər - Siyahı
  • 9-07-2026, 17:46
    Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
  • 9-07-2026, 16:15
    Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
  • 9-07-2026, 15:51
    Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
  • 9-07-2026, 14:47
    İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
  • 9-07-2026, 13:57
    Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
  • 9-07-2026, 12:40
    Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
  • 9-07-2026, 11:46
    Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
  • 9-07-2026, 10:23
    Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə