• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Axşam 21:00-dan sonra yemək – qaraciyərdə fibroz yaradır
İran parlamenti ABŞ-a görə toplanır: nazir də gələcək
Yaponiyada seçkilər: Takaiçi qalib gəlir
Zelenskidən Ərdoğanı qəzəbləndirən addım: Ankaranın cavabı ağır olacaq
"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
Gündə nə qədər protein qəbul etməliyik?
Kardioloqlar heç vaxt bu qidaları yemir – Siyahı
Səfəvilər haqda fransız rahib 17-ci əsrdə nələr yazıb?..
7 ölkənin lideri Pezeşkiana zəng etdi: detallar üzə çıxdı – Siyahıda Azərbaycan da var
Ağciyər emboliyasını müalicəsi edən cihaz kəşf edildi
İran bu iki ölkəni məlumatlandırdı: ABŞ ilə danışıqlar...
12 min çox əsgər, minlərlə dron… – Rusiyanı qorxudan proses başlayır
Ət yeyənlər daha uzun yaşayırlarmı?
Səssiz evliliklər: Bitməyən, lakin yaşanmayan münasibət
Ayaqda spazmlar – damarların tutulduğunu göstərir
Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?
Rusiyadan konkret cavab: Bu qoşunlar Ukraynaya girməyəcək!
15 ildən sonra 540 qram çəkidə doğulan Nur... - FOTO
Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir?
Merzdən gözlənilməz açıqlama: Rusiya ilə danışıqlara hazırıq!
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaq yıxılıb və başı dəyibsə...- İLKİN YARDIM

Gündəm / Maraqlı

28-08-2024, 16:31

Uşaq yıxılıb və başı dəyibsə...- İLKİN YARDIM


Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Uşaqlar çarpayı, stul, divan və s. hündürlüklərdən əksər hallarda başıaşağı olmaqla yıxılırlar.

Bunun da səbəbi var. Saglamolun.az bildirir ki, böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı böyüklərlə müqayisədə bədənlərinə nisbətən daha ağır olur. Bundan əlavə böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar - əllərini qabağa verirlər və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.

Uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları onları bələdiyiniz masanın üstündə, divanda nəzarətsiz qoymayın. Əgər sizə uşaq üçün digər otaqdan nə isə gətirmək, telefona cavab vermək, qapını açmaq və s. lazım olarsa, uşağı da mütləq özünüzlə aparın! Uşaqları uzun müddət ərzində otaqda tək qoymayın. Onlar hər şeylə maraqlandıqları üçün masanın, şkafın və s. ev əşyalarının üstünə qalxmağı xoşlayırlar.

Uşaq yıxılıb və başı dəyibsə nə etmək lazımdır? İk növbədə onun vəziyyətinə diqqətlə nəzarət edin.

Uşaq yıxıldıqdan sonra dərhal qışqırıbsa, huşunu itirməyib, özünü adi halda olduğu kimi aparırsa və onun sağlamlığında heç bir dəyişiklik qeyd edilmirsə, uşağı sakitləşdirin, zədə olan nahiyəyə soyuq suda isladılmış əski və ya parçaya bükülmüş buz qoyun. Bu, ağrının azalmasına, toxumalarda şişkinliyin və qanaxmanın dayanmasına səbəb olur. Əgər qanaxma varsa “təcili yardım” çağırmaq lazımdır!

Uşaq yıxıldıqdan sonra huşunu itirib, uşaqda bəbəklərin genişlənməsi və ya daralması, bəbəklərin ölçülərinin müxtəlifliyi, baş ağrısı, əzginlik, başgicəllənmə, ona edilən müraciətə cavab verməməsi, yuxululuq, dərinin ağarması, danışığında və ya hərəkətlərində pozulmalar, ürəkbulanması və ya qusma, burnundan və ya qulaqlarından qanaxma, rəngsiz və ya qan qarışıqlı mayenin xaric olması, gözlərin altında və ya qulaqların arxasında tünd (tünd göy) ləkələrin olması kimi əlamətlər müşahidə edilirsə, onu dərhal həkimə çatdırmaq lazımdır. Sadalanan bu əlamətlər beyin silkələnməsi və ya əzilməsinin əlamətləri ola bilər.

Əgər uşaqlarda başın travması yatmazdan qabaq baş veribsə, azı 1 saat ərzində uşağı yatmağa qoymayın və ona diqqətlə nəzarət edin. Heç bir halda uşağa hər hansı sakitləşdirici və ya ağrıkəsici dərmanlar verməyin! Əgər uşaqda yuxarıda sadalanan əlamətlərdən hər hansı biri qeyd edilərsə, dərhal həkimə müraciət edin!

Beyin silkələnməsi zamanı uşaqda müəyyən bir müddət ərzində huşun itirilməsi, qusma (3 aylığına qədər olan uşaqlarda – çoxsaylı), dərinin ağarmasıı, soyuq tər kimi əlamətlər qeyd edilir. Uşaq əzgin, yuxulu olur, yeməkdən imtina edir. Sadalanan əlamətlərin qeyd edildiyi halda, tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır!

Təəssüflər olsun ki, bir sıra hallarda, valideynlər zədələnmənin ciddiliyini və uşağın vəziyyətini (məsələn, beyin silkələnməsi halda) düzgün qiymətləndirməyərək, həkimlərin məsləhətinə əməl etmirlər. Kəllə-beyin travmasını diqqətsiz qoymaq, sonadək müalicə etməmək çox təhlükəlidir!

Həkimlərin müşahidələrinə görə, kəllə-beyin travması keçirmiş və müvafiq müalicə almamış uşaqların əksəriyyətində, 3-5 il keçdikdən sonra baş ağrıları, başgicəllənmə, eşitmənin zəifləməsi, görmənin pozulması, yuxunun pisləşməsi kimi əlamətlər meydana çıxa bilər. Nadir hallarda belə uşaqlarda daha ağır fəsadlar, məsələn, epilepsiya (qıcolma tutmaları) da inkişaf edə bilər.

Bundan əlavə, bəzi hallarda kəllə sümüyünün sınıqları və beyin silkələnməsi olmadan da, beyinin əzilməsi zamanı, kəllə daxilində qan damarının partlaması nəticəsində axan qan kütləsi tədricən beyin toxumasına təzyiq edir. Belə hallarda əvvəlcə yaxşı vəziyyətdə olan uşaq, bəzən travmadan bir neçə saat sonra, birdən-birə huşunu itirir, onda qıcolmalar başlayır! Bu halda yalnız, bəzən cərrahi əməliyyat da daxil olmaqla aparılan aktiv müalicə nəticəsində uşağın həyatını xilas etmək olar!

Baş beyinin travmasının daha ağır forması – baş beyinin əzilməsidir. Bu zaman bilavasitə travmadan sonra uşaq xeyli müddət huşunu itirir (bəzən 1 saatdan da artıq müddətə). Daha ağır hallarda tənəffüs və ürək fəaliyyətinin pozulması da baş verir.

Kəllə sümüklərinin sınığı zamanı xəstəliyin simptomları dərhal deyil, yalnız travmadan bir neçə saat keçdikdən sonra meydana çıxır! Buna görə də istənilən güclü yıxılmadan sonra uşağa çox diqqətlə nəzarət etmək lazımdır! Kəllə sümüklərinin sınığı zamanı uşaqda burundan və ya qulaqdan qan və ya açıq rəngdə mayenin (likvor) ifraz edilməsi, göz ətrafında göyərmələr (“eynək simptomu”) yarana bilər. Bu zaman uşağın vəziyyəti kəskin şəkildə ağırlaşır.

Beyin silkələnməsi, əzilməsi və ya kəllə sümüklərinin sınığının ilkin əlamətləri qeyd edilən kimi, dərhal “təcili yardım” çağırmaq lazımdır!

Hər bir kəllə-beyin travması zamanı “təcili yardım” gələnə qədər:

- Uşağı sakitləşdirmək, yatağa uzatmaq, qusma olduğu halda - başını yana çevirmək lazımdır.

- Travma nəticəsində başda yara olarsa, onun üzərinə steril, sıx olmayan (!) sarğı qoymaq tələb olunur. Bu, yaraya infeksiya düşməsinin qarşısını alır və qanaxmanın dayanmasına kömək edir.

- Sarğının üstündən parçaya bükülmüş buz və ya soyuducunun buzxanasında olan hər hansı bir məhsulu qoymaq olar.

- uşaq huşunu itiribsə, onu böyür üstə qoyun. Əgər uşaq huşsuz vəziyyətdə olarsa onun nəfəs alıb-almadığını, ürək döyünməsinin olub-olmadığını yoxlayın!

Baş travmalarından sonra uşağa 24 saat ərzində nəzarət etmək lazımdır! Simptomlar bu müddət ərzində üzə çıxa bilər.

saglamolun.az

Oxunub: 1 459
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-03-2023, 22:02

Uşaqlarda xərçəngin səbəbi valideynləridir

Araşdırma

12-08-2020, 16:55

Uşağın başı niyə ağrıyır?

Araşdırma

7-09-2022, 16:47

Uşaqlarda burun qanaxması

Səhiyyə

5-02-2020, 17:53

Uşağın başı niyə ağrıyır?

Xəbərlər

11-11-2019, 14:26

Uşaq yıxılıb və başı dəyibsə nə etməli?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Axşam 21:00-dan sonra yemək – qaraciyərdə fibroz yaradır
İran parlamenti ABŞ-a görə toplanır: nazir də gələcək
Yaponiyada seçkilər: Takaiçi qalib gəlir
Zelenskidən Ərdoğanı qəzəbləndirən addım: Ankaranın cavabı ağır olacaq
"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
Gündə nə qədər protein qəbul etməliyik?
Son xəbərlər
  • Dünən, 21:40
    Axşam 21:00-dan sonra yemək – qaraciyərdə fibroz yaradır
  • Dünən, 20:52
    İran parlamenti ABŞ-a görə toplanır: nazir də gələcək
  • Dünən, 19:48
    Yaponiyada seçkilər: Takaiçi qalib gəlir
  • Dünən, 17:10
    Zelenskidən Ərdoğanı qəzəbləndirən addım: Ankaranın cavabı ağır olacaq
  • Dünən, 16:31
    "Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
  • Dünən, 15:42
    Gündə nə qədər protein qəbul etməliyik?
  • Dünən, 15:38
    Kardioloqlar heç vaxt bu qidaları yemir – Siyahı
  • Dünən, 14:53
    Səfəvilər haqda fransız rahib 17-ci əsrdə nələr yazıb?..
  • Dünən, 13:25
    7 ölkənin lideri Pezeşkiana zəng etdi: detallar üzə çıxdı – Siyahıda Azərbaycan da var
  • Dünən, 12:42
    Ağciyər emboliyasını müalicəsi edən cihaz kəşf edildi
  • Dünən, 11:06
    İran bu iki ölkəni məlumatlandırdı: ABŞ ilə danışıqlar...
  • Dünən, 10:20
    12 min çox əsgər, minlərlə dron… – Rusiyanı qorxudan proses başlayır
  • Dünən, 09:08
    Ət yeyənlər daha uzun yaşayırlarmı?
  • 7-02-2026, 22:14
    Səssiz evliliklər: Bitməyən, lakin yaşanmayan münasibət
  • 7-02-2026, 21:19
    Ayaqda spazmlar – damarların tutulduğunu göstərir
  • 7-02-2026, 20:49
    Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?
  • 7-02-2026, 19:22
    Rusiyadan konkret cavab: Bu qoşunlar Ukraynaya girməyəcək!
  • 7-02-2026, 18:04
    15 ildən sonra 540 qram çəkidə doğulan Nur... - FOTO
  • 7-02-2026, 17:02
    Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir?
  • 7-02-2026, 16:37
    Merzdən gözlənilməz açıqlama: Rusiya ilə danışıqlara hazırıq!
  • 7-02-2026, 15:41
    Nahardan sonra yuxululuğun səbəbi budur
  • 7-02-2026, 14:46
    Məmurlarla ekspertlər üz-üzə: ölkədə kasıb yoxdur? – Aydınlıq gətirildi
  • 7-02-2026, 13:17
    Ərdoğandan İsrailə taktiki “zərbə”: Türkiyə 89 il sonra yeni ittifaq yaradır?
  • 7-02-2026, 12:40
    Qlaukoma və quru gözdən necə qorunmaq olar? - Həkimlə müsahibə
  • 7-02-2026, 11:36
    Ermənistan ordusunda gərginlik: İstefa verdilər, qadağa qoyuldu
  • 7-02-2026, 11:30
    İranlı nazir Bakıya gəldi, Əliyevlə görüşdü – Tehrana hansı mesaj çatdırılır?
  • 7-02-2026, 09:03
    Yaşlanmanı dayandırmağın və gənc qalmağın elmi yolları
  • 6-02-2026, 22:56
    Gec yatmaq infarkt riskini artırır
  • 6-02-2026, 21:26
    Ürəyi qoruyan 8 super qida: ən doğru zülal mənbələri açıqlandı
  • 6-02-2026, 20:30
    İsrail İrana hücum planını tamamladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə