İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərinin Vəliəsr bölgəsində hərbi vəziyyət yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Bildirilib ki, hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə SEPAH şəhərə tam nəzarəti ələ alıb.
Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib. Tanklar, zirehli avtomobillər və nəzarət məntəqələri şəhərdə hərəkəti ciddi şəkildə məhdudlaşdırıb.
Məlumata görə, şəhərdə dövlət məktəbləri də bağlanıb.