Xəbərlər



Tiroid/Quatr xəstəliyi
Tiroid/Quatr xəstəliyi



Tiroid-quatr xəstəliyi
Tiroid-quatr xəstəliyinə şübhəniz varsa, bunun üçün bir endokrinoloji-metabolizma həkiminə müraciət etməli və təyinata görə hansı duzun istifadəsinə qərar verilməlidir. Uşağın anadan aldığı südün tərkibindəki yod onun beyin inkişafı üçün çox önəmlidir. Yetərli yod ana südüylə alınmazsa, beyin inkişafı zəyifləyəcək. Bu səbəblə əmizdirən anaların yodlu duz yemələri və ya yod qəbulunu yetəri qədər diqqətdə saxlamaları lazımdır. Həmçinin yod olan vitamin komplekslərinin qəbulu məqsədəuyğundur. Düyünlü zob, hipertiroid (tiroid vəzi çox çalışanlar və ya zəhərli guatrı (zəhərli zob) olanlar), hipotiroidi (tiroid vəzi az çalışanlar) olan xəstələr özəlliklə yodsuz yeməlidirlər. Bu cür xəstələr yodlu duz yesələr, xəstəlikləri şiddətlənər. Yodlu duz qəbul edən, düyünlü zobu olan bir xəstədə alınan yod, düyünün artıq çalışmasına səbəb olur və hipertiroid dediyimiz tiroid vəzin həddən artıq çalışmasına (tərləmə, çırpıntı, zəifləmə, əsəbilik, əllərdə titrəmə ilə özünü göstərir) səbəb olur. Qanında anti-TPO antikoru yüksək olan insanların yodlu duz qəbul etməsi tiroid vəzin az çalışmasına səbəb olmaqdadır. Bu cür xəstəliyi olanlar da özəlliklə yodsuz duz qəbul etməlidirlər. Yodsuz duz, supermarketlərdə və ya ərzaq dükanlarında satılmaqdadır. Bu duzların üzərində və ya etiketində yodsuz olduğu qeyd olunur. Duz alarkən buna diqqət etmək gərəklidir. Ailədə bir nəfər yodsuz duz yeyəcəksə, belə yeməklər duzsuz bişirilməli və hər kəs özünə uyğun duzdan istifadə etməlidir. Çünki inkişaf çağındakı uşaqlarla hamilə və süd verən qadınların yoda ehtiyacları var. Yodsuz duz yeməsi gərəkən tiroid xəstələri rentgen filmləri çəkilərkən istifadə olunan və içərisində yod olan dərmanlardan da təsirlənməkdədir. Koronar angiografiya və ya tomografiya çəkilərkən istifadə olunan dərmanlardan 3-5 gün sonra keçici tiroid yetməməzliyi ortaya çıxa bilər.
[/b][b]
Baxış sayı: 177