Xəbərlər



Dəhşətli təyyarə qəzası: Bütün heyət və sərnişinlər öldü
Dəhşətli təyyarə qəzası: Bütün heyət və sərnişinlər öldü


Nepalın Poxara hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağında qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, təyyarə “Yeti” Hava Yollarına məxsus olub.

Qeyd edilir ki, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. İlkin məlumata görə, qəza nəticəsində 16 nəfər ölüb.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

***

Nepal mətbuatının məlumatına görə, qəzada ölənlərin sayı 32- nəfərə çatıb.

Bildirilib ki, yerə çırpılan təyyarə hissələrə bölünüb.

***

Qəza nəticəsində təyyarədə olan bütün heyət üzvləri və sərnişinlər ölüb.

Bu barədə Hindistanın "Nyus 18" telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Baxış sayı: 120