Xəbərlər
ailehekimiklinikasi.az » Gündəm » Xəbərlər » Bakıdan Moskvanı QORXUDAN QƏRAR - Rusiya dərhal Azərbaycanın qısa vaxtda...
Bakıdan Moskvanı QORXUDAN QƏRAR - Rusiya dərhal Azərbaycanın qısa vaxtda...
Bu il də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalamaq mümkün olmadı. Laçın yolunun Şuşa-Xankəndi hissəsində azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi aksiyanın isə artıq 19-cu gününü yaşayırıq.
İki gün əvvəl erməni mənbələrində "Qızılbulaq" və "Dəmirli" yataqlarının talanmasının dayandırılması barədə xəbərlərin yayılması rəsmi Bakının hüquqi müstəvidə dəstəklənən bu təzyiqlərinin artıq özünü doğrultmağa başladığını deməyə əsas verir. Amma bu məlumatın erməni mənbələrində yayıldığını nəzərə alsaq, belə bir xəbərlərin tirajlanması Azərbaycan tərəfinin Laçın yolundakı aksiyanı dayandırması üçün növbəti dezinformasiya olduğu ehtimallarını da ön plana çıxara bilər.
Amma istənilən halda son proseslərdən belə nəticə çıxır ki, Azərbaycana qarşı ermənipərəst qüvvələrin, dövlətlərin və beynəlxalq təşkilatların təzyiqlərindən çox Bakının Laçın yolunda təşkil etdiyi dinc aksiya öz faydasını verməyə başlayıb. Belə görünür ki, Moskva Bakının sivil insanların dinc yolla keçirdiyi aksiya nəticəsində Bakının bu zamana kimi görməzdən gəldiyi, ötürməyə çalışdığı bir neçə səhifəlik təkliflərini və istəklər dəftərini artıq vərəqləməyə başlayıb.
Hətta demək olar ki, Ararat Mirzoyanın Laçın yolundakı vəziyyəti əsas götürərək imtina etdiyi 23 dekabrda nəzərdə tutulan Rusiya, Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən və Sankt-Pterburqda MDB dövlət başçılarının sammiti əsnasında keçirilən ikitərəfli görüşlərdən qazancla ayrılan əsas tərəf Bakı oldu.
Ermənistan baş naziri Nikol Paşinyan son günlər "Azərbaycanın hərbi əməliyyatlara hazırlaşdığını, bunu həm də Qarabağda planlaşdırdığını iddia etmək üçün ilkin şərtlər var" iddiasını az qala hər çıxışında irəli sürməklə ilk növbədə Rusiyaya təzyiqini artırmağa çalışır. Paşinyan Qarabağdakı vəziyyətə, Laçın yolundakı aksiyaya görə sülhməramlı kontingenti təqsirli hesab edərək, Rusiyaya məxsus hərbi birləşmənin bölgədən çıxması üçün əlindən gələni edir.
Təbii ki, Ermənistan Ruisyadan daha yaxşısına ümid etdiyi üçün belə bir riskə getmək niyyətindədir. Rəsmi İrəvan bunu artıq açıq şəkildə dilə də gətirib. Paşinyan xüsusilə son vaxtlar sürətli olaraq rus sülhməramlılarının yerini BMT hərbi birləşmələrin verməyinin əhəmiyyətindən bəhs etməsi Moskvaya "biz sənlə xoşbəxt deyilik, bizdən əl çək" mesajı mənasına gəlir.
Görünən odur ki, hər ötən gün Rusiyanın Ukraynada aldığı zərbələr Putinin Cənubi Qafqazda da geosiyasi çəkisini və rolunu azaltmaqdadır. Moskva da yaxşı başa düşür ki, bu gedişlə Qarabağda qalmaq onun Şərqi Avropadakı mübarizəsinə əks-təsir edə bilər.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun ötən gün etdiyi açıqlamalar gündəmə bomba kimi düşdü: "Münaqişənin hər iki tərəfinin razılığı olarsa, BMT-nin beynəlxalq sülhməramlıları cəlb oluna bilər. Bu, təkcə Ermənistandan deyil, həm də Azərbaycandan asılı məsələdir. Dağlıq Qarabağ"dakı Rusiya sülhməramlılarına BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün Bakının razılığı lazımdır".
Putinin sözçüsünün dediklərindən belə anlaşıldı ki, Moskva Bakı ilə artıq özü üçün ən pis ssenarini belə müzakirə etmək üçün masaya yatırıb. Rusiya arxayındır ki, kişi sözü ilə bir çox böyük dövlətlərə, super güclərə dərs verən İlham Əliyev geri addım atmayacaq. Belə demək mümkünsə, Peskov dünənki açıqlamasında Ermənistanın ümidlərini "dəfn edərək", bölgədəki vəziyyətə beynəlxalq qüvvələrin mümkün müdaxiləsi üçün təkcə Ermənistanın deyil, Azərbaycanın da razılığının zəruri olduğunu bildirməklə, Bakının qətiyyətli mövqeyinə və təzyiqlər qarşısında boyun əyməyəcəyinə çox ümidlidir.
Çünki Rusiya üçün onun hərbi kontingentinin Qarabağdan çıxarılması qarşılığında Bakı, yaxud İrəvan (BMT sülhməramlı birləşmələrinin Qarabağa, hətta Azərbaycanla sərhədlərə yerləşdirilməsi) variantı arasında seçim etməli olsa Azərbaycanın mövqeyinin onun üçün daha mütənasib olduğuna əmindir. İstisna edilmir ki, məhz əlverişli seçim kimi hərbi kontingentini BMT qoşunlarındansa, Azərbaycan ordusunun Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə nəzarəti tamamilə ələ almasında maraqlı görünən Moskva, bunu pis variantlardan ən yaxşısı kimi görür.
Amma fakt-faktlığında qalır ki, Moskva artıq regionda oyun qurmaqdan daha çox oyun pozmaqla məşğuldur. Belə düşünməyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün etdiyi açıqlamar səbəb olur.
Rusiya Xarici işlər nazirinin sözçüsü Maria Zaxarovanın açıqlamalarının əsas iqtiqaməti demək olar ki, Azərbaycan-Türkiyə hərbi ittifaqının inkişafı, daha da gücləndirilməsinə hesablanmışdı. Zaxarova bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Zaqafqaziyada güc balansını pozmamalıdır.
O, növbəti ifadəsində yenidən Azərbaycan-Türkiyə hərbi ittifaqından narahatlığını bu ifadələrlə dilə gətirib: "Bütün ölkələrin digər dövlətlərlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək hüququ var, lakin bu, üçüncü ölkələrə qarşı yönəlməməlidir".
Nəzərə alsaq ki, o, bu açıqlamanı bir neçə gün əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akarın səsləndirdiyi "Məqsəd 2025-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrini Türkiyə Silahlı Qüvvələri səviyyəsinə çatdırmaqdır" bəyanatından sonra etməli oldu və nəzərə alsaq ki, bu qadın Kremlin sifarişi əsasında onun mövqeyindən çıxışları ilə tez-tez öz açıqlamaları ilə gündəmə damğa vurur, demək ki, Zaxarovanın açıqlamaları eyni zamanda rəsmi Moskva ilə yanaşı Kremlin də mövqeyidir.
Anlaşılan odur ki, Rusiya artıq Türkiyənin Cənubi Qafqazda mövqeyini gücləndirmək, gücünü artırmaq istiqamətində atdığı hər addımdan getdikcə daha çox narahat olmağa başlayıb.
Onu da nəzərə alsaq ki, Rusiya XİN başçısının sözçüsü bu açıqlamanı Türkiyənin milli müdafiə naziri Hulusi Akar və MİT rəisi Hakan Fidanın Moskvada rusiyalı həmkarı ilə görüşü ərəfəsində dilə gətirib, demək ki, bununla Moskvanın Türkiyənin diqqətinin Rusiyadakı görüşlərdə olduğu bir vaxtda belə bir açıqlama ilə Ankaraya xəbərdarlıq mesajı verməyi öncədən planlaşdırılmış bir addımdır. Bununla da rəsmi Moskva bir nəbz yoxlaması keçirmək istəyir.
Çünki Rusiya tərəfi düşünür ki, Qərb dövlətləri Rusiyanı mühasirəyə almaq üçün Alyansdan istifadə edir və bu səbəbdən də o, NATO-nun Şərqi Avropadakı hərbi fəaliyyətini dayandırmasını istəyir. Kreml uzun müddətdir ki, ABŞ-ın 1990-cı ildə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair verdiyi zəmanəti pozduğunu iddia edir. Lakin NATO Rusiyanın iddialarını rədd edir və yalnız az sayda üzv ölkələrin Rusiya ilə həmsərhəd olduğunu və özünün müdafiə ittifaqı olduğunu bildirir.
Amma bu gün Ukrayna ilə müharibə reallığı göstərir ki, Rusiya demək olar ki, NATO tərəfindən faktiki olaraq mühasirəyə alınmağa doğru gedir. Elə məhz bu məsələ də Moskvanın yuxusunu qarışdırmağa başlayıb ki, Alyansın ən böyük ordusuna malik Türkiyə Azərbaycanda NATO ordusu yaradır.
Rusiya NATO-nu özünə təhdid, rəqib gördüyü üçün bu səbəbdən də Türkiyə-Azərbaycan münasibətlərini, hərbi əməkdaşlığına bu şəkildə narahatlığını ifadə etmiş oldu. Deyure Azərbaycan Ordusunun Türkiyə - NATO standartlarına uyğunlaşdırılması Mosvanın bu narahatlığını birə-on artıran məqamdır.
Amma bu narahatlıq çox əsassız və yersizdir. Azərbaycanın da hamı kimi ordusunu təkmilləşdirmək, müasir standartalara cavab verən Silahlı Qüvvələr yaratmaq haqqı və səlahiyyəti var. Çünki Azərbaycan elə bir coğrafiyada yerləşir ki, tarix boyu daim yadellilərin hücumlarlına, işğallarına, hərbi həmlələrinə məruz qalıb. Bakı çox yaxşı bilir ki, dünya düzəninin sürətlə dəyişdiyi, dünyanın yeni coörafi xəritəsinin çizildiyi bir vaxtda qlobal geosiyasi proseslərin cərəyan etdiyi bir zamanda Azərbaycanın öz suverenliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq üçün mütləqdir ki, güclü, müasir, dünya standartlarına cavab verən ordusu olsun, hərbi texnikaya malik olsun.
O səbəbdən də Moskvanın bu narahatlığı Bakının planlarında heç bir dəyişikliyə səbəb olan deyil. Bir də ki, Azərbaycanın hərbi ittifaq yaradıb, hərbi gücünü artırmaq istiqamətində paralel iş gördüyü dövlət qardaş Türkiyədirsə, məncə bu məsələdə Moskva ağzına su alıb kənara çəkilsə daha doğru olar. Çünki Türkiyə və Azərbaycan Rusiyaya dünən və bu gün də dünyanın misilsiz sanksiyalar tətbiq edib, müxtəlif diplomatik kanallar vasiitəsilə, fərqli üsullarla küncə səxəşdırmağa çalışdığı bir vaxtda Bakı və Ankara hər şeyi öz adı ilə çağıran tək-tük beyin mərkəzlərindən biri kimi diqqət mərkəzindədir. Bu gün Ruisyanın ticarət dövriyyəsi və iqtisadi gəlirlərində də Azərbaycan xüsusi yerə malikdir. Odur ki, Moskvanın bu narajatlığı əsassız və yersizdir.
Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı, müttəfiqliyi ancaq dosta güvən, düşmənə dərd ola biləcək məsələdir. Odur ki, Rusiya papağını qabağlna qoyub fikirləşsin: Azərbaycana dostdur, yoxsa düşmən...
Oxşar xəbərlər
Foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
ARAŞDIRMA
İnsanlar ölümdən sonra bir müddət ətrafı izləyir - Alimlərdən ŞOK TƏDQİQAT
22-03-2023, 10:26
/
239