Xəbərlər



Qarabağda “Art Mall” Kompleksi yaradılacaq
Qarabağda “Art Mall” Kompleksi yaradılacaq


2023-2026-cı illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Art Mall” Kompleksinin yaradılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu işi əsasən Mədəniyyət Nazirliyi icra edəcək. Digər icraçılar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti, Yerli İcra Hakimiyyətləri, Prezidentin Xüsusi Nümayəndəliyidir.
Baxış sayı: 101