Xəbərlər



Gülümbahar çiçəyinin magik gücü
Gülümbahar çiçəyinin magik gücü



Gülümbahar/Calendula officinalis-mürəkkəbçiçəklilər fəsiləsinə, Astraçiçəklilər sırasına aid bir illik ot bitkisi olub, adı latın dilindəki “calendae”, sözündən gəlir ki, Qədim Roma təqvimində ayın birinci günü deməkdir.
Müxtəlif ölkə və mədəniyyətlərdə Gülümbahar simvolizm kimi.
Çində uzunömürlülüyün rəmzi hesab edilən, Hindistanda Krişna ilə, qərbdə Məryəm ananın/Bakirə Məryəmin saflığı, kamilliyilə əlaqələndilən bu günəş rəngli, geliotrop çiçəklər ingilis dilində Məryəmin qızılı adlanır, qədim yunan miflərində isə Apollona aşiq olan Klitiyaya aid edilir.
Orta əsrlər Fransasında gülümbahar çiçəkləri kraliça Marqarita Valua Navarrskayanın da diqqətini cəlb etmişdi. Kraliça bu çiçəkləri o qədər sevirdi ki, hətta onun Parisdəki Lyuksemburq parkındakı heykəlinin əlində gülümbahar çiçəyinin təsviri yaradılıb.
Avropanın cənubundakı ölkələrdə toy çələnglərinin əsas komponenti idi, səbəb bu çiçəklərin sevgi və sədaqətin simvolu olmasıdır.
İngiltərədə Məryəmin qızılı, Çində “on min il” olaraq tanınan gülümbahar; İspaniya “möcüzə çiçəyi” adlandırılır.
Hindistanda, konkret olaraq induizmdə gülümbahar çiçəyi ilahi xüsusiyyət kəsb edir ki, çiçəyin narıncı sarı rəngləri ilə əlaqədardır.
Avropada orta əsrlərdə gülümbahar çiçəkləri magik bir bitki kimi tanınırdı. Məsələn, qadınlara onları sevən bir neçə namizəddən birini seçməkdə yardım edərdi. Bunun üçün bir azacıq qurudulub-xırdalanmış gülümbahar çiçəyini, az miqdar yovşan, mərzə, bal və ağ çaxırla qatışdırıb bədənlərini silərdilər və sonra yatardılar. Gecə yuxuda həmin namizədlərdən hansını görsə idi, həmin yuxu o adamla evlənəcəyinə işarə idi.
Gülümbahar çiçəyinin sevgi və sədaqət rəmzi olması bir sıra sevgi sehrlərinə yol açmışdır. Məsələn, əgər bir dibçəyin içərisinə sevgilin ayaq basdığı yerdən torpaq töküb gülümbahar çiçəyi əkilərdisə həmin adamın ömür boyu etibarlı olacağı-na inanılırdı. Qızlar isə ətrafdakılarda heyranlıq hissi yaratmaq üçün gülünbahar əlavə edilmiş su ilə vanna qəbul edərdilər.
Əgər kim gülümbahar çiçəklərinin baş üzərinə qoyub yatsa peyğəmbər yuxuları görər, ona görə ki, bu çiçəklər insanın həyat enerjisini artırır, otağa isə canlı çiçəklər olan dibçəklər qoyulması məsləhətdir. Evləri pis gözlərdən və pis ruhlardan qorumaq üçün, giriş qapısı üzərindən bir çələng gülümbahar çiçəyi asardılar. Çiçəyin toxumlarından hazırlanmış amulet isə evi oğrudan qorumaq niyyəti ilə evə qoyulardı.
Günorta saatlarında və istidə yığılmış çiçəklərdən isə yemək iksirləri hazırlayardılar ki, bunlar da əsasən depressiya əleyhinə işlədilirdi.
“Məryəm qızılı/Mary’s gold” adlanması isə bu bitkinin kista, fibroma kimi qadın xəstəliklərinin müalicəsində istifadəsi ilə əlaqədardır.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından


Gülümbahar çiçəyinin magik gücü
Baxış sayı: 181