• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Xəstə bağırsaqların 6 əlaməti
Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əliağa Şıxlinski

Bioqrafiya

20-08-2020, 22:26

Əliağa Şıxlinski



Əliağa Şıxlinski 1863-ci il mart ayının 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova Azərbaycan ədəbiyyatının korifeylərindən biri olan unudulmaz şairimiz Molla Vəli Vidadinin nəvəsi idi.

1883-cü ildə orduda hərbi xidmətə başlayan Şıxlinski hərb sənətinin sirlərinə yiyələnməyə çalışırdı. Bütün bu uğurlu addımlar onu Peterburq artilleriya məktəbinə gətirdi. 1886-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirən Ə. Şıxlinski 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruşmağa başladı. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırıldı.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi aldı. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. Beləcə o, Azərbaycanın ilk hərbi generallarından oldu, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.

1914-cü ildə baş verən I dünya müharibəsi zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olundu.

1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında dövlətin hərbi işi Azərbaycanın iki görkəmli oğluna tapşırıldı. Artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, daha bir artilleriya general-leytenantı Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edildi. Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin səyləri ilə Azərbaycan ordusu yaradıldı. Ordunun xeyli cəbbəxanası formalaşdı.

1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi. Düşmən öz hiyləgərliyindən istifadə edərək müqavimətsiz təslim olmaq üçün gənc Azərbaycan Demokratik Respublikasına altı şərt irəli sürdü. Bu şərtlərdən biri də Azərbaycan ordusunun ləğv olunmaması idi. Əliağa Şıxlinski qan tökülməsinin qarşısını almaq üçün, həm də 72 minlik qoşunla vuruşmağın mümkünsüz olduğunu nəzərə alaraq minalanmış körpülərin partladılmasına icazə vermədi. İşğaldan sonra isə imperiya yetkililəri verdikləri sözlərə əməl etmədilər. Azərbaycan ordusu hissə-hissə dağıdıldı. Sovet imperiyası iki dahi şəxsiyyətə - Səməd bəy Mehmandarova və Əliağa Şıxlinskiyə isə toxunmadı. Ən azı ona görə ki, hərbi ixtisasçı kimi onlar əvəzolunmaz idi.

Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışdı. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başladı. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi.

1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif edildi. 1929-cu ildən istefaya çıxan general-leytenant Əliağa Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.

Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.

Oxunub: 3 123
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

18-02-2020, 11:57

“Anamın ailəsinin tarixçəsi”

Manşet / Araşdırma

7-09-2018, 10:39

Nargində güllələnmiş Cümhuriyyət generalı - Feyzulla Mirzə Qacarın ömür yolu!

Manşet / Bioqrafiya

5-09-2018, 11:29

Kəsəmənli Şirin bəy!

Manşet / Bioqrafiya

31-08-2018, 11:18

Qayıbov Fərrux ağa Məmmədkərim ağa oğlu

Manşet / Bioqrafiya

12-05-2018, 12:54

Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Son xəbərlər
  • Dünən, 22:29
    BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
  • Dünən, 21:34
    Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
  • Dünən, 20:54
    Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
  • Dünən, 19:17
    DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
  • Dünən, 18:24
    Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
  • Dünən, 17:35
    Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
  • Dünən, 16:22
    Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
  • Dünən, 15:44
    Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
  • Dünən, 14:24
    Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
  • Dünən, 13:06
    Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
  • Dünən, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Dünən, 11:17
    Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
  • Dünən, 10:31
    İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
  • Dünən, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • 9-09-2026, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • 9-09-2026, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 9-09-2026, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • 9-09-2026, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • 9-09-2026, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • 9-09-2026, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • 9-09-2026, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • 9-09-2026, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • 9-09-2026, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • 9-09-2026, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • 9-09-2026, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • 9-09-2026, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə