Xəbərlər



Bu qidalar qlaukomanın riskini 30% azaldır
Bu qidalar qlaukomanın riskini 30% azaldır


Qlaukoma çox yayılmış göz xəstəliyidir. Xəstəlik adətən 40 yaşından sonra inkişaf edir.

Qlaukoma bütün dünyada bərpa olunmaz korluğun əsas səbəbidir. Xəstəliyin əsas təhlükəsi gizli şəkildə inkişaf etməsidir.
MedicalDaily xəbər verir ki, Harvard Universitetinin Tibbi məktəbinin (Harvard Medical School) alimləri 1984-dən 2012-ci ilə qədər 105 mindən artıq insanın qidalanmasını araşdırdıqdan sonra belə qərara gəliblər ki, bəzi qidaların gündəlik qəbulu qlaukomanın riskini 30%-ə qədər azaldır.
Bu qidalar arasında: kahı, ispanaq, kələmin müxtəlif növləri (ağ kələm, gül kələmi, brüssel kələmi, çin kələmi), türşəng. Bu qidalar gözlərdə qan dövranını yaxşılaşdırır ki, nəticədə qlaukomanın riski xeyli azalır.
Alimlər insanlara hər gün bu qidaları yeməyi tövsiyə edirlər. Bu xüsusilə 60 yaşından yuxarı və yaxın qohumları arasında qlaukoma xəstəliyi olan insanlara aiddir.
Baxış sayı: 51