• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
Alzheimer ağızdan başlayır?
İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakıda beş vəzifəli şəxs həbs olunub

Manşet / Gündəm / Xəbərlər

1-05-2018, 09:04

Bakıda beş vəzifəli şəxs həbs olunub




















Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.

Toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar.

Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib.

Müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.

Habelə, istintaq-əməliyyat tədbirləri zamanı doqquz adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də, “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.

Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin törədilməsində iştirakı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələrii istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Oxunub: 1 326
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Xəbərlər

23-04-2018, 07:26

Oqtay Şirəliyev bu vəzifəli şəxslərlə bağlı əmr imzaladı

Manşet / Gündəm / Xəbərlər

3-04-2018, 16:49

Şəkidə ana ölümünə baş həkim həbs edildi

Manşet / Gündəm / Xəbərlər

31-03-2018, 11:19

Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törədib

Manşet / Gündəm / Xəbərlər

30-03-2018, 17:21

Bakıda qanunsuz satılan psixotrop tərkibli dərmanlar aşkarlanıb

Manşet / Gündəm / Xəbərlər

15-03-2018, 08:37

Azərbaycanda insan orqanı alverçisi yaxalandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
Son xəbərlər
  • Dünən, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • Dünən, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • Dünən, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • Dünən, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • Dünən, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • Dünən, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • Dünən, 15:47
    Alzheimer ağızdan başlayır?
  • Dünən, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • Dünən, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • Dünən, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • Dünən, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • Dünən, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • Dünən, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • 18-08-2026, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • 18-08-2026, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • 18-08-2026, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • 18-08-2026, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • 18-08-2026, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • 18-08-2026, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • 18-08-2026, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • 18-08-2026, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • 18-08-2026, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • 18-08-2026, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • 17-08-2026, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • 17-08-2026, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • 17-08-2026, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • 17-08-2026, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • 17-08-2026, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə