• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
Hindistan bunu etsə, müharibəyə başlayacağıq
Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
İnfarktdan sağ çıxan adamlar – Bir neçə saat əvvəl bunu yeyiblər
İran-ABŞ gərginliyi Bakıya nə vəd edir? – Kritik məqamlar
Zelenski bu ölkəni hədələdi: Ukrayna olmasa, sizi heç kim müdafiə edə bilməz
Kimlər qan üçün donor ola bilməz?
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
"İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Urologiya

Manşet / Gündəm / Səhiyyə

3-01-2019, 02:57

Urologiya

Urologiya- kişi və qadın sidik-cinsiyyət sistemində mövcud olan xəstəliklərin etiopatogenezi, diaqnostikası və müalicəsi ilə məşğul olan tibbin bir bölməsidir.

Urologiyanın aşağıdakı bölmələri var:

Andrologiya-kişi cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda infeksiyaların törətdiyi xəstəliklərlə məşğul olur. Bu xəstəliklərə, anadangəlmə problemlər (uşaqlarda fimoz), iltihabi proseslər (prostatit, uretrit, sistit ) və törəmələr aidddir.

Uroginekologiya-uroloji və ginekoloji xəstəliklərin bir-biri ilə əlaqəsini öyrənir.

Uşaq urologiyası-uşaqların sidik-cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda olan xəstəliklərlə məşğul olur.

Qeriatrik urologiya-ahıl yaşda olan insanların sidik cinsiyyət orqanlarında problemlərin diaqnostika və müalicəsi ilə məşğul olur.

ELT

Aparatın təyinatı:

Cinsi fəaliyyətin pozulması ilə fəsadlaşmış prostat vəzinin, toxum kisəciklərinin, uretranın xroniki iltihabı xəstəliklərin müalicəsi;

Müalicə patologiya nahiyəsinə kompleks təsir yolu ilə təmin olunur: dörd dalğalı lazer şüalanması, bipolyar (ikiqütblü) stimullaşdırıcı elektrik impulsları, daimi maqnit sahəsi;

Müalicənin effektivliyi təsir parametrlərinin fərdi seçilməsi və onların pasientin nəbzi ilə sinxonizasiyası (uyğunlaşdırılması) yolu

ilə əldə olunur.

Fərqləndirici xüsusiyyətləri:

Rejimlərin və kanalların idarə olunması personal kompüter və əlavə idarə pultu ilə yerinə yetirilir.

Avtomatlaşdırma sayəsində prosedur göz önündə aparılır.

Aparılmış prosedurların parametrləri avtomatik sənədləşdirilir.

Müstəqil proqramlaşdırma imkanı və yaradılmış müalicə alqoritmi yaddaşda saxlanılır.



Aparatın təyinatı:

Kişi cinsi orqanının (penisin) kavernoz cismlərinin damar aparatında degenerativ dəyişiklərin aradan götürülməsi, prostat vəzinin qan təhcizatını və trofikasını (qidalanmasını) yaxşılaşdırılması.

Varikosel nədir?

Varikosel-kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyanın 15-20%-də , Amerikada hərbi xidmətə gedənlərin isə 20%-də varikoselə rast gəlinir. Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun və toksik maddələrin artması, spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosel olan xaya və xayaətrafı nahiyədə ağrı olur. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir, bu isə spermatogenezi dayandırır. Varikosel nə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər çox olur. Bunu nəzərə alaraq, varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman ərzində müalicə olunması tövsiyyə olunur. Gənc yaşlarda ailə quran, varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.

Varikosel hansı şikayətlərə səbəb olur?

Varikosel əsasən xayalarda şişkinlik, ağrı və sonsuzluqla müşahidə olunur. Uzun müddət ayaqda duran zaman, ağır işlər gördükdə ağrılar arta bilir.

Diaqnozu necə qoyulur?

Varikosel fizik müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda doppler ultrasəs müayinə (reflüksün olması) ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda iki tərəfli olur.

Varikosel nə vaxt müalicə edilməlidir?

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T- nun (testosteron) miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Qeyd edilən hallar kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicə üçün əsas göstərişdir.

Hansı üsulla müalicə olunur ?

Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsuldur. Bu günə qədər istifadə olunan cərrahi üsullardan yalnız mikroskopik cərrahiyə dünya üzrə qəbul edilmişdir. Mikroskopik cərrahiyyə varikoselin müalicəsi üçün 99% effektli bir üsuldur və bu əməliyyat yalnız uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 ay sonra olur.

Oxunub: 1 371
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Səhiyyə

6-01-2019, 17:27

Ginekologiya

Manşet / Səhiyyə

30-06-2018, 10:07

Süzənək

Manşet / Səhiyyə

30-06-2018, 09:49

Ginekoloji xəstəliklərin əlamətləri

Manşet / Gündəm / Səhiyyə

8-03-2018, 16:53

Sistit nədir?

Manşet / Gündəm / Səhiyyə

7-03-2018, 14:43

Ailə Həkimi Klinikası-Prostat vəzinin böyümə səbəbləri

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
Hindistan bunu etsə, müharibəyə başlayacağıq
Son xəbərlər
  • Bu gün, 10:10
    Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
  • Bu gün, 09:07
    Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
  • Dünən, 22:49
    "Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
  • Dünən, 21:55
    Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
  • Dünən, 20:56
    Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
  • Dünən, 19:32
    Hindistan bunu etsə, müharibəyə başlayacağıq
  • Dünən, 18:13
    Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
  • Dünən, 17:39
    Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
  • Dünən, 16:01
    Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
  • Dünən, 15:28
    İnfarktdan sağ çıxan adamlar – Bir neçə saat əvvəl bunu yeyiblər
  • Dünən, 14:08
    İran-ABŞ gərginliyi Bakıya nə vəd edir? – Kritik məqamlar
  • Dünən, 13:52
    Zelenski bu ölkəni hədələdi: Ukrayna olmasa, sizi heç kim müdafiə edə bilməz
  • Dünən, 12:41
    Kimlər qan üçün donor ola bilməz?
  • Dünən, 11:35
    Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
  • Dünən, 10:16
    "İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
  • Dünən, 09:07
    Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
  • 21-06-2026, 22:13
    “Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
  • 21-06-2026, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
  • 21-06-2026, 20:32
    Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
  • 21-06-2026, 19:02
    Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
  • 21-06-2026, 18:25
    Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
  • 21-06-2026, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • 21-06-2026, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • 21-06-2026, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • 21-06-2026, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • 21-06-2026, 13:11
    Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
  • 21-06-2026, 12:33
    Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
  • 21-06-2026, 11:26
    Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
  • 21-06-2026, 10:19
    Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
  • 21-06-2026, 09:02
    Diş ərpi və daşlarına qarşı bal çeynəyin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə