• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İltihablı qaraciyər üçün təbii bitki
Putin Əsədə niyə kömək etməyib? - Suriya səbəbi açıqladı
Netanyahunun planı rezonans doğurdu – Dünyanın gözü önündə yaşanacaq
Revmatoid artritin ən erkən 7 ƏLAMƏTİ
YENI İL, BÖYÜK ÇİLLƏ VƏ MİLAD BAYRAMI
4 ölkə ilə bağlı təşviş doğuran iddia: Avropada sensasiya yaşana bilər
Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
Diş itkisi yalnız estetik problem deyil: Təsiri tamamilə fərqlidir
İsrail bu ölkənin müstəqilliyini tanıdı: ABŞ da tanıyacaq?
“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...
Acılı, yağlı, yoxsa turş? Qastroenteroloq mədə üçün ən zərərli qidanı açıqladı
Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
Azərbaycanda internet yenə bahalaşacaq - Yeni qiymət...
Vitamin çatışmazlığının 7 əlaməti
Severskin itirilməsi onlara baha başa gəldi – Ukraynada nə baş verir?
Sidiyə tez-tez getmək təhlükə siqnalıdır?
Bunu İlham Əliyev 3, Ərdoğan 4 dəfə edib – Nazir açıqladı
2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI
Qırmızı soğanın faydaları və zərərləri nələrdir?
Ermənilər geri çəkildi: Sərhəddəki strateji post ordumuza təhvil verilib
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR

Xəbərlər

13-11-2019, 14:32

Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR


Havalar soyuduqca insanların təbii qazdan istifadəsinə təlabatı da artır. Ancaq bu təlabat özü ilə bəzən ölüm də gətirir.

Ölkədə dəm qazından zəhərlənmə və ölüm halları getdikcə çoxalır. İnsanlar dəm qazı təhlükəsindən necə xəbərdar olmalıdırlar? Nələri bilməlidirlər?

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Modern.az-a bildirib ki, dəm qazı ilə bağlı məsələlərlə "Azəriqaz" məşğul olmur.

"Ancaq deyə bilərik ki, dəm qazının yaranmasına səbəb, istifadə olunan məişət cihazlarındakı nasazlıq səbəb olur. "Azəriqaz"a hər hansı bir hadisəylə bağlı məlumat daxil olursa, dərhal mütəxəssislər və əməkdaşlar hadisə yerində olurlar. Fəsadın böyüməməsi üçün, hadisə baş verən ərazinin qaz təchizatı dayandırılır. Bizim üzərimizə bu iş düşür. Əlbəttə ki, dəm qazı əsasən hamamda baş verir. Vanna otağının içəri və çölə açılması məsələsi də var. Dəliklərin olub-olmaması məsələsinə də "Azəriqaz" ümumi rəy verir. Ancaq nəzarət məsələsi biz tərəfdən həyata keçirilmir".

Ceyhun Səfərov qazın keyfiyyəti məsələsi ilə bağlı narahatlığa da münasibət bildirib. Onun sözlərinə görə, keyfiyyət məsələsini kimyaçılar daha yaxşı bilər: "Hətta bu yaxınlarda belə bir xəbər yayılmışdı ki, qazın tərkibinə zəhərli maddələr qatılır. Yalnış verilmiş bir informasiyadır. Əgər qazın tərkibinə zəhər qatılıbsa, onda gərək hər kəs zəhərlənsin və ölsün. Bu zəhərlənmə halları da tək-tək hallarda baş verir. Görünür vətəndaş bu kimi məsələlərdə məlumatsızdır. Vanna otaqları qapalı olur, heç bir dəlik açılmır. Tüstü bacaları vaxtında təmizlənmir. Nəticədə baca dolur, içəriyə zəhərli hava daxil olur, vətəndaş hiss etmədən zəhərlənir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu kimi məsələlərin kökünü qanunvericilik bazasında axtarıb tapmağı daha məqbul hesab edir: "Əhali ilə SOCAR arasında bağlanan müqavilələrdə təchizatçı öz üzərinə heç bir öhdəlik götürmür. Abonent isə öhdəlik götürərək vaxtında ödəniş edir. Nəticədə ölüm hadisəsi baş verəndə təchizatçı özünü günahsız hesab edir. Hansı ki, SOCAR-ın əməkdaşları qaz işçiləri ilə gəlib, həmin əraziyə gedən qaz təchizatını ya kəsir, ya da qaynaq edir. Vətəndaşa isə heç bir xəbərdarlıq edilmir. Düşünürəm ki, müqavilə şərtləri dəyişdirilməlidir.Təchizatçının üzərinə müəyyən öhdəliklər qoyulmalıdır. Qazın keyfiyyətli və yaxud təzyiqinin normada olması məsələsinə ciddi nəzarət edilməlidir. Ancaq təəssüf ki, bu kimi əsas məsələlər o müqavilədə yoxdur ".

Eyyub Hüseynov dəm qazı zəhərlənmələrinin artması məsələsini isə əhalinin bu sahədə yetəri qədər məlumatının az olması ilə əlaqələndirib: "Demək olar ki, bununla bağlı maarifləndirici tədbirlər həyata keçirilmir. Əksər hallarda günahı qaz sobalarında, xüsusilə də İrandan gələn sobalarda görürlər. Əslində İrandan gələn sobalar standartlara uyğundur. Sadəcə, ölkənin bəzi bölgələrində qaz təzyiqi aşağı olur. Bu sobalarda da qaz yaxşı yanmadığından, ondakı dəliyi genişləndirirlər və nəticədə standartdan kənara çıxılır, qaz axını baş verir. Hamamlarda isə su qızdırıcılarında böyük problem var. Əhali bilməlidir ki, çöldə bərk külək əsirsə, deməli onun qazdan boğulma ehtimalı riski daha da böyük olur. Hamamdan çıxan boru, küləyə qarşı olur, boruya daxil olan hava isə birbaşa içəriyə daxil olur. Hər kəs elə bilir ki, boğulma halı tədricən baş verir. Xeyr əksinə, boğulma anı qəfildən baş verir, nəticədə insan huşunu itirir və yıxılır. Qaz evin içərisinə daxil olan və hər kəslə eyni süfrədə əyləşən bir əcəldir. O həm çox qiymətli bir məleykədir, insanı kolori ilə təmin edir. Həm də insanın canını alan bir əzrayıldır. Qaz körpə uşaq kimi bir şeydir, onu nəzarətsiz qoymaq olmaz".

Fövqaladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə idarəsi, əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş məsləhətçisi Turqay Abbaslı dəm qazı təhlükəsi ilə bağlı bir neçə məlumatı qeyd edib:

"Dəm qazı ölüm təhlükəsi yaradır. Qaz cihazı saz və standartlara uyğun olmalıdır. Cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Ümumiyyətlə, evdə havaçəkən sistem işləməlidir, nəfəslik isə açıq vəziyyətdə olmalıdır. Hamam otağına isə ventilyasiya borusu yerləşdirilməlidir. Qapının aşağı hissəsindən bir neçə yerdən dəliklər açılmalıdır ki, dəm qazı təhlükəsi yaranarsa, o hava dəliklərdən çıxa bilsin. Ən azı ildə iki dəfə tüstü bacaları təmizlənməlidir. Vətəndaşlar bir şeyi yadda saxlamalıdır ki, dəm qazı iysiz olur, hiss edilməyəcək dərəcədə təhlükəlidir. Zəhərlənmənin ilkin əlamətləri isə bunlardır: baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və halsızlıq. Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxartmaq lazımdır. Çünki həmin insanı təmiz havaya çıxartmaqla, sanki onu ölümdən xilas etmiş olursunuz. Əgər əynində nəfəsalmasını çətinləşdirəcək geyimlər varsa, dərhal çıxarılmalıdır. Daha sonra təcili tibbi yardımı çağırmaq lazımdır ki, zamanında ilkin tibbi yardımı göstərə bilsin", - deyə FHN nümayəndəsi bildirib.

"Təmiz Baca" MMC-nin direktoru Toğrul Zeynalov isə qeyd edib ki, mütamadi olaraq, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

"Ancaq təəsüf ki, bəzi vətəndaşlarımız bu məsələyə bir az məsuliyyətlə yanaşmırlar. Ən azı bir dəfə təmizlənməsi vacibdir. Bəzi evlər var ki, orda tüstü bacası olmur, istilik sistemi olduğundan havalandırma kanalları olur. Kimsə təmir işi apardığından həmin bu havalandırma kanalını betonlayır. Bu kimi problemlər olanda dəm qazından zəhərlənmə halları qaçılmaz olur. Bəzən də quş yuva salır, ev sahibi də bundan xəbərsiz olur".

Toğrul Zeynalov tüstü bacalarında təmizlənmə prosesinin necə həyata keçirilməsi ilə bağlı məlumat verib: "Kəndirin ucuna qurunc bağlanır. Quruncun çəkisi isə hardasa 1 kq-dan 5 kq-a qədər dəyişir. Həmin bu quruncu yuxarıdan, yəni tüstü bacasının içərisinə atırlar. Quruncun arxasınca isə kirpiyə oxşar dəmir aləti atırlar ki, o da düz üzüaşağı mənzilə düşür. Mənzildən həmin aləti dartırlar, əgər bacada nə ilişib qalıbsa, həmin dəqiqə o kirpiyə oxşar alət onu dağıdıb özüylə bərabər mənzilə tökür. Təmiz açılandan sonra, əgər bacada tutquluq varsa, aşağıdan kağız yandırırıq. Əgər o tüstü sovrulub havaya çıxırsa, demək tüstü bacası təmamilə təmizlənib. Yox əgər tam sovrulmayıbsa, prosesi yenidən edirik".

Oxunub: 711
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-11-2019, 17:25

Bakıda yaşlı qadın dəm qazından boğulub öldü

Xəbərlər

5-08-2019, 14:00

DİQQƏT: Bu rayonlarda qaz olmayacaq

Xəbərlər

25-03-2019, 20:31

İsmayıllı rayonunun daha bir kəndinə təbii qaz verilib

Xəbərlər

12-03-2019, 21:53

DİQQƏT: sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Xəbərlər

4-01-2019, 00:04

SON ANDA!!! Qazın limiti ilə bağlı əhaliyə VACİB XƏBƏR - Mütləq məlumatınız olsun!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İltihablı qaraciyər üçün təbii bitki
Putin Əsədə niyə kömək etməyib? - Suriya səbəbi açıqladı
Netanyahunun planı rezonans doğurdu – Dünyanın gözü önündə yaşanacaq
Revmatoid artritin ən erkən 7 ƏLAMƏTİ
YENI İL, BÖYÜK ÇİLLƏ VƏ MİLAD BAYRAMI
4 ölkə ilə bağlı təşviş doğuran iddia: Avropada sensasiya yaşana bilər
Son xəbərlər
  • Bu gün, 21:06
    İltihablı qaraciyər üçün təbii bitki
  • Bu gün, 20:54
    Putin Əsədə niyə kömək etməyib? - Suriya səbəbi açıqladı
  • Bu gün, 19:19
    Netanyahunun planı rezonans doğurdu – Dünyanın gözü önündə yaşanacaq
  • Bu gün, 18:48
    Revmatoid artritin ən erkən 7 ƏLAMƏTİ
  • Bu gün, 18:24
    YENI İL, BÖYÜK ÇİLLƏ VƏ MİLAD BAYRAMI
  • Bu gün, 17:30
    4 ölkə ilə bağlı təşviş doğuran iddia: Avropada sensasiya yaşana bilər
  • Bu gün, 16:21
    Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
  • Bu gün, 15:36
    Diş itkisi yalnız estetik problem deyil: Təsiri tamamilə fərqlidir
  • Bu gün, 14:52
    İsrail bu ölkənin müstəqilliyini tanıdı: ABŞ da tanıyacaq?
  • Bu gün, 13:39
    “Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...
  • Bu gün, 12:31
    Acılı, yağlı, yoxsa turş? Qastroenteroloq mədə üçün ən zərərli qidanı açıqladı
  • Bu gün, 11:27
    Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
  • Bu gün, 10:13
    Azərbaycanda internet yenə bahalaşacaq - Yeni qiymət...
  • Bu gün, 09:08
    Vitamin çatışmazlığının 7 əlaməti
  • Dünən, 22:18
    Severskin itirilməsi onlara baha başa gəldi – Ukraynada nə baş verir?
  • Dünən, 21:32
    Sidiyə tez-tez getmək təhlükə siqnalıdır?
  • Dünən, 20:38
    Bunu İlham Əliyev 3, Ərdoğan 4 dəfə edib – Nazir açıqladı
  • Dünən, 19:04
    2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI
  • Dünən, 18:12
    Qırmızı soğanın faydaları və zərərləri nələrdir?
  • Dünən, 17:51
    Ermənilər geri çəkildi: Sərhəddəki strateji post ordumuza təhvil verilib
  • Dünən, 16:13
    Güzəştli mənzil satışı niyə təhlükə altına düşdü? – BİRGƏ MƏLUMAT
  • Dünən, 15:28
    Qadınların davamlı yorğunluğunun gizli səbəbi
  • Dünən, 14:30
    Rusiya və İsrail gizli hərəkətə keçdi: Məkan Bakıdır, hədəf isə…
  • Dünən, 13:47
    Zelenski sülh planı təklif etdi: Putin nə cavab verəcək?
  • Dünən, 12:26
    Hərəkətsizlik xərçəng riskini artırırmı?
  • Dünən, 11:25
    İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
  • Dünən, 10:22
    Təxribat baş tutmadı: Ermənilər kütləvi şəkildə Azərbaycan benzini alır
  • Dünən, 09:05
    Ürəyi xəstə olanlar, nə qədər yağ yeyə bilər?
  • Dünən, 09:05
    Sink hansı qidalarda var?
  • 26-12-2025, 22:22
    Ev açarını duzla ovuşdurun - Səbəbi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə