Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
APA-nın məlumatına görə, 23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib.
Ancaq ana doğuş zamanı həyatını itirib.
Qeyd edək ki, bu, G. Həmzəyevanın ikinci övladıdır.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.