• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ağızdan pis qoxu gəlməsi hansı xəstəliyin əlamətidir?

Xəbərlər

1-09-2019, 14:22

Ağızdan pis qoxu gəlməsi hansı xəstəliyin əlamətidir?


Ağızdan gələn pis qoxu həm insanın özünün, həm də ətrafdakıların narahatlığına səbəb olur. Ağızdan pis qoxu gəlməsi hansı xəstəliklərdən xəbər verir? Ağız qoxusunun qarşısı necə alınmalıdır?

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) qastroenteroloqu Anar Salayev bildirib ki, ağrısı, konkret şikayəti olmayan, yalnız ağzından pis qoxu gəlməsinə görə ona müraciət edənlər çoxdur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, belə müraciətlər zamanı insanlarda "Helicobacter pylori" bakteriyası aşkarlanır. "Helicobacter pylori" mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli patogen bakteriyadır: "Bəzən bu mikrobun müalicəsindən, mədə-bağırsaq patologiyasını aradan qaldırandan sonra ağız qoxusu bir müddət yoxa çıxır, yaxud azalır. Ağızdan pis qoxunun gəlməsinin əsas səbəblərini öyrənmək üçün isə ağız boşluğu xəstəliklərindən tutmuş mədə-bağırsaq xəstəliklərinə qədər hər şey araşdırılmalı, ağız gigiyenasına düzgün nəzarət edilməlidir. Çünki ağız gigiyenasına nəzarət etməyəndə pis qoxu meydana çıxa bilir. Müraciətlər zamanı ilk növbədə xəstədən dişlərinin sağlam olub-olmamağını soruşuruq. Diş əti xəstəlikləri - gingivitlər (damağın selikli qişasının iltihabı prosesi), parodontit, kariyes ağız qoxusuna səbəb ola bilir. Daha sonra dilə, dilin üzərində yığılan ərpə baxılır. Dilin üzərindəki ərp bəzən mikroorqanizmlərin çox yığıldığı əlverişli bir yerdir. Eyni zamanda, boğaz xəstəlikləri - anginalar, tonzillitlər (boğazgəlmə, badamcıqların və boğaz limfoidlərinin iltihablı kəskin infeksion xəstəliyi), mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri də ağız qoxusuna səbəb olur".

A. Salayev deyir ki, ağızdan gələn pis qoxunun qarşısını almaq üçün ağız boşluğunun gigiyenasına düzgün nəzarət olunmalı, yeməkdən sonra ağız yaxalanmalı, diş təmizliyinə fikir verilməlidir: "Əgər dişlərdə çürük, kariyes, diş əti xəstəlikləri varsa, stomatoloqa müraciət olunmalı, bunlar mütləq aradan qaldırılmalıdır. Qeyd etdiyim kimi, sadaladığım amillər ağızdan pis qoxunun yaranmasına gətirib çıxarır".

Bəs, dərman preparatlarının qəbulu ilə ağızdan gələn pis qoxunun qarşısını almaq mümkündürmü? Qastroenteroloq vurğulayır ki, bir müddət "Helicobacter pylori" əleyhinə olan antibiotiklər, mədə turşuluğu əleyhinə dərmanların qəbulu, spreydən, saqqızlardan, müəyyən məhlullardan istifadə ağızdan gələn pis qoxunun qarşısını almağa müvəqqəti kömək edir: "Lakin problem kökündən həll olunmalıdır. Bunun üçün isə qastroenteroloq, stomatoloq və lor tərəfindən müayinə aparılmalı, problem aşkarlanmalı və patologiya tam aradan qaldırılmalıdır ki, ağızdan gələn pis qoxunun da qarşısı tam alınsın. Yoxsa dərman qəbulu, spreydən istifadə müvəqqəti xarakter daşıyacaq".

A. Salayev onu da qeyd edib ki, tütün məhsullarından istifadə də ağızdan pis qoxu gəlməsinə səbəb ola bilir.

Oxunub: 1 834
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-08-2019, 21:33

Ağızdan gələn pis qoxunun əsas 3 səbəbi və müalicəsi

Araşdırma

7-05-2019, 18:21

Qoxular haqqında inanılmaz faktlar - Professor AÇIQLADI

Araşdırma

9-03-2019, 12:07

Ağızdan pis qoxu gəlməsinin SƏBƏBLƏRİ

Araşdırma / Səhiyyə

19-02-2019, 00:21

Hansı qan qrupu hansı xəstəliyin riskini artırır

Araşdırma

9-10-2023, 23:21

Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Son xəbərlər
  • Dünən, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • Dünən, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • Dünən, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • Dünən, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • Dünən, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • Dünən, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • Dünən, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • Dünən, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • Dünən, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
  • 4-09-2026, 10:19
    İranda silahlı qarşıdurma: ölənlər var
  • 4-09-2026, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • 3-09-2026, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • 3-09-2026, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • 3-09-2026, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • 3-09-2026, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • 3-09-2026, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • 3-09-2026, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • 3-09-2026, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə