• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
“Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
Baş ağrısı nə zaman xərçəngə işarə edir?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Laçının xəyanət nəticəsində işğalı və bir güllə atmadan azad edilməsi - Tarixi zəfər

Xəbərlər

18-05-2026, 16:46

Laçının xəyanət nəticəsində işğalı və bir güllə atmadan azad edilməsi - Tarixi zəfər


Altı il öncəyə - 2020-ci ilə qədər 18 may tarixi ən ağrılı günlərimizdən biri idi. Laçın 1992-ci ilin 18 mayında işğal edilmiş və hər il “bir gün o torpaqlara qayıdacağıq” arzuları ilə yaşayırdıq. Bu arzularımızı məhz Ali Baş Komandan, Prezident İlham Əliyev gerçəkləşdirdi. Artıq 18 mayı “Laçının işğalı günü” kimi qeyd etmir, əksinə, bu gün azad olunmuş ərazilərə Böyük Qayıdışdan bəhs edirik.

Bütün bunların – işğalın, xəyanətlərin, tariximizdə qara ləkə olan cinayətlərin bir daha təkrarlanmaması, tarixin təkərrür etməməsi üçün baş verənləri unutmamalı, dərs çıxarmalıyıq, ən böyük xəyanətlərdən olan Laçının işğalı kimi.

1992-ci ilin 18 mayında Laçın Ermənistan tərəfindən işğal edildi. Artıq Xocalıda soyqırımı törədilmiş, torpaqlarımızın işğalı davam edirdi. Həmin vaxt Bakıda torpaq yox, hakimiyyət davası aparılırdı.

AXC-Müsavat cütlüyü Ayaz Mütəllibovu istefaya məcbur etməyə çalışdığı vaxt Şuşanı işğal etmiş erməni silahlı dəstələri Laçına doğru irəliləyirdi. “Şuşa getsə, başıma güllə çaxacam” deyən müdafə naziri Rəhim Qazıyev ortalıqda gəzir, onsuz da dağınız vəziyyətdə olan ordu ciddi ruh düşkünyülü yaşayırdı. Rəhim Qazıyev reputasiyasını bərpa etmək üçün Şuşanın azad olunması əməliyyatı da hazırlayırdı.

Sonradan açıqlanan arxiv məlumatlarında bütün gerçəklər ortaya çıxdı və məlum oldu ki, AXC-Müsavat cütlüyünün hakimiyyət davası torpaqlarımızın işğalına yol açıb.

Məlumata görə, Şuşanın azad olunması əməliyyatı üçün 5 tank, 7 BMP və 5 ədəd “Qrad” gətirilib. Əməliyyata rəhbərlik edən Elbrus Orucov qüvvələri müxtəlif istiqamətlərə yerləşdirir, o cümlədən, Laçın alayının rəhbərliyinə Sarlbaba hündürlüyü yaxınlığında mövqe tutmağı tapşırır. Lakin AXC-yə yaxınlığı ilə bilinən alayın rəhbərliyi bu əmri yerinə yetirməkdən boyun qaçırır. Daha sonra əməliyyat təxirə düşür, E.Orucov Müdafiə Nazirliyindən hücuma keçməklə bağlı əmr verilmədiyini deyir.

12 may tarixindən etibarən orduda itaətsizlik başlayır. AXC-Müsavat cütlüyünə yaxınlığı ilə seçilən Laçın alayının rəhbərliyi qüvvələri rayondan çıxarmağa başlayır. Laçından çıxarılan qüvvələrin bir hissəsi hakimiyyəti götürmək üçün Bakıya göndərilir.

1992-ci ilin 12 mayında Şuşanın işğalı ilə bağlı parlamentdə keçirilən iclasda səslənən fikirlər AXC-Müsavat cütlüyünün əməllərini ifşa edir. Baş nazirin birinci müavini Vahid Əhmədov iclasda çıxışı zamanı bildirir ki, ordunun nəzarətsiz qaldığını, əmrlərin icra edilmədiyini deyir.

“Üç gündür hərbi qərargahın işində iştirak edirəm. Şuşadakı bütün əməliyyatlar Şahin Musayev tərəfindən idarə olunur. Şuşada hər şeylə təchiz olunmuş 2000 nəfərlik bir qarnizon var idi. Şuşanın necə alındığı aydın deyil. Bəzi siyasi oyunlar gedir. Laçında, Ağdamda, Qubadlıda hərbi hissələr cəbhədən çəkilir və Bakıya göndərilir. Bunun hansı məqsədlə və kim tərəfindən edildiyi bəlli deyil. Rəhim Qazıyev dəfələrlə Moskvaya getdi və Qraçovla danışıqlar apardı. Ancaq bu günə qədər heç bir nəticəsi yoxdur. Rus qoşunlarından beş piyada döyüş maşını və beş zirehli transportyor ala bildik. Qoşunlara vahid komandanlıq və nəzarət yoxdur. İşlər belə getsə, ermənilər Füzulini, Bərdəni və Gəncəni ələ keçirəcəklər. Azərbaycan çox çətin vəziyyətdədir... Respublikada intizamlı və mütəşəkkil bir ordu yoxdur, heç kim əmrləri yerinə yetirmir. Bu vəziyyətdə hansı müharibədən danışmaq olar? Gizlədəcək bir şey yoxdur. Laçında vəziyyət çətindir, hamı oradan qaçır. Tərtər və digər bölgələrdə də vəziyyət çox çətindir. Siyasətimiz bizi buna gətirib çıxardı”, - V.Əhmədov bildirirdi.

Prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədov da bildirir ki, cəbhədən Bakıya bir çox silahlı dəstələr gəlməyə başlayıb: “Onların Bakıya girməsinin qarşısını almaq üçün postlar qurulub. Bu dəstələrin tərksilah edilməsi üçün təlimat verilib”.

Şuşa faktiki olaraq, ermənilərə təslim edilmişdi. Təsadüfi deyildi ki, Şuşaya mahnı və rəqslərlə girən ermənilər bu “hədiyyəyə” görə Elçibəyə təşəkkür edirdilər. Müdafiə Nazirliyi isə Şuşanı azad etməkdən bəhs edən vaxt proseslər Laçının da işğalına, daha dəqiq desək, təslim edilməsinə doğru inkişaf edirdi. Rayonda artıq qarışıqlıq başlamışdı. Mayın 14-dən 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkilməyə başladılar. Geri çəkilərkən yayılan xəbərlər digər bölmələr arasında da qarışıqlıq yaratdı və orduda əsl çaxnaşma başlandı. Məlumatlara görə, mayın 15-dən başlayaraq, ordunun böyük bir hissəsi heç bir göstəriş olmadan cəbhə bölgəsindən geri çəkildi.

Mayın 15-də Ayaz Mütəllibov yenidən istefa verdi və hakimiyyət AXC-Müsavat qüvvələrinə keçdi. Həmin gün 777-ci xüsusi təyinatlı batalyon Laçında dayanmadan dərhal Qubadlıya, 771-ci hücum dəstəsi isə icazəsiz olaraq Qubadlıya, oradan da Yevlaxa getdi. 773-cü hücum dəstəsi də 16 may 1992-ci ilin səhəri Laçını tərk etdi.

Mayın 16-da Laçın demək olar ki, boşalmışdı və cəbhə bölgəsindən çıxan hərbçilər Bakıya qayıdırdılar. 18 mayda ermənilər asanlıqla Laçını işğal etdi.

Qarabağ separatçılarının lideri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Laçının işğalı haqda bunları yazırdı: “Şuşanı aldıqdan sonra rəqib ruhdan düşdü. Biz isə qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Rəqibin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən güc toplamasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı da artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik”.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə Laçının işğalını belə xatırlayır: “Məndə elə bir fikir yarandı ki, onlar yalnız əhalinin şəhərdən çıxmasını təmin etmək üçün bizim qarşımızı kəsmişdilər”.

Ermənistan ordusu cəmi 25 itki ilə Laçını işğal etdi. Bakıda isə hakimiyyət davası hələ bitməmişdi və qarşıda ermənilər digər əraziləri də işğal edəcəkdi. “Qara bağ” kitabının müəllifi, jurnalist Tomas de Vaal Laçının işğal edilməsinin günahının AXC-də olduğunu yazır: “Bakıdakı siyasi dəyişikliklərdən sonra Azərbaycan silahlı qüvvələri Qarabağı tərk etməyə başladılar. Xalq cəbhəsinin “Goranboy batalyonu” və digər kiçik silahlı bölmələr cəbhəni tərk edib, Mütəllibovun devrilməsində iştirak etmək üçün Bakıya tələsdilər. Ən əsası, Dağlıq Qarabağ və Ermənistan arasındakı dar dəhlizdə yerləşmiş Laçın heç kimi maraqlandırmırdı”.

Laçın AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi və xəyanəti nəticəsində işğal olundu və 28 il işğalda qaldı.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Laçının azad edilməsinin də başlanğıcı idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu Ermənistanın 4 ilə işğal etdiyi torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi və işğalçı ölkə kapitulyasiya imzalamağa məcbur oldu. Kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il bəyannaməsində Prezident İlham Əliyevin tələbi ilə işğalçıların Ağdam (20 noyabr), Kəlbəcər (25 noyabr) və Laçından (1 dekabr) çıxması qeyd olunurdu. Bu razılaşmadan sonra hər üç rayon – Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan azad olundu. Bu tarixi Zəfər Prezident İlham Əliyevin siyasui və hərbi strategiyasının təntənəsi idi. Məhz bunun nəticəsində artıq Laçının işğal yox, azadlıq gününü qeyd edirik.

Oxunub: 51
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-05-2024, 20:23

Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır

Xəbərlər

28-05-2023, 12:22

Laçının baş planı bu gün təqdim ediləcək - Prezident

Xəbərlər

26-08-2022, 13:43

Prezidentə Laçının nəzarətə götürülməsini məruzə edən general kimdir?

Xəbərlər

18-05-2019, 09:12

Laçının işğalından 27 il ötür

Manşet / Gündəm / Xəbərlər

18-05-2018, 08:43

Laçının işğalından 26 il ötür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Son xəbərlər
  • Dünən, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
  • Dünən, 21:43
    Sol tərəf üstə yatmağın faydaları
  • Dünən, 20:18
    İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
  • Dünən, 19:47
    1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
  • Dünən, 18:29
    İsti havalarda nə qədər su içməliyik?
  • Dünən, 17:47
    Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
  • Dünən, 16:36
    Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
  • Dünən, 15:09
    Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
  • Dünən, 14:59
    Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
  • Dünən, 13:22
    Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
  • Dünən, 12:11
    Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
  • Dünən, 11:26
    “Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
  • Dünən, 10:05
    Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
  • Dünən, 09:13
    Allergiya yaradan mövsüm meyvələri açıqlandı
  • 11-06-2026, 22:55
    Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
  • 11-06-2026, 21:23
    Baş ağrısı nə zaman xərçəngə işarə edir?
  • 11-06-2026, 20:12
    İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
  • 11-06-2026, 19:41
    Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
  • 11-06-2026, 18:11
    Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
  • 11-06-2026, 17:29
    Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
  • 11-06-2026, 16:14
    Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
  • 11-06-2026, 15:43
    Qəbizliyin təhlükəli əlamətləri - mütəxəssis açıqladı
  • 11-06-2026, 14:47
    Onların neftinin yarısını alacağıq – Trampdan İranla bağlı sensasion açıqlama
  • 11-06-2026, 13:30
    Ankara və İrəvandan gözlənilməz addım: Bu sərhəd-keçid məntəqələri açılacaq
  • 11-06-2026, 12:13
    Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
  • 11-06-2026, 11:05
    KTMT Ermənistanla bağlı qərar qəbul etdi - Lavrov rəsmən açıqladı
  • 11-06-2026, 10:38
    Türkiyənin bu addımı İsraili ayağa qaldırdı - Təl-Əviv çıxış yolu axtarır
  • 11-06-2026, 09:00
    Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
  • 10-06-2026, 22:39
    Qarpız yemək üçün 10 səbəb
  • 10-06-2026, 21:00
    Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə