• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tramp və Zelenskinin razılaşdırdığı planın detalları: Putinin cavabı necə olacaq?

Xəbərlər

25-12-2025, 16:12

Tramp və Zelenskinin razılaşdırdığı planın detalları: Putinin cavabı necə olacaq?


Ukrayna və ABŞ-ın razılaşdırdığı 20 bəndlik “sülh planı” ilə bağlı iki fərqli mövqe səslənir: bunu Kiyevin qələbəsi hesab edənlər də var, məğlubiyyəti kimi görənlər də. Əvvəlki 28 bəndlik planla müqayisədə 20 bəndlik plan daha uğurlu olsa da, Ukrayna yenə qazanan tərəf deyil. Zelenski mövcud reallıqda mümkün olanı edir.

Ukrayna üçün iki ən vacib məqam sənəddə daha məqbul şərtlərlə əksini tapsa da, risklər də mövcuddur.

Birincisi, təhlükəsizlik zəmanətini “ABŞ, NATO və Avropa 5-ci maddəyə əsasən” verir.

- Rusiya hücum edərsə, Qərb prosesə müdaxilə edəcək;
- Rusiya və Ukrayna arasında qeyd-şərtsiz hücum etməmək paktı imzalanacaq, təmas xəttində də monitorinq mexanizmi yaradılacaq ki, bu da Moskvanın yenidən hücum etmək planlarının qarşısını alır;
- Təhlükəsizlik zəmanətlərinə digər ölkələr də qoşula bilər;
- Rusiya Avropa və Ukraynaya təcavüz etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək;

İkincisi, ərazi məsələsində Rusiyanın tələbi qəbul olunmur, əvəzində iki versiya irəli sürülür.

a) Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərində qoşunların nəzarət etdiyi ərazilər faktiki təmas xətti kimi qəbul olunur, lakin bunun üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı, Xarkov vilayətlərindən qoşunlarını çıxarmalıdır;
b) ABŞ Rusiyanın “Ukrayna Donetsk vilayətindən çıxsın” tələbində kompramis təklif edir: Ukrayna qoşunları ərazini tərk edir, lakin bura Rusiyaya verilmir, azad iqtisadi zona yaradılır;

İki strateji məsələdəki razılaşmanın Ukrayna üçün müsbət və mənfi tərəfləri var.

Müsbət tərəflər: Ukrayna Rusiyanın gələcək hücumları qarşısında təhlükəsizlik zəmanətləri əldə edir və Moskvanın “Donetskdən çıxma” tələbi qəbul olunmur; ABŞ-ın təklif etdiyi “azad iqtisadi zona”nın qəbulu üçün də referendum keçirilməlidir ki, bu Kiyevə mövqeyindən geri çəkilməmək imkanı yaradır;

Mənfi tərəflər: təhlükəsizlik zəmanətlərinin praktiki müstəvidə reallaşması sual altındadır; sənəddə Rusiyanın hücum etməmək öhdəliyi analoji olaraq, Ukraynaya da şamil edilir və bu, Kiyevin gələcəkdə işğal altındakı ərazilərini güc yolu ilə azad etmək imkanını sıradan çıxarır; “Ərazi tənzimləmələri barədə razılığa gəldikdən sonra Rusiya və Ukrayna bunu güc yolu ilə dəyişdirməmək öhdəliyi götürür” qeydi bunu daha da gücləndirir;

Nəticə etibarilə, müharibə Ukrayna əraziləri hesabına dondurulmuş münaqişə ilə başa çatır. Sənəddə təsdiqlənən “Ukraynanın suverenliyi” əraziləri üzərində praktiki müstəvidə mövcud olmur.

Ukrayna üçün mənfi tərəflər bununla yekunlaşmır:

- Sənəddə qeyd olunur ki, “sülh dövründə Ukrayna ordusunun sayı 800 min nəfərdən artıq olmamalıdır”: bu, ilk versiyada əksini tapan 600 min nəfərdən daha çoxdur və müharibə dövrünə şamil edilmir; lakin Ukraynanın orduda canlı qüvvənin sayı ilə bağlı öhdəliyi suveren hüququndan məhrum olmaq deməkdir;
- Zaporojye Atom Elektrik Stansiyası: Vaşinqton təklif edir ki, “AES ABŞ, Ukrayna və Rusiya tərəfindən birgə idarə edilsin”, Kiyev qəbul etmir və ABŞ-la birgə “50+50” idarəetməni təklif edir; hərçənd qeyd olunur ki, “ABŞ nəzarət edəcəyi 50 faiz hissənin bölüşdürülməsində müstəqildir”; bu o deməkdir ki, Vaşinqton Moskvaya da pay verə bilər;
- Ukrayna “dini tolerantlıq və azlıqların dillərinin qorunması ilə bağlı Avropa İttifaqının qaydalarını” tətbiq etmək öhdəliyi götürür – Rus Pravoslav Kilsəsinin fəaliyyətinə imkan yaratmalı, rus dilini qorumalıdır: Kiyev praktikada bunu gerçəkləşdirməyə də bilər, lakin belə bir öhdəlik Moskva üçün üstünlük yaradır;

Ukraynanın əsas qazancı Avropa İttifaqına üzvlük, iqtisadi dəstək və ölkənin bərpası olacaq.

Kiyevin qəbul etdiyi plana Moskvanın “hə” deyəcəyi çətin görünür. Planın ilk variantından fərqli olaraq, mövcud sənəd Rusiyanın istəklərinə tam cavab vermir.

1. Sənəddə “NATO-nun genişlənməməsi” ilə bağlı heç bir qeyd yoxdur;
2. Ukraynanın “neytral status” məsələsi əks olunmayıb;
3. Moskvanın nəinki istədiyi “Ukrayna qoşunlarının Donbasdan çıxarılması” tələbi qəbul olunmur, əksinə Rusiya qoşunlarının geri çəkilməsi qeyd olunur;

Hərçənd, Rusiyanın “20 bəndlik plandan” imtina etmək imkanları da zəifdir, xüsusilə “razılaşmayan tərəf” kimi yenidən ABŞ-ın hədəfinə çevrilməsi və Vaşinqtonla danışıqların “sıfırlanması” riskləri fonunda. Moskvanın NATO, “neytral status”, sanksiyaların ləğvi kimi istəklərinin nəzərə alınması qarşılığında ərazilər məsələsində “azad ticarət zona”nın yaradılması ilə razılaşması da mümkün variantlardan biri kimi görünür. Tramp Putini buna inandırmağa çalışacaq. Putin isə əsas tələblərini qəbul etdirmək məqsədilə 20 bəndlik plana cavabı müəyyən müddətə qədər uzadaraq, həm pərdəarxası danışıqlarda ABŞ-ın mövqeyinə təsir etmək, həm də cəbhədə irəliləmək istiqamətində hərəkət edə bilər.

Oxunub: 78
Paylaş:
Digər xəbərlər

---

15-12-2025, 13:23

20 bəndlik plan: Ukrayna bu güzəştlərlə sülh istəyir - MÜSAHİBƏ

Xəbərlər

25-11-2025, 13:08

Trampın 28 bəndlik planı fiaskoya uğradı: Nə baş verir?

Xəbərlər

21-11-2025, 10:27

Kiyev üçün “təslim planı”nın şifrələri - Ukraynada nə baş verir?

Xəbərlər

5-11-2025, 11:27

12 bəndlik sülh planı hazırlanıb? - Zelenski açıqladı

Xəbərlər

1-03-2025, 10:38

Tramp Zelenski qarşısında niyə geri çəkildi? - ABŞ-ın Ukrayna planı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Son xəbərlər
  • Dünən, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • Dünən, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • Dünən, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • Dünən, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • Dünən, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • Dünən, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
  • Dünən, 16:31
    Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
  • Dünən, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Dünən, 14:27
    ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
  • Dünən, 14:20
    Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
  • Dünən, 13:02
    Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
  • Dünən, 12:29
    Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
  • Dünən, 11:45
    Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
  • Dünən, 10:40
    Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
  • Dünən, 09:07
    Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
  • 17-06-2026, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
  • 17-06-2026, 20:54
    Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
  • 17-06-2026, 19:26
    ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
  • 17-06-2026, 18:11
    Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
  • 17-06-2026, 17:40
    Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
  • 17-06-2026, 16:35
    Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
  • 17-06-2026, 15:03
    Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
  • 17-06-2026, 14:29
    Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • 17-06-2026, 13:00
    Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
  • 17-06-2026, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • 17-06-2026, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • 17-06-2026, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
  • 17-06-2026, 09:08
    Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
  • 16-06-2026, 22:09
    Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
  • 16-06-2026, 21:40
    Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə