Bəşar Əsəd təcrübəsi göstərir ki, Nikolas Maduronun da devrilmək ehtimalı var və buna görə də vaxt itirmədən İran Venesueladan 2 milyard dollardan çox borcunu tələb etməlidir.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş rəhbəri Heşmətullah Fəlahətpişə özünün X səhifəsində yazıb.
“Suriya təcrübəsinə əsaslanaraq deyirəm ki, İranın Maduro Venesuelasında olan iki milyard dollardan çox pulunu qaytarmaq üçün hüquqi öhdəliyi indidən aydınlaşdırın”, - o bildirib.