Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib.
Axar.az xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu", - o bildirib.
N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq:
"Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik".