• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
İnfarktdan sağ çıxan adamlar – Bir neçə saat əvvəl bunu yeyiblər
İran-ABŞ gərginliyi Bakıya nə vəd edir? – Kritik məqamlar
Zelenski bu ölkəni hədələdi: Ukrayna olmasa, sizi heç kim müdafiə edə bilməz
Kimlər qan üçün donor ola bilməz?
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
"İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir

Xəbərlər

21-06-2025, 19:19

Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir


“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi indiki məqamda xüsusi diqqət çəkir.

Bu dəyişikliklərə əsasən:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti artıq muxtar respublikanın Ali Məclisinə deyil, birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq;

2. Naxçıvanda yerli icra hakimiyyəti başçıları Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək;

3. Naxçıvan Konstitusiyasından Qars və Moskva müqavilələrinə dair bənd çıxarılır.

Bu dəyişikliklər yalnız hüquqi-texniki islahat kimi deyil, muxtar idarəetmə modelinin ciddi şəkildə mərkəzləşdirilməsi anlamına gəlir.
Məlum olduğu kimi Vasif Talıbovun uzunmüddətli hakimiyyəti dövründə muxtar respublika təkcə inzibati yox, siyasi, iqtisadi və mədəni baxımdan özünü mərkəzdən nisbətən fərqli aparırdı. İcra və qərarverici səlahiyyətlər Ali Məclisin əlində cəmlənmişdi, Nazirlər Kabineti də məhz ona tabe idi. Bu model müəyyən dövrlərdə sabitlik yaratsa da, zamanla qapalı və mərkəzdən təcrid olunmuş bir sistemə çevrildi. Təbii ki bu, daxili zərurətin izahıdır. Məsələnin bir də regional tərəfləri var.

Həmçinin oxuyun:
Milli Məclisdə Naxçıvanın muxtariyyəti ilə bağlı yeni TƏKLİF

Belə ki, Naxçıvan həm Ermənistanla sərhəddə yerləşməsi, həm də Türkiyə ilə quru əlaqəsi olan yeganə Azərbaycan ərazisi kimi strateji əhəmiyyət daşıyır. Belə bir bölgədə mərkəzi hakimiyyətin nəzarət imkanlarının artırılması regional sabitlik və təhlükəsizlik baxımından zərurətə çevrilib. Digər tərəfdən, Ermənistan, İran və Türkiyə ilə formalaşan yeni münasibətlər konfiqurasiyası, eləcə də Zəngəzur dəhlizi və digər regional layihələr fonunda Naxçıvanda operativ və çevik idarəetməyə ehtiyac artıb.

Əslində bu proses yeni deyil. İslahatlar bir müddətdir ki, aparılırdı. İndiyədək mövcud olan “tabeçilik ikiləşməsi” – yəni həm mərkəzə, həm də Ali Məclisə bağlılıq qərarların icrasında çevikliyi azaldırdı. İndi bu mexanizmin sadələşdirilməsi idarəetmənin səmərəliliyini artıracaq.

Bəzi fikirlərə görə, bu dəyişikliklər Naxçıvanın muxtariyyətinin tədricən ləğvinin başlanğıcıdır. Bu qənaət müəyyən mənada doğrudur, müəyyən mənada isə yox. Belə ki, muxtariyyətin hüquqi statusunun tamamilə dəyişdirilməsi yalnız referendumla mümkündür. Bu baxımdan, baş verənləri muxtariyyətin ləğvindən daha çox onun yeni tərzdə dizayn olunması kimi anlamaq lazımdır.

Yeni modelə əsasən, Naxçıvan hüquqi baxımdan muxtar olaraq qalır, lakin icra hakimiyyətinin əsas strukturları və qərarverici mexanizmləri mərkəzləşdirilir, daha doğrusu, birbaşa Prezidentin nəzarətinə verilir. Bu model bir növ “simbioz idarəetmə” kimi qəbul edilə bilər. Yəni muxtariyyətin simvolik varlığı qorunur, amma real güc mərkəzdə cəmlənir.

Təbii ki, sonrakı mərhələdə muxtariyyətin hüquqi statusunun tam ləğvi də gündəmə gələ bilər. Amma hazırda bununla bağlı danışmaq tezdir. Çünki bu, sadəcə siyasi qərarla deyil, xalq iradəsi və hüquqi prosedurlar vasitəsilə həyata keçirilə biləcək məsələdir.

Lakin bu gün baş verən dəyişikliklər artıq onu göstərir ki, Azərbaycan dövləti idarəetməni yalnız tarixi, simvolik çərçivələrlə deyil, çağdaş və funksional prinsiplərlə qurmaqda qərarlıdır.

Oxunub: 173
Paylaş:
Digər xəbərlər

Xəbərlər

26-12-2022, 00:49

Vasif Talıbovun Naxçıvanda qoyduğu bu qadağalar LƏĞV EDİLDİ

Xəbərlər

22-12-2022, 21:18

Prezident Naxçıvana nəzarəti birbaşa üzərinə götürdü

Xəbərlər

24-11-2022, 20:16

Naxçıvan muxtar statusunun ləğvi sürətləndirilir

Xəbərlər

14-09-2019, 10:15

Vasif Talıbov özünü yeni vəzifəyə TƏYİN ETDİ - SƏRƏNCAM

Manşet / Gündəm / Xəbərlər

17-04-2018, 08:46

Talıbovdan günün ikinci önəmli - Təyinatı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
İnfarktdan sağ çıxan adamlar – Bir neçə saat əvvəl bunu yeyiblər
İran-ABŞ gərginliyi Bakıya nə vəd edir? – Kritik məqamlar
Son xəbərlər
  • Bu gün, 20:56
    Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
  • Bu gün, 18:13
    Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
  • Bu gün, 17:39
    Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
  • Bu gün, 16:01
    Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
  • Bu gün, 15:28
    İnfarktdan sağ çıxan adamlar – Bir neçə saat əvvəl bunu yeyiblər
  • Bu gün, 14:08
    İran-ABŞ gərginliyi Bakıya nə vəd edir? – Kritik məqamlar
  • Bu gün, 13:52
    Zelenski bu ölkəni hədələdi: Ukrayna olmasa, sizi heç kim müdafiə edə bilməz
  • Bu gün, 12:41
    Kimlər qan üçün donor ola bilməz?
  • Bu gün, 11:35
    Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
  • Bu gün, 10:16
    "İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
  • Bu gün, 09:07
    Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
  • Dünən, 22:13
    “Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
  • Dünən, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
  • Dünən, 20:32
    Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
  • Dünən, 19:02
    Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
  • Dünən, 18:25
    Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
  • Dünən, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • Dünən, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • Dünən, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • Dünən, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Dünən, 13:11
    Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
  • Dünən, 12:33
    Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
  • Dünən, 11:26
    Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
  • Dünən, 10:19
    Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
  • Dünən, 09:02
    Diş ərpi və daşlarına qarşı bal çeynəyin
  • 20-06-2026, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • 20-06-2026, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • 20-06-2026, 20:34
    Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
  • 20-06-2026, 19:23
    Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
  • 20-06-2026, 18:10
    Hovuz suyunun gözlərə zərəri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə