Əgər kiməsə İsrail dövlətini məhv etmək istədiyini deməyə icazə verilirsə, İsrailin də özünü bu təhdiddən müdafiə etmək hüququ olmalıdır.
Axar.az xəbər verir ki, bunu Almaniyanın sabiq kansleri Angela Merkel yerli mətbuatına açıqlamasında deyib.
Sabiq kansler vurğulayıb ki, İsrailin beynəlxalq hüquqa əməl etmədiyi fikri ilə tam razı deyil:
“Əgər ölkənin mövcudluğu HƏMAS və ya İran tərəfindən şübhə altına alınırsa, bu məsələyə beynəlxalq hüquq prizmasından cavab vermək asan deyil”.
Qeyd edək ki, iyunun 13 səhər tezdən İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.