İran İsrailin hücumlarına cavab olaraq Təl-Əviv ətrafına 20-dən çox raket atıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri İrandan atılan raketləri zərərsizləşdirməyə çalışıb.
Xəbərdə SEPAH-ın keçmiş komandanı Möhsün Rezainin sözləri də yer alıb:
“Düşmən zənn edir ki, nüvə obyektlərimizi vurub. Amma biz bütün uranı müharibədən əvvəl oradan köçürmüşdük. Biz mart ayında müharibənin başlayacağını öyrənmişdik”.