İnformasiya texnologiyaları sahəsində cinayətlərlə mübarizə üzrə birgə tədbirlər KTMT-yə üzv ölkələrə dağıdıcı təsirin artdığını göstərir.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Dmitri Qribkov deyib.
“Ölkələrimizin hüquq-mühafizə orqanları informasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizədə əlaqələndirilmiş əməliyyat-profilaktik tədbirlər həyata keçirir. Söhbət “Proksi” adlı daimi əməliyyatdan gedir, onun nəticələri təşkilata üzv dövlətlərə dağıdıcı informasiya təsirinin artdığını göstərir”, - o bildirib.