İsraildəki anonim mənbələr əmindirlər ki, ABŞ hakimiyyəti bu gün - iyunun 18-də İranla münaqişəyə onların tərəfindən qoşulmaq qərarı verəcək.
Publika.az xəbər verir ki, bunu rusiyalı hərbi müxbir Aleksey Jivov "Telegram" kanalında yazıb.
"İsrail ABŞ-ın bu axşam müharibəyə girməsi ilə bağlı daxili məlumat sızdırır. Bu gün nəsə olacaq", - Aleksey Jivov bildirib.
Qeyd edək ki, çərşənbə günü, iyunun 18-nə keçən gecə İranın ali dini lideri Əli Xamenei bildirib ki, ölkənin Silahlı Qüvvələri İsraili idarə edən “sionistlərə” aman verməyəcək.