• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?

Xəbərlər

21-04-2025, 13:47

Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?


Dünən Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin əldə edilməsi üçün dua edən Roma Papası I Fransisk bu gün öldü. I Fransisk Azərbaycan və Ermənistana münasibətdə balans saxlamağa çalışırdı, hərçənd, xristianlıq amili və onun argentinalı olması zaman-zaman bu balansa təsir edib.

Erməni diasporunun güclü dayaqlara sahib olduğu Argentinada doğulan I Fransiskin müəyyən təsirə düşdüyünü demək mümkündür. O, Papa olmadığı 2010-cu ildə argentinalı ravvin Avraam Skorka ilə birlikdə qələmə aldığı “Cənnətdə və dünyada” (Sobre el Cielo y la Tierra) adlı kitabında qondarma “erməni soyqırımı”ndan bəhs edir, türkləri nasistlərə bənzədirdi. Ümumiyyətlə onun Argentinadakı fəaliyyətində erməni iddialarına dəstəyinə dair məlumatlar az deyil. Papa seçildikdən sonra isə balanslı yanaşma sərgiləyib ki, bu da Vatikanın siyasətindən qaynaqlanıb. Buna rəğmən, I Fransiskin Papa kimi Cənubi Qafqaz siyasətində balansın Ermənistanın xeyrinə pozulması kimi hallar da diqqətdən qaçmır.

2016-cı ildə regiona səfər edən Papa Azərbaycan və Gürcüstanı Ermənistandan ayırmışdı. İyun ayında reallaşan səfər proqramında regionun hər üç ölkəsinə - Azərbaycana, Gürcüstana, daha sonra Ermənistana ziyarət nəzərdə tutulsa da, Papa birbaşa İrəvana getdi, Bakı və Tbilisiyə səfər üç ay təxirə salındı (Gürcüstana sentyabrın sonu, Azərbaycana oktyabrın əvvəli gəlib). Bu, səfər proqramı ilə əlaqələndirilsə də, Ermənistana reallaşan xüsusi ziyarətin iki mümkün səbəbi də istisna deyildi.

1. I Fransiskin şəxsi mövqeyi və keçmişindən gələn erməni təsirləri;

2. Vatikanın pravoslavlarla mübarizədə erməni qriqorianlığının nəzarətə götürülməsi siyasəti: bu, uzunmüddətli planın I Fransisk tərəfindən də davam etdirilməsi idi;

Hər iki halda I Fransiskin siyasətində və şəxsi yanaşmalarında erməni amili müəyyən qədər də nəzərə çarpırdı. 44 günlük müharibə və sonrasında da ermənilərin müdafiəsinə yönəlmiş açıqlamalar vermişdi. Lakin bütün bunların Bakı-Vatikan münasibətlərinə mənfi təsir etmədiyi də reallıqdır. Hətta Azərbaycanın Vatikanla münasibətlərinin səviyyəsi Ermənistanda zaman-zaman narahatlıq yaradıb. Aprelin 10-də Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda keçirilən 12-ci beynəlxalq elmi konfrans və azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası, bütün toponimlərin dəyişdirilməsi, alban kilsələrinin belə erməniləşdirilməsinə toxunulması İrəvanda narahatlıq yaradan sonuncu hallardan biridir.

I Fransiskin ölümü Vatikanda və dünyada yeni Papanın kim olacağı sualını da aktuallaşdırıb. Qaydalara görə, 252 kardinaldan yaşı 80-dən aşağı olan 137-si konklavda - papa seçkilərində iştirak etmək hüququna malikdir. 137 kardinaldan beşinin - Pietro Parolin (İtaliya), Luis Antonio Taqle (Filippin), Peter Turkson (Qana), Peter Erdö (Macarıstan), Mykola Bychok (Ukrayna) – şansı daha yüksək qiymətləndirilir. Yeni Papanın kim olmasından asılı olmayaraq, Bakı-Vatikan münasibətlərinin əvvəlki səviyyədə davam edəcəyi gözləntisi daha çoxdur, keçmiş təcrübə belə düşünməyə əsas verir.

Oxunub: 468
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-05-2023, 19:29

Papadan müharibə ilə bağlı sürpriz mesaj - Rusiya dayanır?

Xəbərlər

14-09-2022, 17:42

Roma Papası Azərbaycan və Ermənistan arasında sülh üçün hər kəsi dua etməyə çağırıb

Xəbərlər

3-05-2022, 14:42

Putinlə görüşməyə hazıram - Papa

Xəbərlər / Video

1-01-2020, 13:55

Roma Papası onun əlindən tutan qadını vurdu - ANBAAN VİDEO

Manşet / Xəbərlər

11-06-2018, 07:58

Hüseyn “mama”sının istəyilə “papa”sını uzaqlaşdırdı - FOTO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • 6-09-2026, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə